Hövzə Xəbər Agentliyinin verdiyi məlumatına əsasən, iki il əvvəl 7 oktyabr səhər saatlarında baş verən hadisə hələ də bölgə və qlobal ölçüdə ən təsirli hadisə hesab edilə bilər: 7 oktyabr 2023-cü il tarixində Fələstin müqavimət qruplarının təşəbbüsü ilə Qəzza zolağında başlanan " Əqsa tufanı" əməliyyatı beynəlxalq məsələlər üzrə bir çox ekspert və təhlilçilərin dediyinə görə, bu əməliyyat sadəcə hərbi toqquşma deyil, işğalçı Sionist rejimi üçün varlıq hadisəsi kimi qiymətləndirilməlidir.
Seyid Həsən Nəsrullahın "Əqsa tufanı" əməliyyatını təsvir edən əbədi sözü
Bu hadisənin əhəmiyyəti o həddə idi ki, şəhid Seyid Həsən Nəsrullah "Əqsa tufanı" əməliyyatından sonra ilk çıxışında belə bildirdi:
“7 oktyabrda nə baş verdiyini mən deməli deyiləm. Bu igid, cəsur, yaradıcı, dəqiq planlanmış, böyük, geniş və tamamilə təqdirəlayiq bir əməliyyat idi. Bu böyük və geniş hadisə nə ilə nəticələndi? İsrail rejimində təhlükəsizlik, hərbi, siyasi, mənəvi və psixoloji səviyyədə zəlzələ yaratdı və strateji, mövcud nəticələrə malik oldu. Bu rejimin hazırkı vəziyyətinə və gələcəyinə təsir etdi və edəcək. Düşmən kabineti nə edirsə etsin keçən ay nələr etdiyindən, növbəti həftə və günlərdə nə edəcəyindən asılı olmayaraq heç vaxt “Əqsa tufanın” bu rejimə və mübarizənin davamına gətirdiyi strateji və tarixi nəticələri təsirləri və izlərini bu rejim daxilində aradan qaldıra bilməyəcək… Biz bu əməliyyatın hamısını alqışladıq.
İşğalçı rejimin təməlinə dərin və çoxşaxəli zərbələr
Beynəlxalq məsələlər üzrə təhlilçi Dr. Məhəmməd Sadiq Xorsəndin fikrincə: Hərçənd Qəzzada baş verən insan faciələrinin ölçüləri və hətta BMT-nin ABŞ və Qərb liderlərinin təzyiqinə baxmayaraq soyqırım iddiasını açıq şəkildə etiraf etməsi dünya ictimaiyyətini dərin şəkildə sarsıtmışdır, lakin buna baxmayaraq diqqət yetirilməlidir ki, Qəzzadakı insan faciələrinə fokuslanmaq 7 oktyabrda İsrailin güc təməlini sarsıdan əsas zərbələri nəzərə almamağa gətirib çıxarmamalıdır.
O əlavə etdi: Rejimin öz məsul şəxsləri və ekspertlərinin etirafına görə, bu zərbələr o qədər dərin və çoxşaxəli olmuşdur ki, onların uzunmüddətli bərpası İsrailin mövcudluğunu misli görünməmiş çətinliklərlə üzləşdirmişdir. Belə ki, son onilliklərdə Fələstinlə bağlı hadisələri "Əqsa tufanından" əvvəl və sonra olaraq bölmək və ciddi şəkildə təhlil etmək lazımdır.
Kəşfiyyat və qarşısının alınması sahəsində tam məğlubiyyət
Siyasi məsələlər üzrə ekspert həmçinin bildirib ki, ən ağır zərbə, Qüdsü işğal edən sionist rejimin təhlükəsizlik nüfuzunun sarsıdılması olmuşdur. O qeyd etdi: Onilliklər boyunca İsrail özünü dünyaya ən müasir kəşfiyyat sistemləri, elektron müşahidə və sərhəd qoruması ilə keçilməz qala kimi təqdim edirdi; lakin əslində Mossad və Şabak kəşfiyyat qurumlarının mürəkkəb və genişmiqyaslı bir əməliyyatı qabaqcadan proqnozlaşdırmaq, aşkar etmək və qarşısını almaqda tam məğlubiyyəti yalnız kəşfiyyat uğursuzluğu deyil, həm də strateji çöküş idi.
O sözünə davam edərək bildirib: Həmas döyüşçülərinin quru, dəniz və hava yolu ilə hətta paraşütlə işğal olunmuş torpaqların dərinliyinə uğurlu nüfuzu həm dostların, həm də düşmənlərin gözündə “məyusedilməz ordu” və tam kəşfiyyat üstünlüyü mifini sarsıtdı. Əlbəttə, diqqət yetirilməlidir ki, bu qarşısının alınmasının çöküşü praktiki nəticələr də doğurdu. Xüsusilə bölgə aktorlarını o cümlədən Livan Hizbullahını təşviq və gücləndirdi, nəticədə İsrail şimal cəbhəsində onlarla yaşayış məntəqəsini boşaltmağa və çoxcəbəli tükədici müharibədə iştirak etməyə məcbur oldu.
İddialı ordu Qəzza bataqlığında ilişib qaldı
Xorsənd əlavə etdi: Unutmamalıyıq ki, “Əqsa tufanı” əməliyyatının əvvəlində Netanyahu Qəzzaya hücum əməliyyatında iki əsas məqsədə malik idi: Biri Həmasın tamamilə məhv edilməsi digəri isə bütün girovların azad olunması. Lakin hələ də məqsədlərinə çatmayıb. Baxmayaraq ki, Trampın planı ilə Həmasın təslim olduğu görüntüsü yaratmağa çalışırlar, amma Həmasın bu məsələdəki uzaqgörənliyi dünya ictimaiyyətini heyrətləndirdi.
O əlavə etdi: Həqiqət budur ki, bütün təzyiqlərə, ağır itkilərə və infrastrukturların dağıdılmasına baxmayaraq, Həmas əməliyyat qabiliyyətini qoruyub saxlamış və şəhər tipli asimmetrik müharibə taktikaları və tunel şəbəkələrindən ustalıqla istifadə edərək, işğalçı ordunu Qəzza zolağı boyunca tükədici gerilla döyüşlərinə məcbur edib. Elə bu da İsrail əhalisi arasında işğalçı ordunun səmərəliliyinə və legitimliyinə dair şübhələr yaradıb.
Niyə “Əqsa tufanı” əməliyyatı baş verdi?
Jurnalist və media fəalı Əli Mudərrisi “Əqsa tufanı” əməliyyatının başlanma səbəblərini təhlil edərkən yazır:
“7 oktyabr 2023-cü il tarixində "Əqsa tufanı" əməliyyatının başlanmasından sonra media və ictimaiyyət arasında ən əsas suallardan biri belə idi: Həmas bu addımı ilə düzgün qərar verdi? Müdafiəsiz insanları bu qədər çətinliyə salmağa dəyərdimi? İlk baxışdan bu sual emosional və ürək ağrıdıcı görünür, lakin ona cavab vermək üçün bu hadisənin tarixi və siyasi kontekstini düzgün şəkildə anlamaq lazımdır.
Bu əməliyyatdan əvvəl Qəzza əhalisinin vəziyyəti kritik və dözülməz idi. Tam 15 ildən artıq davam edən blokada, çökmüş iqtisadiyyat, geniş yayılmış işsizlik və əhalinin 80%-dən çoxunun BMT nümayəndələrinin etirafına görə humanitar yardımlara asılılığı bu bölgənin acı reallığının yalnız bir hissəsi idi. Bu illər ərzində İsrail rejiminin Qəzza və Qərb sahilində davamlı qətliamları, həbs və təcavüzləri baş verdi, lakin dünya ictimaiyyətindən ciddi bir reaksiya görülmədi.
Belə bir şəraitdə, ABŞ rəhbərliyi və bəzi ərəb rejimlərinin iştirakı ilə irəli sürülən "İbrahim müqaviləsi" adlı plan əslində Fələstin məsələsinin ərəb dünyasının gündəmindən tamamilə çıxarılması demək idi. Bu proses davam etsəydi, Fələstin, müqavimət və qayıdış hüququ haqqında heç nə qalmazdı. Buna görə də “Əqsa tufanı” əməliyyatını emosional bir hərəkət yox, strateji reaksiyanın və qabaqlayıcı hücumun nəticəsi kimi qiymətləndirmək lazımdır. Bu Fələstin məsələsini yenidən qlobal diqqətin mərkəzinə qaytarmaq və işğalçı rejimlə normallaşma prosesini dayandırmaq üçün atılmış bir cəhd idi.
Bütün dünyada insan şüurunda oyanış dalğası
O, davam edən yazısında son həftələrdə Sionist rejimin cinayətlərinə qarşı qlobal oyanış dalğasına diqqət çəkir və bildirir:
“‘Əs-səmud" dəniz karvanı kimi xalq karvanlarının yaranması Avropa və Amerika paytaxtlarında genişmiqyaslı yürüşlərin keçirilməsi göstərdi ki, Qəzza xalqının səsi yenidən eşidilib. Buna görə də görürük ki, “Əqsa tufanı” əməliyyatının ağır maliyyə və insan itkiləri olsa da müqavimət və işğal münasibətlərində əvvəlki bir çox qaydaları dəyişdirdi. Bu əməliyyat yalnız hərbi toqquşma deyildi, eyni zamanda Fələstin xalqının iradəsinin yenidən müəyyənləşdirilməsi və işğalçı rejimin əsl simasının ifşa olunması baxımından tarixi dönüm nöqtəsi idi.
Hesabatın sonunda əsas məqama da diqqət yetirmək lazımdır: Netanyahu hökumətinin girovlarını geri qaytarmaqda uğursuzluğunu bir kənara qoysaq, Qəzza müharibəsinin İsrail üçün iqtisadi nəticələri misli görünməmiş və fəlakət xarakterli olmuşdur. On milyardlarla dollar dəyərində hərbi xərclər və 300 mindən çox ehtiyat qüvvənin səfərbər edilməsi bunların çoxu rejimin texnologiya, istehsal və sənaye sahələrinin əsas sütunlarıdır. İsrailin innovasiyaya əsaslanan iqtisadiyyatına ciddi zərbə vurmuş və bu təsirlər hələ də davam edir. ÜDM-in azalması, xarici investisiyaların enməsi və kapitalın çıxarılması bu böhranın əsas göstəriciləri hesab olunur.
Hesabat: Seyid Məhəmməd Mehdi Musəvi
Rəyiniz