bazar ertəsi 11 avqust 2025 - 01:21
Qəzzada İslam müqaviməti

Hövzə / Dini Alim və Müəllimlər Cəmiyyətinin Qəzzanın insanlıqdan uzaq olan tam mühasirəsi və zalımcasına işğalı planına kəskin etiraz bəyanatı

Hövzə Xəbər Agentliyinin informasiyasına görə, Dini Alim və Müəllimlər Cəmiyyəti (Qum İslam Elmləri Hövzəsi) Qəzzanın tam mühasirəsi və işğalı planını pisləyən bəyanat yayıb. Bəyanatda bildirilib ki, zalım və qeyri-insani olan bu plan mütləq iflasa uğrayacaq, Qəzzadakı İslam müqaviməti isə İlahi iradə və kömək sayəsində bu meydanın son qalibi olacaq, inşaallah.

Bəyanatın tam mətnini sizə təqdim edirik:

Bismillahir Rəhmanir Rəhim.

Qəzzada baş verən qanlı hadisələr, mühasirə və ərzaq blokadası altında aparılan soyqırım, ABŞ-ın açıq və gizli dəstəyi, beynəlxalq qurumların hərəkətsizliyi fonunda daha da ağırlaşmışdır. İsrail rejiminin bu addımları beynəlxalq hüquqa görə dövlət terrorizmi, hərbi cinayət və soyqırımın açıq nümunəsidir.

Baxmayaraq ki, dünyanın bütün azadlıqsevərlər insanları Fələstin xalqını, mühasirədə və gülləbaran altında ac-susuz qalan uşaqları müdafiə etmək üçün küçələrə çıxıblar, lakin mürtəce hökumətlərin susqunluğu, sionist lobbilərin təzyiqi və hegemon dövlət başçılarının riyakarlığı atəşkəsin və Qəzza xalqının azadlığının qarşısını alır.

Qum İslam Elmləri Hövzəsinin Alim və Müəllimlər Cəmiyyəti olaraq, İslam təlimlərinə və İslam İnqilabının iki böyük rəhbərinin İlahi və strateji xəttinə əsaslanaraq, Fələstin xalqına və Şərif Qüds (İlk İslam qibləsi) idealına daim dəstək verəcəyimizi bəyan edirik. Və qeyd edirik ki, tarixin göstərdiyinə görə, haqq yolunda möhkəm dayanan xalqlara Allahın köməyi tezliklə yetişəcək və sonda qələbəni mütləq məzlumlar qazanacaq. Zalımlar isə öz zülm və cinayət girdabında məhv olacaqlar. Onların havadarları və saxta “insan haqları” müdafiəçiləri isə rüsvay olacaqlar.

Bugün Qəzza, vicdanı oyaq və bəsirəti olan hər kəs üçün bir imtahan meydanıdır. Sionistlərin insanlıq əleyhinə törətdiyi bu böyük zülmlər qarşısında susmaq isə, bu vəhşi və yırtıcı təbiətli rejimin yanında yer almaq deməkdir. Qəzzanın işğalı üçün nəzərdə tutulmuş zalım və qeyri-insani plan mütləq uğursuzluğa düçar olacaq və Qəzzadakı İslam müqaviməti İlahi iradə və kömək sayəsində bu meydanın son qalibi olacaq, inşaallah.

“Və tezliklə zalımlar hansı aqibətə uğrayacaqlarını biləcəklər.”
(“
وسَیَعْلَمُ الَّذِینَ ظَلَمُوا أَیَّ مُنْقَلَبٍ یَنْقَلِبُونَ   - Və sə yə’ləmu’lləzinə zaləmu əyyə munqələbin yənqəlibun” – Qurani-Kərim, Şuəra/227)

Qum İslam Elmləri Hövzəsi - Dini Alim və Müəllimlər Cəmiyyəti

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha