bazar ertəsi 9 iyun 2025 - 16:52
Qadının diyəsi kişinin diyəsinin yarısıdır? / İlahiyyatçı şübhələrə cavab verdi: Bu ayrı-seçkilik deyil, icmaiyyət üçün İlahi bir hikmətdir.

Hövzə/ Qadın və kişinin diyə fərqinin fəlsəfəsini araşdırarkən, bu hökmlərin arxasında gizlənmiş hikmətləri axtarmaq lazımdır; bu hikmətlər bir tərəfdən sosial ədalətə xidmət edir, digər tərəfdən isə bəndələrin Allahın əmr və qadağalarına nə qədər təslim olduqlarını yoxlamaq üçün bir imtahandır.

Hövsə Xəbər Agentliyinin məlumatına görə, qadın və kişinin diyə fərqi mövzusu, xüsusilə son hadisələr və bu barədə media müzakirələri fonunda, yenidən fiqhi və sosial sahədə ən mübahisəli məsələlərdən birinə çevrilib.

Bu məsələnin müxtəlif tərəflərini araşdırmaq üçün biz dini şübhələri Cavablandıran  Mütəxəssis Hüccətül-İslam Ruhullah Habibiyanla müsahibə etdik. Aşağıda təqdim olunanlar həmin söhbətin nəticəsidir və bu mövzunun gizli qalan aspektlərini açıqlamağa kömək edə bilər.

 İlk öncə, Hövsə rəsmi xəbər agentliyinə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik. Əsas sualımıza keçmək istəyirik: İslam fiqhində qadın və kişinin diyəsinin fərqli olması nədən qaynaqlanır? Bu hökmün istisnaları və xüsusi şərtləri varmı?

Qadın və kişinin diyə fərqi məsələsində geniş müzakirələr aparılıb, lakin bu sualın yekun cavabı, digər şəriət hökmləri kimi, iki hissədə izah edilə bilər:

Birincisi, bu hökmün səbəbini araşdırmaq, ikincisi isə içindəki hikmətləri başa düşmək.

Şəriətin bütün əsas əmr və qadağalarının başılca səbəbi olaraq “insanların Allahın əmrinə nə qədər təslim olduqlarını sınamaq” prinsipi göstərilə bilər. Bu, şəriətin bütün incəliklərinin və fərqli qanunlardakı dəyişikliklərin kökündə duran səbəbdir.

Buna görə də, bəzən müəyyən qanunlar qarşısında ağılla izah edilə bilən nəticə tapmasaq belə, onların ən əsas səbəbi odur ki, uca Allah bəndələrini imtahana çəkmək və onların tam təslimiyyətini yoxlamaq istəyir. Bu, bəndələrin Rəbbin müdrik və qəti əmrləri qarşısında təslim olmağını göstərmək üçün bir sınaqdır.

Bu prinsip dini təlimlərdə açıq şəkildə vurğulanır. Məsələn, Əmirəl-möminin Əli (ə) məşhur “Qasiə” xütbəsində, Həcc ibadətinin fəlsəfəsini izah edərkən, bu ibadətin bütün incəliklərinin əsas məqsədini bəndələrin imtahanı olaraq göstərir. Yəni, Həcc mərasimində başa düşülən bütün hikmətlər ikincildir, əsas səbəb isə bəndələrin Allahın iradəsinə tam təslim olub-olmadığını sınamaqdır.

İslamın həqiqəti də məhz budur. Əmirəl-möminin (ə) buyurduğu kimi: “İslam təslim olmaqdır.” Əgər belədirsə, şəriətin incəliklərini izah etmək üçün mürəkkəb səbəblərə ehtiyac yoxdur; sadəcə bəndənin Allahın əmri qarşısında heç bir şərtsiz baş əyməsi kifayətdir. Bu, qadın və kişinin diyə fərqi kimi hökmlərin səbəbini anlamaq üçün əsas cavabdır.

Bu fərqliliklər, bəzən ilk baxışda qəbul olunması çətin görünə bilər, lakin onların hamısı təslim olmağın və ibadətin ölçülməsi aspektinə bağlıdır; çünki əgər bütün hökmlər tamamilə aydın və sağlam ağla uyğun olsaydı, insanlar yalnız öz ağıllarının başa düşdüyü kimi və Allah qarşısında təslim olmadan onlara əməl edərdilər. Ancaq bəzi hökmlərin nəticələrini və hikmətlərini asanlıqla anlaya bilmədikdə, əmrinə itaət və təslim olma imtahanı daha ciddi və dəqiq olur.

Qadının diyəsi kişinin diyəsinin yarısıdır? / İlahiyyatçı şübhələrə cavab verdi: Bu ayrı-seçkilik deyil, icmaiyyət üçün İlahi bir hikmətdir.

Müzakirənin ikinci hissəsində bu hökmlərin hikmətlərinə toxunulur. Bu hissənin başlanğıc sualı belədir: Məgər mümkündürmü ki, hikmət sahibi olan Allah, bəndələrini imtahana çəkmək və onların təslim okmasını yoxlamaqla yanaşı, verdiyi əmr və qanunlarda müxtəlif hikmətləri nəzərə almasın? Əlbəttə ki, bu mümkün deyil.

Deməli, bu prinsipə əsasən  yəni Allah heç bir qanunu hikmətsiz qoymur. Şəriətdəki bu hökmlərin müxtəlif yönlərini araşdırmağa davam edirik.

Hərçənd ki, biz bu detalların və mümkün fərqliliklərin sirrini tam anlaya bilmərik, lakin sadəcə bunu bilsək ki, hər bir hökmün arxasında ilahi bir məsləhət və hikmət durur, bu qanunların doğruluğunu daha inamla qəbul etməyə və Allahın hökmünə təslim olmağa kifayətdir.

Əslində, hikmətlər çətin bir yolun kənarında yandırılmış məşəllər kimidir, yolçunu ruhlandırır və yolda irəliləməyə daha çox əminlik verir. Amma hərəkətin əsas mühərriki  Allahın buyurduğu hər bir hökmə olan iman və o hökm qarşısında təslim olmaqdır.


Qadın və kişinin diyə fərqlərinə dair hikmətlərə gəlincə, ilk növbədə bunu bilmək vacibdir ki, bu fərqlilik mütləq və hərtərəfli deyil.

Çox hallarda qadın və kişinin diyəsi bərabərdir. Məsələn:

Bədənə dəyən kiçik zərərlərdə,  yəni diyənin üçdə birindən az olan xəsarətlərdə qadın və kişi arasında fərq yoxdur. Bunlara sınıqlar və digər kiçik bədən xəsarətləri daxildir.

Əgər diyə məbləğini 100 dəvə dəyərində hesab etsək, o zaman 33 dəvəyə qədər olan diyə miqdarında qadın və kişi arasında fərq yoxdur. Məsələn, bütün dişlərin sındırılması və ya bütün barmaqların kəsilməsi diyənin tam miqdarına bərabərdir, lakin bir insanın 10 dişi sındığı və ya 3 barmağı qopduğu təqdirdə, bu zərər diyənin üçdə birindən az hesab olunduğu üçün qadın və kişinin diyəsi eyni olur.

Beləliklə, diyənin üçdə birindən az olan hallarda ki bu, "yol-nəqliyyat hadisələrinin və ümumi qəzaların əksəriyyətini əhatə edir" diyə bərabərdir. Ancaq zərər bu həddi keçdikdə, qadının diyəsi kişinin diyəsinin yarısına bərabər olur.

Diyə Ədalət tərəzisində həqiqət ölçüsü

Qadın və kişi arasında diyə fərqinin əsas hikməti bu nöqtədə gizlənir: diyə, insanın şəxsiyyət və ya mənəvi dəyərinin deyil, onun bədəninin maddi qarşılığı yəni fiziki və sosial funksionallığının iqtisadi dəyəri kimi qiymətləndirilir. Buradan isə bir sual doğur: insan bədəninin cəmiyyət və ailə daxilindəki sosial-iqtisadi rolu nədir?

Ənənəvi və müasir bütün cəmiyyətlərdə, ailənin maddi rifahının təmin olunması və dolanışığın əsas yükü adətən kişilərin üzərinə düşüb. Qərb ölkələrində belə, işləyən qadınların nisbəti kişilərlə müqayisədə hələ də aşağıdır.

Əgər bir şəxsə yüngül (yəni diyənin üçdə birindən az) xəsarət dəyibsə, bu, adətən onun əmək qabiliyyətini və ailə daxilindəki fəaliyyətini pozmur. Bu səbəbdən, bu kimi hallarda qadın və kişi arasında diyə bərabər hesablanır. Lakin xəsarət ağır olduqda, məsələn ölüm, iflic və ya görmə qabiliyyətinin itkisi kimi hallar baş verdikdə fərq yaranır.

Burada kişinin ailədə əsas dolanışıq mənbəyi kimi rolu ön plana çıxır. Kişinin ağır zədə alması ailənin iqtisadi strukturuna daha ciddi zərbə vurur, nəinki bu zədə eyni şərtlərdə qadına dəyəndə. Yəni iqtisadi risk baxımından fərqlilik var və bu fərq diyə məbləğinə də təsir edir.

Bəs bu fərq ayrı-seçkilikdirmi?

Əsla! Bu fərq heç bir şəkildə qadının şəxsiyyəti, ləyaqəti və ya həyatının dəyərini kiçiltmək anlamına gəlmir. Əksinə, bu dövlət səviyyəsində, ailənin iqtisadi davamlılığını təmin etməyə yönəlmiş bir ölçüdür.

Əgər ailənin əsas təminatçısı olan kişi ciddi zədə alsa və ya həyatını itirsə, bu, ailənin dolanışığına birbaşa təsir göstərir. Halbuki qadın eyni aqibətlə üzləşsə, hərçənd ailəyə mənəvi və təşkilati zərbə dəyər, lakin iqtisadi cəhətdən ailənin çökməsi ehtimalı nisbətən azdır,  çünki bu məsuliyyət, ənənəvi olaraq, kişiyə aid olunur.

Nəticə olaraq: Diyədəki bu fərq, sosial-iqtisadi reallıqların hüquqi mexanizmə düzgün inteqrasiyasıdır. Məqsəd, zərərçəkmiş ailənin real ehtiyaclarına uyğun, ədalətli kompensasiya təmin etməkdir. Bu, qadınla kişinin dəyərinin fərqli olması anlamına gəlmir, sadəcə tarix boyunca formalaşmış sosial rolların hüquqi əksidir.

Diyənin mahiyyəti barədə bir neçə əsas məqam mövcuddur:

Birincisi: Diyənin məbləği elə müəyyən olunmalıdır ki, həm hüquqi və mənəvi baxımdan çəkindirici təsirə malik olsun, həm də o qədər ağır olmasın ki, hadisəyə səbəb olan şəxs və ya ailəsi tamamilə məhv olsun və həyatlarını davam etdirməkdə çətinlik çəksin.

İkincisi: Diyə ilə bağlı şəriət hökmlərinin müəyyən edilməsində şəxsin imanı, savadı və ya elmi səviyyəsi meyar deyil. Çünki insanın mənəvi və intellektual dəyərinin ölçülməsi qeyri-mümkündür. Əksinə, diyə insanın cəmiyyətdəki iqtisadi-sosial funksiyasına əsasən müəyyən olunur, yəni onun insan kimi mənəvi dəyərinə deyil, fiziki fəaliyyətinin ictimai əhəmiyyətinə görə qiymətləndirilir.

Üçüncüsü: Hüquqi qanunların tərtibində istisna hallar deyil, ümumi və dominant sosial vəziyyətlər əsas götürülür. Məsələn, bir ailədə qadın işləyib ailəni dolandırırsa və ya kişi işsiz və məsuliyyətsizdirsə, bu fərdi vəziyyətlərə əsaslanaraq qanunun əsasını dəyişmək olmaz. Çünki qanunlar cəmiyyətin ümumi strukturuna görə hazırlanır. Bu baxımdan, diyə məsələsində də kişilərin ailənin əsas dolandırıcısı olması qaydaların əsas meyarı kimi götürülüb.

Bu yanaşma onu göstərir ki, qanunverici, cəmiyyətin reallıqlarını nəzərə alaraq hüquqi sistemi formalaşdırıb. Əlbəttə, bəzən bu sistem fərdi hallarda qeyri-adekvat görünə bilər, lakin qanunun sabitliyi və tətbiq oluna bilməsi üçün ümumi qaydalara əsaslanmaq zəruridir.

Beləliklə, qadın və kişi diyəsi arasındakı fərq, onların zatən dəyərinin fərqli olması anlamına gəlmir, sadəcə onların cəmiyyətdəki funksional rollarının fərqli olmasına görə müvəqqəti və kontekstual bir hüquqi fərqləndirmədir.

Naməlum hadisələrdə qadınların diyə hüquqlarının maliyyə təminatı

Ən sonda isə diqqətçəkən mühüm bir məsələyə toxunmaq lazımdır: İran İslam Respublikasında qanunverici orqan və Ayətullah Xameneinin göstərişi ilə, qadın və kişi diyələri arasında fərqliliklərdən doğan maddi bərabərsizliyin qarşısını almaq üçün xüsusi fond yaradılıb.

Diyənin tarixi baxımdan ödənməsi ailənin və ya qəbilənin məsuliyyətində olsa da, müasir dövrdə, xüsusilə yol qəzaları və naməlum hadisələrdə bu öhdəlik sığorta şirkətləri və ya dövlət fondları üzərinə düşür.

Buna görə də, qadın və kişi fərqindən asılı olmayaraq, müvafiq qurumlar hər iki tərəfə eyni miqdarda diyə ödəməyə məcburdurlar. Bu da onu  göstərir ki, fiqh qaydaları müasir sosial və iqtisadi reallıqlara çevik cavab verə bilir və qadınların hüquqi təminatı praktiki səviyyədə qorunur.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha