cümə 30 may 2025 - 17:51
Elmi Hövzələrin media və virtual informasiya mərkəzinin ərbəin təbliğatçıları üçün media təlimlərinə hazırlığı

Hövzə\ Höccətül-İslam vəl-müslimin Rüstəmi bildirib ki, ərbəin günlərindən əvvəl, beynəlxalq şöbə tərəfindən təqdim olunmuş iştirakçılara və könüllülərə media təlimləri keçməyə hazırdırlar. Məqsəd bu möhtəşəm tədbirin geniş mediada işıqlandırılmasını təmin etməkdir.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə Höccətül-İslam vəl-müslimin Rza Rüstəmi Elmi Hövzələrin virtual informasiya mərkəzinin direktoru  Ərbəin beynəlxalq təbliğatının tələbləri mövzusunda keçirilən fikir mübadiləsi iclasında çıxış edib. İclas Ayətullah Hairi (r.ə.) adına Elmi Hövzələrin İdarəetmə Mərkəzinin konfrans zalında baş tutub. Rüstəmi Elmi Hövzələrin virtual informasiya mərkəzinin, ərbəin təbliğçilərinə media təlimləri təqdim etməyə və bu möhtəşəm hadisənin geniş şəkildə işıqlandırılmasını təmin etməyə hazır olduğunu bəyan edib.

Elmi Hövzələrin virtual informasiya mərkəzinin direktoru ərbəin günlərində media fəaliyyətlərinin sistemləşdirilməsinin vacibliyini vurğulayaraq təklif edib ki, İraqda təbliğçilərin geniş yayılması və bütün fəaliyyətlərin peşəkar şəkildə işıqlandırılmasının mümkün olmaması nəzərə alınaraq, beynəlxalq şöbə tərəfindən təqdim olunan könüllülərə və digər şəxslərə ərbəin günlərindən əvvəl zəruri media təlimləri keçirilsin.

O əlavə edib: Biz bu şəxslərə lazım olan avadanlıqları da təqdim etməyə hazırıq ki, məhdud sayda jurnalist və sənədli film istehsalçısının iştirakı əvəzinə, daha çox təlim keçmiş jurnalistlərə sahib olaq. Bu jurnalistlər qısa müddət ərzində ilkin təlimləri alaraq geniş media işıqlandırmasını təmin edə və məzmun baxımından media qurumlarını məlumatla təmin edə bilərlər.  

Elmi Hövzələrin virtual informasiya mərkəzinin direktoru çıxışının sonunda keçən ilin təcrübəsinə toxunaraq bildirib: Ötən il ilk dəfə olaraq media mərkəzi ilə Beynəlxalq Şöbə arasında ərbəin günlərində təbliğçilərin fəaliyyətlərinin işıqlandırılması və onların zəhmətlərinin qeydiyyata alınması sahəsində ciddi əməkdaşlıq həyata keçirildi. Şükürlər olsun ki, ərbəin təbliğçilərinin iştirakı ilə iki sənədli film istehsal olundu və ümid edirik ki, bu rəqəm gələcəkdə daha da artacaqdır.

Elmi Hövzələrin media və virtual informasiya mərkəzinin ərbəin təbliğatçıları üçün media təlimlərinə hazırlığı

Elmi Hövzələrin media və virtual informasiya mərkəzinin ərbəin təbliğatçıları üçün media təlimlərinə hazırlığı

Elmi Hövzələrin media və virtual informasiya mərkəzinin ərbəin təbliğatçıları üçün media təlimlərinə hazırlığı

Elmi Hövzələrin media və virtual informasiya mərkəzinin ərbəin təbliğatçıları üçün media təlimlərinə hazırlığı

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha