çərşənbə 14 may 2025 - 12:31
Hövzə və universitetlər ətraf mühitin qorunmasında fəal rol oynamalıdırlar.

Hövzə / Ayətullah Heydəri hövzənin və hövzə qurumlarının, eləcə də universitet müəllimləri və elmi ziyalıların cəmiyyətin yeni məsələləri və aktual problemləri qarşısındakı missiyasına toxunaraq bildirdi: Müəllimlərin üzərinə düşən əsas məsuliyyət mövzuların mahiyyətini dərk etmək, tədqiqat və analiz aparmaqdır. Çünki bu günün və gələcəy nəsillərinin tərbiyəsi və inkişafı məhz siz müəllimlər və elmi ziyalıların üzərinə düşür.

Hövzə Xəbər Agentliyinin Əhvaz müxbirinin verdiyi məlumata görə, Xuzistan əhalisinin rəhbərlik Xubriqan məclisindəki üzvü Ayətullah Möhsün Heydəri, "Ətraf mühit fiqhi və müəllimlərin əxlaqi məsuliyyəti" mövzusunda Xuzistan vilayətinin Peyam Nur universitetinin müəllim və ziyalıları ilə keçirilən elmi-məsləhətləşmə toplantısında çıxış edib.

Ayətullah Heydəri bildirib ki, ətraf mühit fiqhi, insanın ətraf mühitlə qarşılıqlı münasibətləri çərçivəsində tətbiq olunan hökmlərin dini mənbələrdən istinbatı deməkdir.

O əlavə edib ki, bu sahədəki fiqhi araşdırmalar, insanların ətraf mühit qarşısında ümumi məsuliyyətini, onunla düzgün davranış yollarını, qorunmasını və səmərəli istifadəsini sağlam və davamlı inkişaf naminə Qurani Kərim ayələri, sünnə və məsumların (ə) həyat tərzi kimi dini mənbələr əsasında izah edir.

Ayətullah Heydəri dünyada sənaye inkişafı, istehlakçılıq mədəniyyətinin geniş yayılması və təbii ehtiyatlardan ölçüsüz istifadəni ətraf mühitin məhvinə səbəb olan əsas amillərdən biri kimi göstərib.

Hövzə və universitet müəllimi olan Ayətullah Heydəri, ətraf mühit problemlərinin qlobal səviyyədə ciddi çağırış olduğunu vurğulayaraq deyib: Ətraf mühitin məhvinin əsas səbəbləri sırasında atmosferə istixana qazlarının buraxılması, qlobal isinmə və ozon qatının zədələnməsi mühüm yer tutur.

Ayətullah Heydəri bildirib ki, yer kürəsinin ağciyərləri sayılan meşələrin qırılması, su hövzələrinin çirkləndirilməsi və nəhəng su ötürmə layihələri, ətraf mühitin faciəvi şəkildə məhvinə səbəb olur. Bu da minlərlə su canlısının məhv olması və su ehtiyatlarının azalması ilə nəticələnir.

Xuzistan əhalisinin rəhbərlik Xubriqan məclisindəki nümayəndəsi həmçinin hövzə və dini qurumların, eləcə də universitet müəllim və ziyalılarının cəmiyyətin yeni və aktual məsələlərinə qarşı məsuliyyət daşıdığını vurğulayaraq bildirib:

Müəllimlərin üzərinə düşən vəzifə, dövrün aktual mövzularını düzgün tanımaq, elmi şəkildə araşdırmaq və bu istiqamətdə davamlı səy göstərməkdir. Çünki bu günün və sabahın nəslini yetişdirmək kimi ağır və şərəfli bir missiya məhz müəllim və ziyalıların üzərinə düşür.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha