Hövzə xəbər agentliyinin tərcümə qrupunun məlumatına görə, İndoneziya Xarici İşlər Nazirliyinin sözçüsü cümə axşamı verdiyi mətbuat açıqlamasında vurğulayıb ki, İndoneziya hökuməti Qəzza sakinlərinin İndoneziyaya köçürülməsi ilə bağlı heç bir tərəflə danışıqlar aparmayıb və belə bir planla bağlı heç bir məlumat almayıb.
İndoneziya Xarici İşlər Nazirliyinin bu açıqlaması, Sionist rejiminin bəzi hesabatlarına cavab olaraq verilib. Həmin hesabatlarda iddia olunurdu ki, təxminən 100 Qəzza sakini könüllü miqrasiya və tikinti sektorunda işləmək üçün İndoneziyaya gedəcək.
Mətnin sonu.
Rəyiniz