cümə axşamı 28 avqust 2025 - 14:54
Ayətullah Ərafi Malayziyada keçirilən beynəlxalq dini liderlər konfransında iştirak edib + şəkillər

Hövzə/ Dünya üzrə dini liderlərin ikinci beynəlxalq konfransı Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi və 54 ölkədən o cümlədən min nəfərdən çox tanınmış dini şəxsiyyətin iştirakı ilə Kuala Lumpurda «Münaqişələrin həllində dini liderlərin rolu» şüarı altında işə başlayıb.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun verdiyi məlumatına əsasən, bu gün (cümə axşamı) Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən dünya üzrə dini liderlərin ikinci beynəlxalq konfransı öz işinə başlayıb. Konfransda Ölkənin Elmi Hövzələri üzrə rektoru Ayətullah Əlirza Ərafi bir qrup alim və hövzə şəxsiyyətləri, həmçinin 54 ölkədən ibarət olan min nəfərdən çox tanınmış dini şəxsiyyət iştirak edir. Tədbir «Münaqişələrin həllində dini liderlərin rolu» şüarı altında keçirilir.

Ayətullah Ərafi Malayziyanın Baş naziri «Ənvər İbrahim» və İslam Dünyası Liqasının baş katibinin rəsmi dəvəti ilə toplantıda bu gün keçiriləcək beşinci iclasda (Qəzza faciəsi barəsində beynəlxalq ictimaiyyətin acizliyinin və insan dəyərlərinin təhrif olunması mövzusu ilə) çıxış edəcək.

Səfərin əvvəlcədən planlaşdırılmış əlavə proqramlarına beynəlxalq şəxsiyyətlərlə, Malayziyanın yüksək vəzifəli rəsmiləri ilə görüş və söhbətlər, elmi mərkəzlərə baş çəkmək, eləcə də orada yaşayan humanitar və İslam elmləri sahəsində fəaliyyət göstərən iranlı mütəfəkkirlərlə görüşlər daxildir.

Xəbərin sonu

Ayətullah Ərafi Malayziyada keçirilən beynəlxalq dini liderlər konfransında iştirak edib + şəkillər

Bu səfərin əlavə proqramları əvvəlcədən planlaşdırıldığı kimi davam etdiriləcək və onlar beynəlxalq şəxsiyyətlərlə, Malayziyanın yüksək vəzifəli rəsmiləri ilə görüş və söhbətləri, elmi mərkəzlərə baş çəkməyi, həmçinin orada yaşayan iranlılar və humanitar-islam elmləri üzrə alimlərlə görüşü əhatə edir.

Ayətullah Ərafi Malayziyada keçirilən beynəlxalq dini liderlər konfransında iştirak edib + şəkillər

Ayətullah Ərafi Malayziyada keçirilən beynəlxalq dini liderlər konfransında iştirak edib + şəkillər

Ayətullah Ərafi Malayziyada keçirilən beynəlxalq dini liderlər konfransında iştirak edib + şəkillər

Ayətullah Ərafi Malayziyada keçirilən beynəlxalq dini liderlər konfransında iştirak edib + şəkillər

Ayətullah Ərafi Malayziyada keçirilən beynəlxalq dini liderlər konfransında iştirak edib + şəkillər

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha