Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Prezidentin müavini, Şəhid və Qazilər Fondunun başçısı Səid Ühudi, şəhid general-leytenant Əli Şadmaninin Xatəmul-Ənbiya (s) Mərkəzi strukturunun komandiri ailəsi ilə görüşdə belə bildirib:
Ali Rəhbər 12 gün əvvəl şəhid ailələri ilə keçirilən görüşünə işarə edərək dedi: Ali Rəhbər (Allah kölgəsini əskik etməsin) bu görüşlərdən əvvəl də buyururdu ki, şəhid ailələrinin dərdini çəkir, onların qayğısına qalır və onlar üçün dua edir.
Ühüdi, şəhid ailələri ilə görüşlərinə dair bir sıra hadisələri nəql edərək, o cümlədən şəhidlər Abbasi Uruni ailəsi, nüvə alimlərindən şəhid Mansur Əsgəri və onun şəhid qızı, doktor Mərziyyə Əsgərinin ailəsi ilə bağlı xatirələrini bölüşdü və şəhidlərin həyat hekayələrinin danışılmasının vacibliyini vurğulayaraq dedi:
“12 günlük müharibənin cinayətləri, Müqəddəs Müdafiə illərində baş vermiş düşmən təxribatından qat-qat daha dəhşətlidir və bu cinayətləri o dövrün müharibəsi ilə müqayisə etmək olmaz.
O, sonda əlavə etdi:
“12 günlük müharibəyə dair ensiklopediya İslam İnqilabı Sənədləri Mərkəzinin əməkdaşlığı ilə hazırlanıb və gələn həftə İncəsənət Hövzəsi tərəfindən təqdim olunacaq.
Xəbərin sonu
Rəyiniz