bazar ertəsi 8 dekabr 2025 - 20:16
Ayətullah Yəzdinin (rəhmətullah əleyh) elm və siyasət sahəsindəki üstün xüsusiyyətləri.

Höccətül-İslam vəl-müslimin Rəzəvimehr, Ayətullah Yəzdinin (rəhmətullah əleyh) vilayəti-fəqihə olan sarsılmaz inamına işarə edərək dedi: O, vilayəti-fəqihi mütləq şəkildə həm elmi, həm də əməli baxımdan tam və məntiqli olaraq qəbul etmiş və bu prinsipə həmişə sadiq qalmışdır.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, Höccətül-İslam vəl-müslimin Seyid Cəlal Rəzəvimehr, Qum Elmi Hövzəsinin tələbə və alim nümayəndələri məclisinin sədri, bazar ertəsi axşam vaxtı Qum şəhərində yerləşən “Məhəmmədiyyə” Müctəhid Tərbiyəsi Ali Kompleksində keçirilən “Ayətullah Məhəmməd Yəzdinin (rəhmətullah əleyh) elmi, siyasi və ictimai xidmətləri” mövzusundakı ön sessiyada çıxış edərək, Ayətullah Yəzdinin elmi və icraçı şəxsiyyətinin müxtəlif cəhətlərinə toxundu və dedi:

Bu mücahid alimin şəxsiyyəti geniş və təsirli yönlərə malik idi və onun həyatının bütün mərhələlərində İslam İnqilabından əvvəl, inqilab hərəkatı dövründə və eləcə də İslam İnqilabının qələbəsindən sonrakı illərdə diqqətəlayiq və araşdırılmağa layiqdir.”ə

İnqilabdan əvvəl təsirli bir sima

O əlavə etdi: Ayətullah Yəzdi (r), inqilabdan əvvəlki dövrdə İmam Xomeyninin (r) dərslərində iştirak edən şəxsiyyətlərdən biri idi. O, İmamın elmi və mənəvi tərbiyəsindən bəhrələnərək, elmi hövzələrdə tanınan və təsirli simalardan biri kimi məşhurlaşmışdı.

Qum Elmi Hövzəsinin tələbə və müctəhid nümayəndələri məclisinin sədri davam edərək bildirdi: Ayətullah Yəzdi (rəhmətullah əleyh), İslam inqilabı hərəkatı dövründə və həmçinin inqilabın qələbəsindən sonra müxtəlif məsuliyyətlərdə böyük və mühüm vəzifələri öz üzərinə götürdü və İnqilab rəhbərlərinin ali məqsədlərinin gerçəkləşməsi yolunda bütün gücü ilə çalışdı.

Qum Elmi Hövzəsinin müəllimi dedi: Ayətullah Yəzdi (rəhmətullah əleyh) təkcə əməli fəaliyyət sahəsində və icra strukturlarında vilayəti-fəqihin əsas dayaqlarından biri kimi və İran İslam Respublikasının bütün çətin və dönüş nöqtələrində parlaq bir rol ifa etməmiş, eyni zamanda elm və fəqihlik meydanında da daim böyük və seçkin fəqihlər sırasında yer almışdır.

Ayətullah Yəzdinin (rəhmətullah əleyh) elm və siyasət sahəsindəki üstün xüsusiyyətləri.

Elm və din sahəsində təsirli mövcudiyyət

Höccətül-İslam vəl-müslimin Rəzəvimehr sözlərinin davamında qeyd etdi: Bu dahi alim, İmam Sadiq (ə) məktəbinin yetişdirdiyi böyük ilahiyyatçılardan biri idi və elmi və dini sahələrin hamısında dərin təsirlər buraxmışdır.

İran İslam Respublikasının müxtəlif sahələrində təsirli bir sima

Qum Elmi Hövzəsinin müəllimi, Ayətullah Yəzdinin (rəhmətullah əleyh) seçkin şəxsiyyətinə işarə edərək dedi: Bu mücahid alim, İran İslam Respublikasının müxtəlif sahələrində illərlə fəaliyyəti ərzində daim bacarıqlı və dindar idarəçiliyin nümunəsi olmuşdur.

O əlavə etdi: O həzrət yalnız Tehran cümə imamlığı və cümə namazı xütbələri dövründə deyil, həmçinin məhkəmə hakimiyyəti rəhbərliyi, Xubriqan məclisinin üzvlüyü, hövzədə ali fiqh və üsul dərslərinin tədrisi, İran İslam məclisində xalqın nümayəndəliyi və Hövzə Müəllimləri Cəmiyyətinə rəhbərlik etdiyi müddətdə də sistemə və xalqa göstərdiyi xidmətlərdə seçilən qabiliyyət və xüsusiyyətlərini nümayiş etdirmişdir.

Qabiliyyət, dirayət və uzaqgörənlik

Qum Elmi Hövzəsinin tələbə və alim nümayəndələri məclisinin sədri davam edərək bildirdi: Onun qabiliyyəti, dirayəti, uzaqgörənliyi, gözəl ifadə tərzi, habelə Qurani-Kərimdən, Əhli-beyt (ə) rəvayətlərindən, nəqli və əqli elmlərdən bəhrələnən zəngin məzmunu bu elmi və dini şəxsiyyətin ən seçkin cəhətləri idi. Ayətullah Yəzdi (r), İmam Xomeyni (r) məktəbinin yetişdirdiyi təsirli simalardan biri idi.

Elmi məqamı və əbədi əsərləri

Höccətül-İslam vəl-müslimin Rəzəvimehr, Ayətullah Məhəmməd Yəzdinin elmi və əməli şəxsiyyətinə işarə edərək dedi: Bu inqilabçı mücahid, elmi əsərlərin təlif və tərtibindən tutmuş Qurani-Kərimin gözəl tərcüməsinə qədər müxtəlif sahələrdə dəyərli əsərlər yaratmışdır.

O əlavə etdi: Ayətullah Yəzdi (r) tədrisdə də güclü, aydın və qətiyyətli ifadə tərzi ilə fərqlənir və çalışqanlıqda misilsiz nümunə sayılırdı.

Zöhd, sadə həyat və malını Allah yolunda sərf etmə

Bu hövzə ustadı, bu ilahi alimin mənəvi və zahidlik ruhuna diqqət çəkərək dedi: Ayətullah Yəzdi (rəhmətullah əleyh) dünyəvi zinətlərdən heç birini özünə ayırmazdı və malik olduğu az miqdarda əmlakı da Allah yolunda vəqf etmişdi. Bu böyük alim, İmam Xomeyni (r), İnqlabın Ali Rəhbəri və digər dövlət rəsmilərindən çoxsaylı hökmlər, təşəkkürnamələr və təyidlər almışdı.

Vilayəti-fəqihə tam bağlılıq və təhdidlər qarşısında qətiyyət

Tələbə və alim nümayəndələri məclisinin sədri Ayətullah Yəzdinin vilayəti-fəqihə olan sarsılmaz inamına toxunaraq bildirdi: O həzrət, vilayət fəqihə mütləq şəkildə həm elmi, həm də əməli baxımdan tam və məntiqli şəkildə qəbul etmiş və daim bu prinsipə sadiq qalmışdır. Bu mücahid fəqih heç vaxt təhdidlərdən qorxmamış, münafiqlərin dəfələrlə onu sui-qəsd etməyə çalışmasına baxmayaraq, bütün bu cəhdlər uğursuzluqla nəticələnmişdir.

Höccətül-İslam vəl-müslimin Rəzəvimehr əlavə etdi: Xarici düşmənlər və daxilən satılmış ünsürlər anlamışdılar ki, Ayətullah Yəzdi (r) İnqilab rəhbərlərinin məktəbinin seçkin tələbələrindəndir və inqilabın prinsiplərini və ideallarını müdafiə etməkdə bir an belə tərəddüd etməzdi.

Tələbə və alim nümayəndələri məclisinin sədri, Ayətullah Yəzdinin anım tədbirinin təşkilatçılarına təşəkkür edərək dedi: Bu dəyərli və müdrik alimə anım gününün keçirilməsi, əslində dini nişanələrin ucaldılmasının təcəllisidir və biz İslam İnqilabı tarixində belə şəxsiyyətlərə minnətdar olmalıyıq.

Xəbərin Sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha