şənbə 2 avqust 2025 - 20:38
ABŞ-la danışıqlar aparmaq və nüvə fəaliyyətlərini dayandırmaqla onun düşmənçiliyi bitəcək?

Höccətül-İslam vəl-müslimin Sülh Mirzayi vurğuladı ki,dünyadakı imperialist qüvvələr İranı tam şəkildə özlərinə tabe görməyincə təzyiqlərdən əl çəkməyəcəklər. Onlar Qərbə tabe olan bir ölkə istəyirlər, amma "Heyhat minnəz-zillə" İran xalqı heç vaxt zillətə boyun əyməyəcək.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən,Tehran vilayəti üzrə Xubriqan Məclisinin Riyasət Heyətinin üzvü Höccətül-İslam vəl-müslimin Səid Sülh Mirzayi bu suala cavab verib: Əgər İran ümumiyyətlə nüvə danışıqları ilə razılaşsa idi sizcə müharibə baş verərdimi? Yaxud əgər İran elə əvvəldən nüvə məsələsini dayandırsaydı, müharibə təhlükəsi sizcə aradan qalxmazdı?

Tehran vilayəti üzrə Xubriqan Məclisinin Riyasət Heyətinin üzvü nüvə anlaşması Bərcam təcrübəsinə işarə edərək bildirib: “Biz ABŞ-ın verdiyi sözə əməl etməyəcəyini bilə-bilə, tarixi dəlil gətirmək və xoş niyyətimizi göstərmək üçün danışıqları davam etdirdik. Lakin alimlərin və komandirlərin şəhadəti bir daha sübut etdi ki, düşmən danışıqlarını deyil, İranın müdafiə sistemlərinin tamamilə dayandırılmasının tərəfdarıdır.

Höccətül-İslam vəl-müslimin Sülh Mirzayi dedi: Ali Rəhbər buyurublar ki, əgər düşmənin şərrini dəf edə bilsək, danışıqlar yolunu bağlamarıq. Biz tarixi dəlil gətirmək və xoş niyyətimizi göstərmək üçün, Qərbə olan bütün etimadsızlığa baxmayaraq, danışıqları davam etdirdik ki, dünya cəmiyyəti bilsin  məsələlərin toqquşma olmadan həll olunması üçün mümkün olan bütün səylər göstərildi.

O əlavə edib: “Biz danışıqlar masasında əyləşdiyimiz bir vaxtda, sionist rejim komandirlərimizə, nüvə alimlərimizə, xalqımıza və uşaqlara qarşı təxribat xarakterli hücumlara əl atdı. ABŞ isə bunu tək qınamamaqla kifayətlənmədi, həm də İsrailin bunu ‘özünümüdafiə hüququ’ kimi adlandırdı ki, bu da onların əsl niyyətini göstərir.”

Xubriqan Məclisinin Riyasət Heyətinin üzvü vurğuladı: “Nüvə alimlərinin terroru sübut etdi ki, düşmənin problemi danışıqlarla deyil, İranın hər hansı elmi və müdafiə imkanları ilədir. Hətta nüvə proqramını dayandırsaydıq belə, yenə də İranın qüdrətini tamamilə məhv etməyin ardınca olacaqlar.

Höccətül-İslam vəl-müslimin Sülh Mirzayi deyib: “Bu hadisələr İran xalqına sübut etdi ki, müstəqillik və təhlükəsizliyi qorumağın yolu, müdafiə və elmi imkanları gücləndirməkdir. Sözündə durmayan düşmənlərə etibar etmək yox. Bu gün hamı bilir ki, imperialist qüvvələrin qabağında boyun əymək təhlükəsizlik gətirmir.

Nüvə məsələsi bəhanədir; Onların məqsədi İranı tam şəkildə təslim etdirməkdir.

Xubriqan Məclisinin Riyasət Heyətinin üzvü Qərbin nüvə ilə bağlı narahatlıqlarına dair iddiasını rədd edərək vurğulayıb: “Qlobal hegemon qüvvələrinin İran İslam Respublikası ilə əsas problemi onun müstəqilliyi və dəyərlər sistemidir. Hətta nüvə proqramını dayandırsaydıq belə, insan haqları, qisas və ya dini hakimiyyət kimi başqa bəhanələrlə təzyiq göstərməyə davam edəcəkdilər.

Höccətül-İslam vəl-müslimin Sülh Mirzayi nüvə enerjisinin inkişaf etdirilməsinin zəruriliyinə işarə edərək dedi:
“Müasir həyat elektrik üzərində qurulub su və fosil yanacaqlarının azalması ilə nüvə enerjisi özü bir ehtiyaca çevriləcəkdir. İnkişaf etmiş ölkələr elektriklərinin böyük hissəsini nüvə elektrik stansiyalarından təmin edirlər. İranın bu texnologiyadan məhrum edilməsi məntiqlidirmi, halbuki sionist rejimi NPT-ni pozaraq onlarla nüvə başlığına sahibdir?”

Qum Elmi Hövzəsinin ustadı əlavə etdi:
“Nüvə məsələsi gündəmə gəlməzdən əvvəl (2001-2002-ci illərdə), Qərb insan haqları və sosial azadlıqlar kimi başqa bəhanələrlə təzyiq göstərirdi.Ali Rəhbər daim vurğulamışdır: ‘Nüvə bəhanədir; Onların problemi  İslam ilədir. Hətta nüvə mövzusunda güzəşt etsək belə, növbəti bəhanələr gələcək: Niyə qisas? Niyə Qoruyucu Şura? Niyə İslam Respublikası? və.s...

Tehran vilayəti üzrə Xubriqan Məclisinin Riyasət Heyətinin üzvü əlavə etdi:
“Qlobal hegemon sahibləri İranı tam şəkildə özlərinə tabe görməyincə təzyiqlərdən əl çəkməyəcəklər. Onlar digər bəzi ölkələr kimi öz bazarlarını onlara açan və əsas siyasətlərində Qərbə tabe olan bir ölkə axtarırlar. Amma Heyhat minnəz-zillə İran xalqı heç vaxt zillətə boyun əyməyəcək.

Höccətül-İslam vəl-müslimin Sülh Mirzayi sistemin prinsipal mövqelərini vurğulayaraq deyib:
“Danışıqlar yalnız qarşı tərəf İranın hüquqlarına hörmət etdikdə mənalıdır, alimlərin sui-qəsd olunması və milli sərhədlərin pozulması ilə düşmənçilik sübut olunanda yox. Belə şəraitdə İran İslam Respublikasının yeganə yolu elmi və müdafiə imkanlarını gücləndirməkdir, istikbarın zorakılığı qarşısında geri çəkilmək deyil.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha