çərşənbə 23 aprel 2025 - 20:15
Alimlərin xatirələri | İmamın vəhhabilərə və Rza xana verdiyi sərt cavab

Hövzə/ Həzrət İmam "Kəşful-Əsrar" (Sirlərin kəşfi) əsərini yazmaq üçün bir müddət dərslərini dayandırdı və bu kitabın tərtibinə başladı. O, bir daha hamıya bu dərsi verdi ki, "insan öz vəzifəsini yerinə yetirməyə çalışmalıdır, və müəyyən bir işə könül bağlayıb ilişib qalmamalıdır."

Hövzə Xəbər Agentliyinin məlumatına görə, İmam Xomeyninin hal və həyatından belə nəql olunur ki, O, "Kəşful-Əsrar" (Sirlərin Kəşfi) adlı kitabını zəlalətə aparan "Əsrare Hezarsale" (Min İllik Sir) kitabına cavab olaraq yazmışdır.

Rəhmətlik Şeyx Hacı Mehdi — Qumun aşağı məhəllələrindən olan böyük alimlərdən və təqvalılardan biri idi.

Onun nankor oğlu Əliəkbər Həkmizadə, “Min illik sirləri” adlı bir risalə yazdı və bu risalə 1322-ci şəmsi ilində (1943-cü miladi) 38 səhifəlik nəşr olundu.

Bu risalənin mövzusu şiə məzhəbinə hücum idi.

Yəni bu risalədə zəlalət firqəsi olan vəhhabilərin fikirləri, həmçinin o dövrdə geniş şəkildə yayılan ruhaniyyətə qarşı mənfi təbliğatlar yer almışdı.

Və əslində bu risalə vəhhabiliyi təbliğ edən bir yazı idi; bir tərəfdən Kəsrəvi ilə həmfikir, digər tərəfdən isə ruhaniyyətə düşmən olan Rza xanla həmfikir idi.

İmam Xomeyni (r) sükutu qəbul etməyib və həmin tarixdə, o risaləyə cavab olaraq, “Kəşful-əsrar” (Sirlərin Kəşfi) adlı kitabını farsca yazdı.

Və eyni zamanda Rza xanın xəyanətlərini də açıq şəkildə ifadə etdi.

Kitab böyük maraqla qarşılandı və dəfələrlə nəşr olundu.

Birinci nəşri 1323 şəmsi ilində (1944 miladi), üçüncü nəşri isə 1327 şəmsi ilində (1948 miladi) Tehrandakı İslam Elmi Kitabxanası tərəfindən 334 səhifə həcmində çap edilmişdir.

Qeyd etmək lazımdır ki, Həzrət İmam “Kəşful-əsrar” (Sirlərin Kəşfi) əsərini yazmaq üçün bir müddət dərslərini dayandırmışdı.

O, bu kitabı yazmaqla bir daha hamıya bu dərsi verdi ki: “İnsan öz vəzifəsini yerinə yetirməyə çalışmalıdır, tək bir işə bağlanıb qalmamalıdır.”

Mənbə: Şərhe Hale Fuqəha və Hukəma (Alimlərin  və Müdrüklərin tərcümeyi-halı), səh. 504.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha