bazar 7 dekabr 2025 - 19:54
Tramp administrasiyasının son sənədinə əsasən Amerikanın tənəzzülünün bariz əlamətləri

ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası sənədinin dərc olunması açıq şəkildə göstərir ki, Ağ Ev rəhbərlərinin hay-küy dolu iddialarının əksinə olaraq, Amerika bu günün dünyasında artıq iqtisadi və hərbi üstünlüyə malik deyil və tənəzzül yoluna qədəm qoyub.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, beynəlxalq məsələlər üzrə çoxsaylı mütəxəssislərin fikrincə, ABŞ-ın milli təhlükəsizlik strategiyası sənədinin dərc olunması, hansı ki, ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət sahəsində əsas sənədlərindən sayılır və hər dörd ildən bir nəşr edilir. Hər şeydən əvvəl Amerikanın yeni dünya nizamına təsir gücü baxımından tənəzzülə uğradığının bariz göstəricisidir.

Sənədin məzmununa əsasən ABŞ üçün acı həqiqətlər

Jurnalist Məsud Bərati bu barədə belə hesab edir: Sənədin başlanğıcında Tramp administrasiyası ABŞ-ın qlobal məsələlərə dair keçmiş siyasətlərini səhv adlandırır və onların Amerikanın real imkanlarından kənara çıxdığını bildirir. “Onlar ABŞ-ın həm nəhəng sosial rifah, nəzarət, idarəetmə dövlətini, həm də böyük hərbi, diplomatik, kəşfiyyat və xarici yardım aparatını eyni vaxtda maliyyələşdirə bilmək imkanlarını həddindən artıq yüksək qiymətləndirmişdilər.” Sənəd həmçinin “azad ticarəti” tənqid edir və onu “orta təbəqənin” və ABŞ-ın “iqtisadi və hərbi üstünlüyünün” zəifləməsinin səbəbi kimi göstərir. Başqa sözlə, sənəd ABŞ-ın bu günün dünyasında iqtisadi və hərbi üstünlüyə malik olmadığını etiraf edir.

O əlavə etdi ki, Trampın milli təhlükəsizlik strategiyası sənədində səhv adlandırılan bu məsələlər əslində II Dünya müharibəsindən sonra, xüsusilə Sovet İttifaqının süqutundan bəri ABŞ-ın hegemonluğunu və Amerika nizamını formalaşdıran əsas komponentlər olub. Trampın sənədi açıq şəkildə ABŞ-ı öz sərhədləri daxilinə çəkir və göstərir ki, Tramp ABŞ-ın əvvəlki siyasətləri davam etdirəcək qədər güclü və qüdrətli olmadığını düşünür. Hətta sənəddə ABŞ-ın Qərbi Asiya (Yaxın Şərq) siyasəti müzakirə olunarkən, artıq bu regionun məsələlərinin Amerika xarici siyasətinə hakim olmamasından və “milli quruculuq” adlanan bitib-tükənməz müharibələrin sona çatmasından məmnunluq ifadə edilir.

Güc balansının qorunması üsulu tamamilə dəyişib

O əlavə edir ki, sənədin başqa bir hissəsində “sənaye gücünün artırılması” milli iqtisadi siyasətin ən yüksək prioriteti kimi göstərilir və maraqlıdır ki, Tramp administrasiyası bunu ABŞ-ın itirilmiş milli gücünün bərpası üçün zəruri hesab edir. Bu ifadənin özü göstərir ki, Tramp mövcud sənaye gücünü Amerikanın sülh və müharibə dövrlərindəki ehtiyaclarını ödəmək üçün kifayət qədər yetərli saymır.

Bərati həmçinin bildirir ki, sənədin mühüm məqamlarından biri də beynəlxalq arenada digər aktorların güclənməsi ilə bağlı yanaşmadır. Əvvəllər belə hesab olunurdu ki, ABŞ yeni güc mərkəzlərini maksimum səviyyədə məhdudlaşdırmağa çalışır. Bu məsələ “avtoritar ox”, “dəyişiklik oxu” və ya “krin” kimi terminlərlə ifadə olunurdu. Lakin bu sənəddə vurğu “güc balansına nəzarətə” edilir. Sənəddə qeyd olunur ki, ABŞ heç bir millətin o qədər güc qazanmasına imkan verə bilməz ki, bu, Amerikanın maraqlarını təhlükəyə salsın, lakin bu məqsədin həyata keçirilməsi üçün təklif edilən yol müttəfiqlərlə əməkdaşlıq edərək güc balansını qorumaqdır. Bu yanaşma artıq maksimal qarşıdurma siyasəti deyil, onların güclənməsini qəbul edib yalnız hegemonluqlarının qarşısını almağa yönəlmiş bir siyasətdir. Başqa sözlə, etiraf edilməlidir ki, ABŞ beynəlxalq səhnədə nizamın və güc balansının dəyişməsini qəbul etmişdir.

Qlobal nizamın dəyişməsi və tənəzzülün davamı

Beynəlxalq siyasət üzrə ekspert və analitik, doktor Fuad İzədinin fikrincə, Amerika Birləşmiş Ştatları tənəzzül yoluna nə bu gün, nə də dünən çıxmayıb. Bu proses artıq uzun illərdir davam edir. Elə "Münhen Təhlükəsizlik Konfransı" kimi mühüm toplantıların illik hesabatlarında da bu tənəzzülə birbaşa və ya dolayı şəkildə işarə olunub.

O, dəfələrlə müxtəlif çıxışlarında ABŞ-ın tənəzzül prosesini real və geri dönməz adlandıran Ali Rəhbərin buyuruqlarına istinad edərək bildirib: Gerçək budur ki, İslam İnqilabı başlanğıcdan Şərq və Qərbin hegemonluğuna qarşı olub və bu gün də ABŞ-la düşmənçilik, həmin ölkənin mahiyyətinə görə deyil, təxminən sonbeş onillik ərzində ölkəmizə qarşı davam edən istibdadçı və zalım siyasətlərinə görədir.

Düşmənin idrak savaşının hədəflərinə diqqətli olaq

Fuad İzədi qeyd edib ki, düşmənin, xüsusən də ABŞ rəsmilərinin apardığı idrak savaşı məqsədi İran İslam Respublikasını səmərəsiz göstərmək və bunun fonunda xalq və gənc nəsildə gələcəyə dair ümidsizlik yaratmaq olan bir mübarizədir. O vurğulayıb: Əsas məsələ budur ki, düşmənin məqsədli təbliğatının və onun media aparatının tələsinə düşməməli, ABŞ barədə analizlərimiz real və keçmiş təcrübələrə söykənməlidir. Bununla belə, ABŞ-ın tənəzzülünün elə öz analitiklərinin sözlərinə əsasən qəti bir məsələ olduğunu bilməliyik.

Daxili dağılmanın ciddi əlamətləri

Siyasi məsələlər üzrə müəllim və tədqiqatçı doktor Məhəmməd Sadiq Xorsənd isə bildirir ki, hazırda ABŞ-ın müxtəlif sahələrdə yaşadığı proseslər artıq təkcə tənəzzül deyil, hətta dağılma əlamətləridir. Onun sözlərinə görə, amerikalı ekspertlərin birbaşa və ya dolayı xəbərdarlıqlarına əsasən, bu ölkədə çoxsaylı sosial böhranlar mövcuddur. Elə bir müddət əvvəl Atlantik Şurası da açıq şəkildə elan etmişdi ki, sosial göstəricilər baxımından ABŞ özünün ən aşağı səviyyəsindədir.

O bildirib ki, hazırkı şəraitdə beynəlxalq sistem vahid və xüsusi bir liderə malik olmasa da, müxtəlif güc mərkəzlərini özündə cəmləşdirir. Tarix boyu beynəlxalq sistem müxtəlif mərhələlərdən keçib və diqqətəlayiq məqam budur ki, müxtəlif güclər və sivilizasiyalar öz yüksəliş dövrlərindən sonra tədricən tənəzzülə uğramışlar.

ABŞ cəmiyyətində təbəqələşmənin dərinləşməsi

Siyasi və beynəlxalq məsələlər üzrə şərhçi əlavə edib: Təbii ki, bu mövzuda bir çox amillər mövcuddur və bunlar göstərir ki, bu gün dünya nizamı artıq təkqütblü deyil. Bu baxımdan iqtisadi, mədəni, siyasi və digər sahələr diqqətlə təhlil edilməlidir. Bir müddət əvvəl Atlantik Şurasının “Uğursuz dövlət” adlı hesabatında qeyd olunurdu ki, sosial sahə və ictimai nüfuz baxımından ABŞ ən aşağı səviyyədədir və ölkə daxilindəki siyasi, sosial və mədəni parçalanmalar gələcəkdə daha da kəskinləşəcək.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha