Hövzə Xəbər Agentliyinin tərcümə şöbəsinin məlumatına görə, Bəhreynin ali dini alimləri ortaq bəyanat yayaraq sionist rejimin Qəzzəyə qarşı törətdiyi cinayətləri sərt şəkildə tənqid ediblər və beynəlxalq ictimaiyyətin susqunluğunun davam etdiyi bir vaxtda mülki vətəndaşlara qarşı kütləvi qırğınların artmasından ciddi narahatlıqlarını ifadə ediblər.
Alimlər bildiriblər ki, sionist işğalçı qüvvələr ardıcıl olaraq Qəzzə xalqını qətlə yetirir, yaralayır, incidir və onları yurd-yuvalarından didərgin salırlar. Cümə günündən etibarən şəhidlərin sayı yüzlərlə nəfərə çatıb ki, onların əksəriyyəti qadınlar, uşaqlar və müdafiəsiz insanlardır. Bu cinayətlər və təcavüzlər regional və qlobal səssizlik fonunda, hegemon güclərin dəstəyi ilə həyata keçirilir.
Bəhreynin tanınmış alimləri uca Allahdan Qəzzədəki müsəlman qardaşlarına lütf və mərhəmət etməsini, düşmənlərini məğlub etməsini və yaxın zamanda onlara yardım göndərməsini diləyiblər.
Bu bəyanat Ayətullah Seyid Abdullah Ğureyfi, Höccətül-İslam vəl-Muslimin Şeyx Məhəmməd Sanqur, Höccətül-İslam vəl-Müslimin Şeyx Mahmud əl-Ali və Şeyx Əli əl-Səddinin imzası ilə yayımlanıb.
Rəyiniz