Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, Hövzələrin media və virtual məkan mərkəzinin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Rza Rüstəmi bu gün səhər saatlarında İran Dövlət Televiziyasının Xəbər Kanalında yayımlanan “Salam Xəbərçi” proqramında çıxış edərək Qum Elmiyyə Hövzəsinin yenidən təsisinin 100 illiyinə həsr olunmuş möhtəşəm konfrans haqqında məlumat verib.
O bildirib ki, bu gün müqəddəs Qum şəhərində keçirilən yubiley konfransı çərçivəsində Ali Rəhbər Ayətullah Xameneinin xüsusi mesajı və böyük mərcəi-təqlidlərin qiymətli ismarıcları səsləndiriləcək. Həmçinin bir sıra tanınmış dini rəhbərlərin çıxışları da nəzərdə tutulub.
Rza Rüstəmi qeyd edib ki, bu əlamətdar tədbir Qum Elmi Hövzəsinin yenidən təsisinin 100 illik dönümünə həsr olunmuş vacib bir fürsətdir. O vurğulayıb ki, Qum Hövzəsinin tarixi 1200 ilə dayanır və bu son yüzillik, hövzənin çiçəklənməsi və İslam elmlərinə xidmət baxımından mühüm bir dövr olmuşdur.
O əlavə edib: “Konfransın əsas proqramlarından biri, Ali Rəhbərin və böyük mərcələrin mesajlarının oxunmasıdır. Bu mesajlar Qum Elmi Hövzəsinin qarşıdakı 100 illik inkişafı üçün strateji istiqamət göstərən yol xəritəsi rolunu oynayacaq.”
Höccətül-İslam Rüstəmi bildirib ki, konfransın başlanğıcında Ali Rəhbərin və mərcəi-təqlidlərin mesajları oxunacaq və Qum şəhərində təhsil alan tələbələr bu mesajları böyük diqqət və ehtiramla dinləməyə hazırdırlar.
Sonda o vurğulayıb: İranın müxtəlif bölgələrində yerləşən elmi hövzələrində istər kişi, istər qadın tələbələr Ali Rəhbərin və mərcəi təqlidlərin mesajlarını dinləməyə xüsusi hazırlıqla yanaşırlar. Bu ismarıclar, inşallah, elm hövzələrinin gələcəkdə İslam mədəniyyətinin formalaşdırılmasında əsas rol oynayacağı sivilizasiyaquruculuq modelinin təməlini təşkil edəcək.
Rəyiniz