Hövzə Xəbər Agentliyinin məlumatına görə 23 Xordad (13 İyun) cümə günü sübh saatlarında Sionist rejimin İran İslam Respublikasına qarşı həyata keçirdiyi hücum, bu rejimin 70 illik vəhşiliyi, cinayətləri və Fələstinin qəhrəman xalqına qarşı soyqırımı fonunda baş verdi. Halbuki bu murdar və ləkəli rejimin rəhbərləri, 1357-ci ilin şəhrivər ayında (1978) terrorçu Səddamın İrana qarşı təcavüzünün acı aqibətindən dərs çıxarmalı idilər. Lakin nadanlıq və axmaqlıqla tarixə bir daha təkrarlanmaq imkanı verdilər və İran xalqının qeyrət və qəzəbinə tuş gəldilər.
Bu səbəbdən Hövzə xəbər agentliyinin müxbiri, mam Xomeyni (r) Tədris və Tədqiqat İnstitutunun elmi heyətinin üzvü və Qum elmi hövzəsinin müəllimlərindən biri olan Höccətül-İslam vəl-müslimin Seyid Əbdülməcid Əşkuri ilə bu təcavüzün müxtəlif aspektləri, İranın qəhrəmancasına müdafiəsi və mövcud şəraitdə milli birlik və həmrəyliyin zəruriliyi barədə söhbət aparıb.
Hövzə: Sionist rejimin hücumu qarşısında ölkənin birliyi İranın qəti qələbəsinə necə zəmin yarada bilər?
Siyasi ədəbiyyatda deyilir ki, vətənin müdafiəsi ümummilli bir məsələdir. Yəni bir millətin bütün fərdləri milli təhlükəsizlik, milli güc, milli məqsədlərin reallaşması və milli mənafelər qarşısında məsuliyyət daşıyır. Heç kim deyə bilməz ki, bu məsələlərdə mənim məsuliyyətim yoxdur. Buna görə də hər kəs məsuliyyət daşıyır və milli həmrəylik nə qədər güclü şəkildə nümayiş etdirilsə, düşmən anlayacaq ki, daxildə parçalanma yaratmaq mümkün deyil.
Milli həmrəylik hər cür fitnənin qarşısını alır xüsusilə də müdafiəyə hazır, İslami ruhiyyəyə sahib, cihad və fədakarlıq əhval-ruhiyyəsi ilə yaşayan bir millət qarşısında. Belə bir millətlə qarşılaşmaq düşmən üçün çox yüksək xərclərə səbəb olur və onu hərəkətlərindən peşman edir.
Düşmən yalnız o zaman bir millətə nüfuz edə bilər ki, həmin millət parçalanmış, zəifləmiş və məsuliyyətsizlik ruhiyyəsi ilə bürünmüş olsun. Amma şükürlər olsun ki, bizim xalqımız ayıq və bəsirətlidir, milli və dini qeyrətə sahibdir və düşməni yaxşı tanıyır. Bu düşmən İran xalqına qarşıdır və məqsədi bu xalqı məhv etməkdir. Onlar heç bir əxlaqi prinsiplərə sadiq deyillər. Buna görə də yeganə yol onlara qarşı durmaq və milli həmrəyliyi qorumaqdır.
Hövzə: Düşmənin yaşayış məntəqələrinə hücumu nəticəsində körpələrin və qız uşaqlarının şəhid olması, “Azad həyat uğrunda qadın hərəkatı” şüarına dəstək iddiasının yalan olduğunu göstərdi. Bu əxlaqdan kənar hücumlar barədə nə düşünürsünüz?
ABŞ və sionist rejimin bizimlə düşmənçiliyinin əsası nədir? Bu, onların istikbar (təkəbbür) ruhiyyəsindən qaynaqlanır. Bəs biz niyə "təkəbbür ruhiyyəsi" ifadəsini işlədirik? Ümumiyyətlə, təkəbbür nə deməkdir? Bu, özünü başqalarının hüquqlarını tapdalamaq haqqına sahib bilmək mənasını verir. Buna görə də belə bir ruha sahib olan şəxs, haradasa azadlıq, qadın və uşaqların hüquqlarının müdafiəsi kimi populyar və aldadıcı şüarlar səsləndirsə də, əslində o bu dəyərlərə heç bir sədaqət göstərmir. Təcrübə göstərib ki, istikbar ruhiyyəsinə malik olanlar maraqlar toqquşduğu anda vəhşilik və insanlıqdan kənar davranışlarını açıq şəkildə ortaya qoyur. Bu da onların insanlıq qoxusu almadığını sübut edir.
Hazırda ABŞ və işğalçı rejim, taxdıqları maska arxasında, canavar xislətini nümayiş etdirirlər. Onlar yalnız bizim ölkəyə qarşı deyil, bütün dünya ilə də belə rəftar edirlər. Hətta dost saydıqları ölkələr belə onların bu davranışlarının şahididir. Onlar yalnız öz mənafeləri baxımından hərəkət edir və başqalarının hüquqlarını tapdalamaqdan çəkinmirlər. Çünki istikbar (təkəbbür) ruhiyyəsi elə budur necə ki, "əqrəbin sancması kinindən deyil, fitrətində olduğu üçündür", təkəbbür də belədir. Əgər belə etməsə, artıq təkəbbür olmaz.
Hibrid və qarışıq müharibə kontekstində İsraillə münaqişəni necə təhlil etmək olar?
Dəqiq danışmaq üçün bu məsələni keçmişə aparmalıyıq ki, mövcud vəziyyəti düzgün anlaya bilək. Düşmən 1360-cı (1980-ci) illərdən bəri, ölkəmizdə sürətli əhali artımını müşahidə edərək, anladı ki, bu yeni nəsil artıq inqilab dövrünü yaşamayıb, İmam Xomeyninin görməyib və şah dövrünün zülm və fəsadlarından xəbərsizdir. Onlar inqilabın səbəb və fəlsəfəsindən də uzaqdırlar. Buna görə düşmən hesab etdi ki, bu fürsət onların zehninə təsir etmək üçün münasib vaxtdır.
Planları belə idi: keçmişi yəni şah dövrünü gözəlləşdirib parlaq göstərmək, indiki dövrü isə qaranlıq və ümidsiz təqdim etmək. Bu yolla cəmiyyətə fərqli şüarlarla yaxınlaşıb yenidən hakimiyyətə qayıtmaq üçün zəmin hazırlamaq istəyirdilər.
Onlar belə planlaşdırmışdılar ki, İran xalqının əsasən gənc olması, onların tarixi yaddaşının zəifliyi və təxəyyül gücündən istifadə edərək ölkədə nüfuz imkanlarını formalaşdırsınlar. Lakin bu gün baş vermiş hadisə çox gözəl və ümidverici bir hadisədir. Son illərdə yaranan gərginliklər və düşmənin yaratdığı fitnələr, bu fitnələr dövründə baş verən davranış formaları, yeni nəsli möhkəmləndirmiş, ruhən yetkinləşdirmişdir.
Biz tez-tez deyirik ki, xalqımız müqəddəs müdafiə dövründə fədakarlıq göstərdi, dirəniş göstərdi bu, artıq bir tarixə, bir irsə çevrilmişdir. Düşmən də bu məqama diqqət çəkərək, ona qarşı müxtəlif ssenarilər qurmuşdu. Amma Qəzza və Livanda baş verən cinayətlər, əl-Əqsa qasırğası və müqavimət cərəyanları yeni nəslimizi formalaşdırmış, onu daha şüurlu və ayıq bir mərhələyə çatdırmışdır. Mənə görə, düşmənin bu gün həyata keçirməyə çalışdığı fəaliyyətlər istər təbliğat, istər şüarlar, istərsə də yürütdüyü müharibə üsulları suda iz axtarmağa bənzəyir. Yəni, bu gənc nəsil artıq o qədər şüurlu, təcrübəli və tədbirlidir ki, düşmənin bu səyləri onların gözündə lağ mövzusuna çevrilmişdir.
Elə bu gün də görürsünüz, düşmən ölkəmizə qarşı bir addım atdıqda, bu, ictimaiyyət arasında zarafat və gülüş mövzusuna çevrilir. Sosial sahəyə nüfuz etməyə çalışdıqda belə, cəmiyyət bu cəhdləri zarafata çevirərək təsir dairəsini demək olar ki, sıfıra endirir.
Hövzə: Mövcud şəraitdə təbyin cihadının rolunu necə qiymətləndirirsiniz?
Əvvəla, qeyd etməliyəm ki, bu məsələyə toxunduğum zaman bu, bizim əsas vəzifələrimizi unutmağa bəhanə olmamalıdır. Yəni təbyin cihadıyla məşğul olanlar və ictimaiyyəti marifləndirmək gücündə olan şəxslər, bu istiqamətdə daha çox səy göstərməlidirlər. Biz düşünməməliyik ki, artıq vəziyyət yaxşıdır və təbyin cihadına ehtiyac yoxdur. Əksinə, hər zaman İran xalqının tarixi yaddaşını qoruyub saxlamalıyıq.
İstikbar (təkəbbür) sisteminin cinayətlərini daim xatırlatmalı və onun ikiüzlü siyasətini, verdiyi vədlərlə əməli davranışları arasındakı fərqi üzə çıxarmalıyıq. Bu riyakar mahiyyəti xalqa çatdırmalı və gələcək nəsillərə ötürməliyik ki, bu qaranlıq sifətlər onlar üçün də ifşa olsun.
Milli birliyə şükür etməliyik
Əslində, indiki şəraitdə bizim əldə etdiyimiz milli həmrəylik, böyük bir nemətdir və biz bu nemətə görə Allah Təalaya şükür etməliyik. Çünki düşüncəli və cəsarətli bir millətə malikik.
Artıq düşmən büdrəyib. Elə bu səbəbdəndir ki, İslam İnqilabının Ali Rəhbəri buyurur: Onlar ciddi hesablama səhvlərinə yol veriblər, onların siyasi və strateji analiz aparatları pozulub; bəzi hesablamalar aparmışdılar, lakin başları daşa dəydi. Bu gün nəinki İran cəmiyyəti, hətta beynəlxalq ictimaiyyət də böyük bir dəyişiklik yaşayıb və artıq belə yalanlara inanmaz.
Onlar nə hibrid, nə də kompleks müharibə metodları ilə cəmiyyətə nüfuz edə bilməzlər və inşallah ilahi kömək və xalqın ayıqlığı ilə bu dirəniş davam edəcək.
Hazırda çox əlverişli bir atmosfer formalaşıb və biz diqqətli olmalıyıq ki, bu ümummilli ahəng gücünü itirməsin və daha da möhkəmlənsin.
Hövzə: Ölkənin yüksək rütbəli hərbi komandirlərinin şəhid olması fonunda bu müharibənin sonunu necə görürsünüz?
Belə bir prinsip var ki, nə olursa-olsun biz vətən naminə dayandıq. Hər nə baş verərsə versin, biz vətənin arxasındayıq və bu yolda aşura ruhu ilə hərəkət etməliyik. Biz sabit durmuşuq və Allah bizə qələbə vəd etmişdir. Biz Allaha təvəkkül edirik və bu inamla qəti əminik ki, ilahi yardım bizimlə olacaq. Bu ilahi yardım sayəsində "Həqiqətən, batil yox olmağa məhkumdur” ayəsinin gerçəkliyi həyata keçəcək.
Batil həqiqətən də son nəfəsdədir və o gün çox yaxındır. O zaman görəcəklər ki, sionistlər hörümçək yuvası kimi zəif və kövrək imişlər. Şəhid Seyid Həsən Nəsrullahın dediyi bu kəlam tam mənasıyla gerçəkləşəcək.
Xəbərin sonu.
Rəyiniz