Hövzə Xəbər Agentliyinin tərcümə qrupu bildirir ki, məlumatlara əsasən, qeyri-qanuni sionist sakinlər, xüsusilə Qərb sahilində pravoslav kilsələrinə məxsus əmlakları həyasızcasına ələ keçirməklə məşğuldurlar.
Müsadirə olunan kilsələrdən biri, Ariha şəhərinin yaxınlığında yerləşən tarixi Müqəddəs Gerasimus kilsəsidir. Məlumatlara görə, son iki il ərzində Ariha bölgəsində gərginlik çox artmışdır və qeyri-qanuni sionist sakinlər tərəfindən digər əmlakların da qanunsuz olaraq ələ keçirilməsi ehtimal olunur.
Bununla əlaqədar olaraq Afina şəhərində təcili müzakirə və araşdırma iclası keçirilmişdir. İclasda, Qüds şəhərində kilsələrə məxsus torpaqların qanunsuz şəkildə zəbt olunması ilə bağlı vəziyyət araşdırılmış və qiymətləndirilmişdir.
Mənbə: Anadolu Xəbər Agentliyi (Anadolu Ajansı)
Rəyiniz