Hövzə Xəbər Agentliyinin məlumatına görə, Ali Rəhbər öz mesajında bir sıra komandirlərin, alimlərin və mülki şəxslərin şəhadətini yad edərək, həm təbrik, həm də təsəlli ifadə etdi. O vurğuladı ki, İran xalqı öz əziz şəhidlərinin qanını və ölkə səmasının pozulmasını unutmamalıdır.
Həzrət Ayətullah Xamenei, ölkənin müxtəlif siyasi qruplarının, dövlət rəsmilərinin və xalqın ortaq mövqeyinə istinad edərək bildirdi ki, məkrli və zalım sionist rejimə qarşı güclü tədbirlər görülməlidir. İnşallah, qətiyyətli addımlarla onların həyatı acılaşdırılacaq və heç bir güzəşt göstərilməyəcək.
İslam İnqilabının Ali Rəhbəri əlavə etdi: Onlar düşünməsinlər ki, vurdular və məsələ bağlandı. Onlar bu savaşı başladıb atəş açdılar, və biz onlara bu cinayətdən sağ çıxmağa icazə verməyəcəyik.
İslam İnqilabının Ali Rəhbəri vurğuladı ki, silahlı qüvvələr sionist rejimə ağır zərbələr endirəcək və İran xalqı ilə dövlət rəsmiləri onların güclü dəstəyidir. Allahın izni ilə, İslam Respublikası bu rejimə üstün gələcək.
Həzrət Ayətullah Xamenei, mesajının sonunda İran xalqına müraciət edərək əmin etdi ki, bu məsələdə heç bir güzəşt olmayacaq.
Rəyiniz