şənbə 17 may 2025 - 00:05
Fars dilinin qorunmasında ilahiyyatçıların mühüm rolu.

Hövzə/Həddad Adil, Fars dili və Ədəbiyyat Akademiyasının professorlarının fars dilini qorumaq üçün göstərdikləri ciddiyyətə toxunaraq dedi: İlahiyyatçılar malik olduqları ədəbi zənginliyi nəzərə alaraq fars dilini yad mədəniyyətlərin təsirindən qorumaqda mühüm rol oynayırlar. Buna görə də dini mədrəsələr, müəllimlər və tələbələr fars dilini qorumaq üçün geniş şəkildə səy göstərməlidirlər.

Qulaməli Həddad Adil Fars dili və Ədəbiyyat Akademiyasının prezidenti Tehranda Hövzə Xəbər Agentliyinin müxbirinə verdiyi müsahibədə Ali Rəhbərin fars dili ilə bağlı “Fars dili barədə narahatam, qoymayın fars dili köhnəlsin və dağılsın” fikrinə toxunaraq dedi:
Fars dilini qorumaq və yaşatmaq hamının üzərinə düşən bir məsuliyyətdir. Çünki biz hamımız iranlıyıq və ana dilimizə qarşı məsuliyyət hiss etməliyik. Akademiyanın əsas vəzifəsi fars dili sahəsində dövlət səviyyəsindəki məsələləri izləməkdir. Bəzi əsərlərin nəşri kimi digər işlər də bu məqsədə xidmət edir. İran var olduqca fars dili də var olub, fars dili yaşadıqca İran da var olacaq. Bu dil dünyanın ən qədim canlı dillərindən biridir. Tarix boyu bütün etnoslar arasında ortaq dil kimi qəbul olunub və öz zəngin ədəbiyyatı ilə İranı dünyaya tanıdıb.

O vurğuladı: Sözlərin təşviqi və gündəlik istifadəyə keçməsi təkcə Akademiyanın işi deyil, bu sahədə mədəni amillər də daxil olmaqla başqa faktorlar da rol oynayır. Cəmiyyət də fars dilindən istifadə etməkdə güc və həssaslıq göstərməli, dilinin məhv olmaq təhlükəsindən xəbərdar olmalıdır. Bu dilin bəlağəti və mənəvi dərinliyi sayəsində əsrlər boyu sərhədləri aşaraq İran xalqının mesajını dünyaya çatdırıb və bu gün də çatdırmaqdadır. Buna görə də İran xalqı bu qədər zəngin bir dilə sahib olmaqla uğur qazandığına görə onun qorunması və yaşadılması üçün çalışmalıdır.

Həddad Adil çıxışının davamında Fars dili və Ədəbiyyat Akademiyasının müxtəlif qurum və təşkilatlarla əməkdaşlığının genişləndirilməsinin vacibliyinə toxunaraq dedi:

İlahiyyatçılar malik olduqları ədəbi zənginlik baxımından fars dilini yad mədəniyyətin təsirindən qorumaqda mühüm rol oynayırlar. Buna görə də  dini mədrəsələr, müəllimlər və tələbələr fars dilini qorumaq üçün geniş şəkildə səy göstərməlidirlər. Necə ki ABŞ prezidentinin Fars körfəzi adı ilə bağlı sərsəm bəyanatlarına qarşı hamımız həssaslıq göstərdik və birlikdə reaksiya verdik, eləcə də mənası olan və uyğun farsca qarşılığı olan bəzi yad sözlərin təkrar işlədilməsinə qarşı da eyni dərəcədə reaksiya və həssaslıq göstərməliyik.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha