bazar ertəsi 28 iyul 2025 - 18:27
İnformasiya müharibəsinin qızğın çağında inqilab ruhiyyəsi və düşüncəsinin qorunması zəruridir

Media sahəsinin bir neçə mütəxəssisi və sosial-mədəni məsələlər üzrə ekspertlərlə aparılan müsahibədə, informasiya müharibəsinin qızğın şəraitində inqilab ruhiyyəsi və düşüncəsinin qorunması və gücləndirilməsinə dair ən mühüm zərurətlər və tələblər diqqət mərkəzinə çəkilmiş və təhlil olunmuşdur.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, İnqilabın Ali Rəhbəri düşmən tərəfindən ölkəmizin təcrübəli hərbi komandirlərinin o cümlədən nüfuzlu nüvə alimlərinin və bir sıra həmvətənlərimizin şəhid edilməsinin qırxıncı günü münasibətilə etdiyi müraciətində, düşmənlə qarşıdurmada milli birliyin və həmrəyliyin qorunmasının əhəmiyyətini və zəruriliyini bir daha vurğulayaraq yeddi əsas strateji vəzifəyə xüsusi diqqət yetirmişdir. Bu vəzifələr sırasında qəlblərin mənəviyyata doğru yönləndirilməsi və nurlandırılması, camaata səbir, təmkin və yüksək ruhiyyə tövsiyəsi, habelə xüsusilə gənc nəsil arasında inqilab ruhiyyəsinin və düşüncəsinin qorunub saxlanılması mühüm yer tutur. Qeyd olunmalıdır ki, bu vəzifələrin əsas ünvanı da məhz ruhanilərdir.

Bu müraciətin məzmununa ümumi olaraq baxdıqda belə görsənir ki, xalqın inqilab ruhiyyəsinin qorunması və gücləndirilməsi məqsədilə informasiya müharibəsinin tələblərinə diqqət yetirmək, eyni zamanda düşmən qarşısında səbir və möhkəmlik göstərmək mühüm əhəmiyyət kəsb edir.

Təsirli fəaliyyət üçün informasiya xəttinin formalaşdırılması

Bu kontekstdə mühüm bir məsələyə də xüsusi diqqət yetirilməlidir. Belə son dərəcədə çətin, mürəkkəb və nəfəskəsici mübarizədə təsirli fəaliyyətin mühüm şərtlərindən biri də informasiya xəttin yaradılmasıdır. Çünki hər hansı bir informasiya xətti yalnız o zaman formalaşa bilər ki, biz ilk növbədə özümüzün və təmsil etdiyimiz düşüncə cəbhəsinin mövcud informasiya müharibəsindəki dönüş nöqtəsi ilə əlaqəsini düzgün dərk edək, hadisələrə seçdiyimiz baxış bucağına əsasən yanaşaq və onları bu prizmadan təhlil edək.

Hədəf və ideal­ların açıqlanmasında incəsənət və medianın imkanlarından istifadə

Bu məsələyə İmam Sadiq (ə) Tədqiqat Mərkəzinin elmi heyətinin üzvü doktor Mehdi İslami də xüsusi diqqət yetirərək vurğulamışdır: Əgər öz narrativ və informasiya xəttimizə sahib olsaq və çaşqınlığa düşməsək, o zaman doğru və sənədli informasiyaların gücləndirilməsi istiqamətində qabağa gedə bilərik. Bu baxımdan, xüsusilə İslam İnqilabının tarixinin başlanğıcdan bu günə qədər, o cümlədən 12 günlük müharibə hadisələrinin yenidən nəqlinə ciddi önəm verməliyik.

O, həmçinin əlavə edib: İslam İnqilabının məqsədlərinin, ideallarının və nailiyyətlərinin davamlı şəkildə izah olunması bununla yanaşı, fədakarlıq və müqavimət nümunələrinin təşviqinə yönəlmiş fəaliyyətlər ən mühüm tələblərdən biridir. Bu istiqamətdə incəsənət və media vasitələrinin düzgün şəkildə istifadəsi vacibdir. Eyni zamanda müasir auditoriyaya dərin və əsaslandırılmış təhlillərin təqdim edilməsinin əhəmiyyəti və zərurəti heç bir halda unudulmamalıdır. Çünki bu, düşmənin təhrif olunmuş və təhrikə əsaslanan informasiyalarına qarşı düzgün və təsirli mübarizənin əsas şərtidir.

Universitetin müəllimi əlavə edərək deyib ki, şübhəsiz, informasiya müharibəsinin mürəkkəbliyini dərk etmək düşmənin bu sahədəki strategiyalarını, vasitələrini və məqsədlərini dəqiq tanımadan mümkün deyil. O qeyd edib: Fikrimcə Ali Rəhbərin xalqa, xüsusən də gənc nəslə inqilab ruhiyyəsinin və şüurun daha artıq aşılanmasına dair tövsiyələrinə əməl etmək istiqamətində biz bir daha media sahəsinin tədrisinə önəm verməliyik. Çünki cəmiyyətin media sahəsində bilgisinin artırılması yəni düzgün xəbərlərlə şübhəli və manipulyativ məlumatları ayırd etmək, eləcə də media məzmununu təhlil etmək bacarığı danılmaz bir zərurətdir. Bu həmçinin maarifləndirici və bəsirət yaradan izah fəaliyyətlərinin mühüm tərkib hissəsini təşkil edir.

İnformasiyanın növləri və kateqoriyaları

İslam Mədəniyyəti və Düşüncəsi Tədqiqat Mərkəzinin elmi heyətinin üzvü doktor Mehdi Abbaszadə informasiyanın müxtəlif növlərə və formaya malik olduğunu vurğulayaraq bildirib: Hər bir ictimai, iqtisadi, inzibati, hüquqi, əxlaqi, siyasi, hərbi və digər hadisə ilə bağlı bir və ya bir neçə informasiya mövcud ola bilər.

O əlavə edib: İnformasiya bəzən başqaları üçün bəzən isə insanın özü üçün nəql olunur. Lakin daha vacib olan, hadisənin başqalarına nəql olunmasıdır. Hərçənd insan bəzən müəyyən hadisəni özü üçün də təhlil və təsvir edə bilər. Hadisənin başqalarına nəqli, müxtəlif səviyyələrdə cəlbedici ola bilər və ya olmaya da bilər. İnformasiyanın cazibədarlığını müəyyən edən amillər arasında müasir və effektiv üsul və texnikalardan istifadə, qeyri-adi və şablonlardan uzaq olması, ümumilikdə hadisənin əhəmiyyəti, onun insanlara və ya ictimai qruplara şəxsi və xüsusi əlaqəsi, başqaları üçün mənəvi və ya maddi fayda da yer almaqdadır. Bundan əlavə, informasiyalar bəzən həqiqi, bəzən yalan və bəzən də həqiqətlə yalanın qarışığı olur ki, hər birinə münasibət uyğun şəkildə olmalıdır.

İnformasiya müharibəsində əsas məqsədlər hansılardır?

Abbaszadə bildirib: İnformasiya müharibəsi müəyyən bir hadisəyə dair müxtəlif yanaşma və izahların toqquşması və qarşıdurmasıdır ki, bu da konkret siyasi, hərbi, mədəniyyət və ya ictimai məqsədlərə çatmaq üçün baş verir. Bu mübarizədə fərdlər, qurumlar, təşkilatlar və hətta dövlətlər çalışırlar ki, media vasitəsilə paylaşdıqları informasiya ilə həmin hadisəyə dair öz sözlərini gerçəkliyə daha uyğun və ya ona yaxın şəkildə təqdim etsinlər və rəqib sözlərə üstün gəlsinlər. Məqsəd isə cəmiyyətin hədəf auditoriyasının düşüncə və şüuruna nəzarət etməkdir.

O vurğulayıb: Bu baxımdan da açıq-aşkar görürük ki, media və xüsusilə rəqəmsal platformalar, informasiya və məzmunlar, habelə ictimai şüur və düşüncə tərzi informasiya müharibəsinin əsas həlledici amilləridir. Bununla belə, insanlar yalnız bu informasiyaların passiv qəbulçusu deyillər, onlar bəzən etirazlar, ictimai hərəkatlar və ya sosial şəbəkələrdə məzmun istehsalı vasitəsilə aktiv şəkildə yeni informasiyalar yaradırlar.


İnformasiya müharibəsi, idrak və psixologiya savaşının bir növüdür

O, həmçinin qeyd edib: İnformasiya müharibəsi, idrak və psixologiya müharibəsinin mühüm bir növü sayılır. İdrak savaşı insanın zehni və dərk qabiliyyətini hədəf alan mübarizədir. Bu savaşda xalqın inamları, meyilləri və davranışları düşüncəsi, media narrativləri və emosional təsir vasitəsilə dəyişdirilməyə çalışılır.

Abbaszadə əlavə edib: Diqqətçəkən başqa bir məsələ isə budur ki, informasiya müharibəsində həm makronarrativlər (genişmiqyaslı informasiyalar), həm də mikronarrativlər (lokal informasiyalar) əsasən elmi və fəlsəfi yox, daha çox siyasi, mədəniyyət və sosial xarakter daşıyır. Bununla belə, makronarrativlər heç də əhəmiyyətsiz deyildir. Əksinə onlar olduqca təsirlidir. Mikronarrativlər isə əsasən makronarrativlərdən ayrılıqda mövcud ola bilməz və daim onlarla sıx əlaqədədir.

O yekun olaraq qeyd edib: İnformasiya müharibəsində hər bir mikroinformasiya müəyyən bir makronarrativin kontekstində mənalandırılır. Əslində makroinformasiya ümumi bir çərçivə təqdim edir ki, onun daxilində mikroinformasiya istiqamətlənir. Bu mənada təkcə informasiya müharibəsindən deyil, metainformasiya (yəni informasiyanı formalaşdıran əsas dünya baxışları və diskurslar) savaşından da danışmaq lazımdır və bu əsas və fundamental məsələ heç vaxt unudulmamalıdır.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha