Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumatına əsasən, Mədəni İnqilab Ali Şurasının üzvü Höccətül-İslam vəl-müslimin Həmid Parsaniya 17 sentiyabr çərşənbə günü, Müqəddəs Cəmkəran məscidinin iclas salonunda keçirilən “idarəetmə məktəbi mövzusunda təməlqoyma 2” mövzulu 8-ci idarəçilik məktəbinin son tədbirində bəyan edib:
Baxmayaraq ki, ilk baxışda təməlqoyma idarəçilik əsasən zühura yönəlmiş kimi görünür, əslində bu anlayış uzaq gələcəyə baxmaqdan daha çox qeyb dövründəki cəmiyyətin indiki vəziyyəti və məsuliyyətləri ilə bağlıdır. Tənəlqoyma olduğunu iddia edən bir cəmiyyət həm bu günün reallıqlarını nəzərə almalı, həm də arzulanan gələcək mənzərəni göz önündə tutmalıdır.
Mədəni İnqilab Ali Şurasının xüsusi hövzə komissiyasının başçısı əlavə edib ki, bu anlayış ikili bir hərəkət kimidir. Bir tərəfdən dini hakimiyyətin çətinlikləri və gündəlik həyatın real həqiqətlərinə baxır, digər tərəfdən isə vəd olunmuş cəmiyyətin uca və ideal üfüqünü təsvir edir. Elə buna görə də təməlqoyma prosesinin əsas mərkəzi hər şeydən çox xalqa yönəlib. Çünki bu missiyanın daşıyıcısı və həyata keçirəni məhz xalq olacaqdır.
O, Qurani-Kərimin ayələri üzərində düşünərək qeyd edib ki, insan həyatının məqsədi və peyğəmbərlərin göndərilməsinin hədəfi mərtəbələrə malikdir. Bir mərhələdə bu, hər bir insanın fərdi inkişafı və mənəvi ucalması ilə bağlıdır, başqa bir mərhələdə isə ictimai həyat və sosial nizamla əlaqədardır.
Mədəni İnqilab Ali Şurasının üzvü Səf surəsinin ayələrinə işarə edərək bildirib:
“Bu ayədə Allah buyurur: ‘O, peyğəmbərini hidayət və haqq dinlə göndərmişdir ki, onu bütün dinlər üzərində, hətta müşriklər istəməsələr belə üstün etsin.
Bu ayə göstərir ki, peyğəmbərlərin vəzifəsi haqq dinin bütün insan dinləri və məktəbləri üzərində üstünlüyünü təmin etməkdir. Bu məqsəd, müşriklərin və kafirlərin müqavimətinə baxmayaraq, mütləq həyata keçiriləcəkdir.
Höccətül-İslam vəl-müslimin Parsaniya əlavə edib:
Cümə və Bəqərə surələrində peyğəmbərlərin vəzifəsi üç əsas istiqamətdə xülasə olunub: Allah ayələrinin tilavəti, nəfsin təzkiyəsi, oxumaq və hikməti öyrətmək. Bu vəzifələr yalnız fərdləri azğınlıqdan xilas etmir, həm də cəmiyyətin biliyə və əxlaqa əsaslanan təməlini möhkəmləndirir.
O əlavə edib:“Ayələrin fərqi də mənalıdır; Cümə surəsində vurğulanır ki, Allah Peyğəmbəri (s) cahillik əsarətində olan və əsassız qərəzlərlə dolu bir xalq arasında göndərilmişdir ki, onları bilik və hikmətə yönəltsin. Bəqərə surəsində isə qeyd olunur ki, Peyğəmbər (s) sizə öyrədir ki, nəinki bilmirdiniz, hətta özünüzün buna çatmaq imkanınız da yox idi. Bu göstərir ki, peyğəmbərlərin göndərilməsi mühüm və zəruridir. vəhyin rəhbərliyi olmadan insan qaranlıqda qalardı.
Hövzə və universitet müəllimi vurğulayıb: Əgər təməlqoyma idarəçilik anlayışını düzgün başa düşmək istəyiriksə, onu peyğəmbərlərin bu vəzifəsinin davamı kimi görməliyik. Qeyb dövründə dini idarəçilik də məhz bu missiya ilə mənalandırılmalıdır.Yəni nəfsin təmizlənməsi, dini biliklərin inkişafı, ilahi hikmətin yayılması və cəmiyyətin bütün sahələrdə haqq dinin üstünlüyünə doğru hərəkət etməsi üçün şəraitin yaradılması lazımdır.
Höccətül-İslam vəl-müslimin Parsaniya xatırladıb:
Beləliklə, təməlqoyma idarəçilik sadəcə bir siyasi və ya inzibati şüar deyil əksinə, Allahın peyğəmbərlərinin daşıdığı missiyanın davamıdır.
Bu idarəçilik eyni zamanda dünyanın indiki şəraitinə real yanaşsa da son məqsədi vahid və Məhdəviyyət cəmiyyətinin qurulmasını unutmamalıdır.
O vurğulayıb:
Qurani-Kərim bizə öyrədir ki, peyğəmbərlərin vəzifəsi insanları aşkar azğınlıqdan həqiqətə çatdırmaqdır və bu gün də İslam cəmiyyəti və onun idarəçilik institutlarının vəzifəsi elə budur: İnsanları paklıq və təhsil yoluna hazırlamaq, dünya cəmiyyətini Əhli-Beyt məktəbi ilə tanış etmək. Bu zühura yol hazırlamağın həqiqi mənasıdır.
Mədəni İnqilab Ali Şurasının üzvü Qurani-Kərim ayələrinə işarə edərək vurğulayıb:
Peyğəmbərlər yalnız Kitab və hikməti daşıyanlar deyildilər, eyni zamanda cəmiyyətdə güc yaradaraq və cəmiyyəti təchiz edərək insanları ədalət uğrunda qalxmağa səsləmək missiyasını daşıyırdılar.Bu yol fərdi dəvətdən başlayıb, nəhayət peyğəmbərçi cəmiyyətin formalaşmasına və Məkkədə kollektiv kimliyin həyata keçməsinə gətirib çıxardı.
Höccətül-İslam vəl-müslimin Parsaniya Quranda Hədid surəsinin ayələrinə işarə edərək bildirib:
“Allah Hədid surəsinin 25-ci ayəsində buyurur:
«لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَیِّنَاتِ وَأَنْزَلْنَا مَعَهُمُ الْکِتَابَ وَالْمِیزَانَ لِیَقُومَ النَّاسُ بِالْقِسْطِ ۖ وَأَنْزَلْنَا الْحَدِیدَ فِیهِ بَأْسٌ شَدِیدٌ وَمَنَافِعُ لِلنَّاسِ وَلِیَعْلَمَ اللَّهُ مَنْ یَنْصُرُهُ وَرُسُلَهُ بِالْغَیْبِ ۚ إِنَّ اللَّهَ قَوِیٌّ عَزِیزٌ»
Şübhəsiz ki, Biz peyğəmbərlərimizi açıq-aydın dəlillərlə göndərdik. İnsanlar ədalətə riayət etsinlər deyə onlarla birlikdə kitab və mizanı (tərəzini) nazil etdik. İnsanlar üçün bir çox faydası olan möhkəm dəmiri də Biz nazil etdik. Bu, Allahın görmədiyi halda ona və peyğəmbərlərinə yardım edənləri bilib ayırd etməsi üçündür. Şübhəsiz ki, Allah güclüdür, qüdrətlidir.
Bu ayə göstərir ki, peyğəmbərlər açıq dəlillərlə göndərilmiş, yanlarında Kitab və Mizan verilmişdir ki, insanlar ədalət uğrunda qalxsınlar. Dəmir isə güc və səlahiyyətin simvolu olaraq endirilmişdir ki, insanlar ədalətin həyata keçirilməsi və haqqın müdafiəsi üçün vasitələrə malik olsunlar.
O əlavə edib:Rivayətlərə əsasən, ‘Əgər dünyanın ömründən yalnız bir gün qalsa, Allah həmin günü uzadar ki, Əhli-Beytin Qaimi İmam Mehdi (ə.f) gəlsin.
O gün, Birlik İmamı (ə.f) insanlara rəhbərlik edəcək və onların biliyini dəyişdirəcək.Bu dəyişiklik insan mədəniyyətinin ümumi səviyyəsində baş verəcək və yalnız fərdləri deyil, bütün cəmiyyəti Allah yoluna yönəldəcək.
Mədəni İnqilab Ali Şurasının üzvü vurğulayıb:Peyğəmbər əslində Məkkə cəmiyyətinin yol hazırlığının bir mərhələsi idi.Bu yolu Peyğəmbər dəvət, tərbiyə və cihad vasitəsilə təmin etdi. Bu təcrübə göstərir ki, heç bir hakimiyyət, hətta dini hakimiyyət, xalqın yolu olmadan formalaşa bilməz. Avtoritar idarəçilik də məcburən xalqın mədəniyyətini qəbul etməlidir. Xalq razılaşmasa, hətta zorakılıq belə davam gətirə bilməz.
Höccətül-İslam vəl-müslimin Parsaniya vurğulayıb:
Beləliklə, zühura yol hazırlamaq da mərhələli və xalq əsaslıdır. Necə ki, İslam Peyğəmbəri (s) cahilliklə dolu bir cəmiyyətdə davamlı cihadla Məkkəni qurmağa müvəffəq oldu, İslam ümməti də qeyb dövründə öz mədəniyyət və bilik səviyyəsini yüksəltməlidir ki, Məhdəviyyət vilayəti üçün yol yaranmış olsun. Zühur bu tarixi yolun son mərhələsidir.Burada yaradılış fəlsəfəsi ən kamil öz forması ilə açılır. Beləcə, peyğəmbərlərin rəhbərliyi yalnız təhsil səviyyəsində qalmadı, ictimai və tarixi səviyəyə daşındı ki, Allahın və onun peyğəmbərinin dostlarının kimlər olduğu bəlli olsun.
O əlavə edib: Allah özü qeybi biləndir, lakin bu bilik əməl səviyyəsində və tarixin yolunda özünü göstərir. Ayənin sonunda qeyd olunduğu kimi, Allahın yardımı və əvəzsiz qüdrəti haqq dinin qələbəsini təmin edir.Baxmayaraq ki, bu məqsədə çatmaq yolunda insanlara böyük sınaqlar gəlir. Beləliklə, peyğəmbərlərin göndərilməsindən haqq dinin tam üstünlüyünə qədər rəhbərlik prosesi bir neçə mərhələdə müəyyən olunmuşdur: Əvvəlcə bilik və hikmət öyrədilir, sonra fərdi biliyin artırılması, və nəhayət ədalətin bərqərar edilməsi üçün ictimai qalxış həyata keçirilir.
Höccətül-islam vəl-müslimin Parsaniya qeyd edib: Bu ictimai qalxış güc və təşkilatçılıq tələb edir və Allah ‘dəmir’ (yəni səlahiyyət və müdafiə vasitəsi) verərək mömin cəmiyyəti bu yolda dəstəklədi. Lakin bu missiyanın həyata keçirilməsi xalqın üzərinə qoyuldu ki, peyğəmbərlərlə birlikdə döyüş və cihad meydanında ədaləti ictimai səviyyədə bərqərar etsinlər. Buna görə də, Peyğəmbəri-Əkrəm (s) öz qısamüddətli risalət dövründə iki mühüm mərhələ keçdi: Məkkədə on üç il fərdi dəvət və çətinliklərə səbr dövrü, və sonra Mədinədə on il hakimiyyətin qurulması və davamlı cihad dövrü.
O əlavə edib: Bu on illik Mədinə dövründə 120-dən çox qəzvə və səriyyə baş verdi; yəni orta hesabla hər ay bir ciddi toqquşma. Peyğəmbər (s) bu döyüşlərin yarısında şəxsən iştirak etdi, digər yarısında isə komandanlığı yoldaşlarına həvalə etdi. Bədr, Uhud, Xəndəq və Əhzab kimi böyük savaşlar bu hərtərəfli qarşıdurmanın nümunəsi idi; burada bütün müşrik qüvvələr İslamın qarşısında cərgəyə düzülmüşdülər, lakin nəticədə məğlub oldular.
Mədəni İnqilab Ali Şurasının üzvü əlavə edib: Bu tarixi proses göstərdi ki, Allah dininə dəvət fərdi və ev-eve başlandı, sonra möminlərin kiçik qruplarına və sosial şəbəkələrinə yayıldı və nəhayət kollektiv kimliyin formalaşması və Peyğmbərin şəhərinin qurulması ilə nəticələndi. Məkkənin fəthi və ‘Amel-ül-vüfud’ (xalq nümayəndələrinin toplaşması) bu yolun zirvəsi oldu; insanlar qruplar halında İslamı qəbul edirdilər və Tövhid kəlməsi yarımadada sosial və siyasi mövqe qazandı.
Höccətül-İslam vəl-müslimin Parsaniya vurğulayıb:
Peyğəmbərlərin (s) vəzifəsi və göndərişi göstərir ki, Allahın rəhbərliyi yalnız fərdi səviyyədə dayanmır, əksinə ictimai və tarixi mərtəbəyə çatır. Kitab, hikmət, ədalət və güc bu yolun dörd sütunudur və nəticədə haqq din bütün dinlər üzərində üstünlük qazanır. Peyğəmbəri-Əkrəmin (s) bu tarixi təcrübəsi qeyb dövründə gözləyən cəmiyyət üçün aydın bir nümunədir ki, idarəçilik yolu fərdi bilik, ictimai güc və son məqsəd arasında necə əlaqə qurmalıdır.
Peyğəmbərin Mədinəsi ilə İmam Mehdinin (ə.f) hakimiyyəti arasındakı əlaqə
Mədəni İnqilab Ali Şurasının üzvü,Peyğəmbərin Mədinəsi ilə İmam Mehdinin (ə.f) hakimiyyəti arasındakı əlaqəyə işarə edərək bildirib: İslam Peyğəmbəri (s) Mədinədə mömin cəmiyyətin ilkin formasını yaratdı, lakin Tövbə surəsində açıq şəkildə göstərildiyi kimi, möminlərin yanında münafiqlər və cahillik mədəniyyətinin təsirləri hələ mövcud idi. İmam Mehdinin (ə.f) dövləti isə əslində həmin mədəniyyətin tamamilə dəyişdirildiyi və ilahi biliyin bütün insanlıq səviyyəsində açıq şəkildə göründüyü mərhələdir.
Höccətül-İslam vəl-müslimin Parsaniya bildirib: Peyğəmbərin (s) Mədinəsi Allahın hakimiyyətinin həyata keçirilməsi yolunda ilk addım kimi qiymətləndirilə bilər. Lakin bu ideal formada belə müəyyən məhdudiyyətlərlə üzləşmişdi. Son nazil olan surələrdən biri olan Tövbə surəsi açıq şəkildə İslam cəmiyyətində münafiqlərin mövcudluğundan bəhs edir; zahirdə Tövhid kəlməsi ilə birlikdə idilər, amma içəridə hələ də cahillik mədəniyyəti və kökləri özündə saxlayırdılar.
O əlavə edib: Bu da göstərir ki, Mədinədə Peyğəmbəri-Əkrəm (s) siyasi güc əldə edib, Tövhid kəlməsi üstünlük qazanmış olsa da insan cəmiyyəti hələ də tam vilayətin həyata keçirilməsindən uzaq idi. Peyğəmbər (s) öz vilayəti hikməti ilə "insanlarla onların başa düşdüyü səviyyədə danışın” prinsipi ilə hərəkət edir, cəmiyyətin ümumi imkanlarına uyğun onlarla danışırdı. Hələ ki, möminlər üçün səma qapıları açıq idi və fərdi yüksəliş və Allahla görüş imkanı mövcud idi, lakin bu bilik hələ geniş ictimai bir formaya çevrilməmişdi.
Höccətül-İslam vəl-müslimin Parsaniya, bu tarixi təcrübəni zühur fəlsəfəsi ilə əlaqələndirərək əlavə edib:
İmam Mehdinin (ə.f) dövlətində Allahın vilayəti insanlığın ümumi mədəniyyət səviyyəsində aşkar olacaq. Əgər bu gün günah və insanların üsyanı səbəbindən səma qapıları bağlı görünürsə, İmam Mehdinin (ə.f) dövlətində bu əngəl aradan qaldırılacaq. Qurani-Kərimdə buyurulur:
«وَلَوْ أَنَّ أَهْلَ الْقُرَیٰ آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَیْهِمْ بَرَکَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَٰکِنْ کَذَّبُوا فَأَخَذْنَاهُمْ بِمَا کَانُوا یَکْسِبُونَ»
Əgər o məmləkətlərin xalqı iman gətirib (günahlardan) çəkinsəydilər, həqiqətən, onlara göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqlarına görə (əzabla) yaxaladıq.
İman və təqva cəmiyyətlər üçün səma qapılarını açır; İmam Mehdinin (ə.f) dövlətində isə bu vəd tarixi səviyyədə həyata keçəcək.
313/17
Xəbərin sonu
Rəyiniz