Hövzə Xəbər Agentliyinin beynəlxalq xidmətinin müxbirinin məlumatına görə, Tanzaniya şiələrinin ali şeyxi, Şeyx Həmid Cəlalə, bu həftəki cümə namazındakı çıxışında bildirdi ki, bu günlər Allahın dostu, İmam Xomeyninin (r) vəfatına təsadüf edir və müqəddəs Qurani Kərimin aşağıdakı ayəsinə istinad etdi:
«إِنَّ هَٰذِهِ أُمَّتُکُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّکُمْ فَاعْبُدُونِ.» (سوره انبیاء، آیه 92)
“Həqiqətən, sizin bu dininiz tək bir dindir. Mən də sizin Rəbbinizəm. Ona görə də yalnız Mənə ibadət edin. (Ənbiya surəsi, ayə 92)
Tanzaniya şiələrinin ali şeyxi əlavə etdi: Bu gün açıq şəkildə görürük ki,Ərəfə günü yalnız şiələrə məxsus deyil, eyni zamanda Ərəfə günü təkcə sünnilərə aid deyil. Əksinə, bütün dünya müsəlmanları Ərəfə günündə bir araya gəlib bu ibadəti birlikdə, sıx birliyə sahib olaraq həyata keçirirlər. Bu isə öz növbəsində açıq şəkildə göstərir ki, bütün müsəlmanlar birləşməli və həmrəy olmalıdırlar.
O vurğuladı: İmam Xomeyni (r) ömrü boyunca təkcə şiəlik uğrunda mübarizə aparmamış, həm də İslamın müdafiəsi üçün əzmkar şəkildə çalışmışdır. Bu böyük və misilsiz rəhbər nümunə götürülməyə tam layiqdir və müsəlman cəmiyyətinə göstərmişdir ki, onların hamısı vahiddir.
Şeyx Həmid Cəlalə çıxışını belə yekunlaşdırdı: Müsəlmanların Ərəfat səhrasında birgə həyata keçirdikləri ibadətlər göstərir ki, müsəlmanların əsas arzusu vahidlik və birləşmək mümkündür. Qalan isə təkcə müsəlmanların bu məqsədi həyata keçirmək üçün iradəsidir.
Rəyiniz