çərşənbə axşamı 22 aprel 2025 - 10:53
Roma Papası Fransisk vəfat etdi

Hövzə/ Vatikan bildirib ki, Roma Papası Fransisk, dünya katoliklərinin lideri, 21 aprel 2025-ci il tarixində 88 yaşında Roma şəhərində vəfat edib. Bu tarix, 1404-cü ilin 1-ci Ordubeheşt ayına təsadüf edir.

Hövzə Xəbər Agentliyinin  Tehrandan verdiyi məlumata əsasən, Vatikan elan edib ki, Roma Papası Fransisk, 88 yaşında, Roma şəhərindəki Casa Santa Marta rezidensiyasında vəfat edib. Roma Papası Fransisk, əsl adı Xorxe Mario Bergolio, 2013-cü ildən etibarən 266-cı Papa olaraq xidmət edirdi.

O, Amerika qitəsindən olan ilk Papa, yezuit ordeninin ilk üzvü və  səkkizinci əsrdə  III Papa Qriqoridən   sonra  ilk qeyri- Avropalı Papa idi.

Bergolio 17 dekabr 1936-cı ildə Buenos-Ayres, Argentina şəhərində italyan əsilli bir ailədə dünyaya gəlib. Papa olmazdan  əvvəl 1998-ci ildən Buenos-Ayres arxiyepiskopu olub və 2001-ci ildə Papa Yəhya Pavel II tərəfindən kardinal təyin edilib. Roma Papası Fransisk sadə həyat tərzi, sosial ədalətə diqqət yetirməsi və yoxsullara dəstəyi ilə məşhur olub. O, Papa sarayında deyil, Vatikandakı sadə bir evdə yaşayırdı və tez-tez Argentinada ictimai nəqliyyatda hərəkət edirdi.

Roma Papası Fransisk, kilsədəki əxlaqi qalmaqallar kimi çətinliklərlə üzləşib və 2019-cu ildə keşişlər tərəfindən edilən cinsi zorakılıqlara qarşı mübarizə aparmaq məqsədilə qlobal bir konfrans təşkil edib. 2023-cü ildə Papa Benedikt XVI-nın dəfn mərasimini idarə edib və bu cür mərasimi özündən əvvəlki Papa üçün təşkil edən ilk Papa olub.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha