çərşənbə 7 may 2025 - 19:03
İslam və şiəlik kimliyinin qorunması, Qum Elmi Hövzəsinin ən böyük şərəflərindən biridir.

Hövzə / Qum Elmi Hövzəsinin yenidən təsisinin 100 illiyi münasibətilə keçirilən böyük tədbir zamanı, Ayətullah Üzma Məkarim Şirazi bir mesajında, Qum şəhərinin tarixi əhəmiyyətini və bu şəhərin Elmi Hövzəsinin ölkənin dini və siyasi dəyişikliklərindəki rolunu izah edərək, hövzə prinsiplərinin qorunmasının və alimlərlə tələbələrin mövcud şəraitdəki vəzifələrinin vacibliyini vurğulamışdır.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Naser Məkarim Şirazi oğlu tərəfindən tədbirdə oxunulmuş bu mesajında , Qum şəhərinin 1200 illik tarixinə işarə edərək, bu şəhəri qədimdən bəri Əhli-Beyt (ə) sevərlərinin mərkəzi və saf İslam maarifinin yayılma mərkəzi kimi qiymətləndirmişdir. O, qeyd edib ki, Elmi Hövzənin qurulması, tələbə və fəzanın tərbiyəsi, alimlərin tanıdılması və həqiqi İslamın elimlərinin düzgün təqdim olunması, İslam və Şiəlik kimliyinin qorunmasını təmin etmişdir.

Ayətullah Məkarim Şirazi, həmçinin mərhum Ayətullah Üzma Şeyx Abdulkərim Hairinin Qum Elmi Hövzəsini yenidən təsis etməzdən əvvəlki mühüm rolunu tərifləmiş və əlavə etmişdir: Qum Elmi Hövzəsi, xarici fitnələr və qeyri-layiq hakimlərin zəifliyi qarşısında İran xalqını müdafiə etmiş, nəhayət, Şiə məktəbindən və hövzədən qaynaqlanan İslam İnqilabı, İmam Xomeyninin (r) rəhbərliyi altında qələbə qazanmış və müasir tarixdə dönüş nöqtəsinə çevrilmişdir.

O, mesajının digər hissəsində alimlər və tələbələrin hövzənin mirasını qorumaq və İslam İnqilabının davamını təmin etməkdəki vacib rolunu vurğulamış, bu sahədə bəzi mühüm məsələlərə diqqət çəkmişdir. Bunlara daxildir: nəfsin tərbiyəsi, hövzə prinsiplərinə sadiqlik, elmi inkişafın gücləndirilməsi, səthilikdən qaçınmaq, şüur və uzaqgörənliyin artırılması, texnologiyadan ağıllıca istifadə, tələbələrə dəstək, xalqla əlaqə, hövzənin dövlətlərdən müstəqilliyinin qorunması, gənclər arasında şübhələrə qarşı mübarizə və ümidin gücləndirilməsi.

O, əlavə edərək, Həzrət Höcət ibn Həsən (ə.f) ilə əlaqələrin dərinləşdirilməsinin zəruriliyini qeyd etmiş və bütün hövzə fəaliyyətlərinin son məqsədinin o Həzrətin razılığını qazanmaq olduğunu vurğulamışdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha