Hövzə Xəbər Agentliyinin məlumatına görə, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Ərafi, çərşənbə axşamı günü Qum şəhərindəki Fətimiyyə Elmi Hövzəsində müəllimlər və tələbələr qarşısında çıxış edərək, bu məktəbin yüksək mövqeyinə diqqət çəkdi və Fətimiyyə günlərini qeyd edərək bildirdi:
Həzrət Fatimə Zahranın (s) elm və biliyik sahəsində yüksək məqamı
Həzrət Fatimə (s) çox yüksək vəzifə və vilayət məqamına malikdir. Həqiqətən, Həzrət Fatimə (s) bəşəriyyət tarixində yeganə qadındır ki, bütün elm və vilayət pillələrinə sahib olmuş və birbaşa olaraq qeyb aləmi, mələklər aləmi və müqəddəs aləmlə əlaqə yaratmışdır.
Elmi Hövzələrin rektoru çıxışına davam edərək qeyd etdi: Həzrət Fatimə (s) din və şəriət barədə bütün həqiqətlərdən xəbərdar idi və onların həyatı dünyəvi həyat ilə axirət arasında heç bir fərq qoymurdu. Çox vaxt Həzrət Fatimə (s) həm zahiri imamət, həm də batini hakimiyyət məsələlərini eyni anda idarə etmişdir. “Ummul -Əimmə” termini, yəni “İmamların Anası”, on bir imamın anası olmaq mənasını daşımaqla yanaşı, həm də onların ilahi biliklərə çatmasında vahidlik və vasitəçilik rolunu ifadə edir.
Ayətullah Ərafi, Həzrət Fatimənin (s) elm və biliyindəki yüksək mövqeyinə işarə edərək əlavə etdi: Həzrət Fatimə (s) gizli aləmdən ilahi bir vədiə kimi qəbul edilən məlumatlar almışdır ki, bu vədiə pak imamlara (ə) verilmişdir və hazırda bu ilahi vədiə Həzrət Bəqiyyətullahın (ə) ixtiyarındadır. Həzrət Fatimə Zəhra(s) gizli aləmlə imamlar arasında mənəvi bir vasitəçilik rolunu oynayır və bu mövqeyin dərk edilməsi son dərəcə çətindir.
İmamət və din həqiqətinin müdafiəsi
Elmi Hövzələrin rektoru daha sonra Həzrət Fatimənin (s) ictimai roluna toxunaraq bildirdi: Peyğəmbərin (s) vəfatından sonra Həzrət Fatimə (s) imamət və din həqiqətini müdafiə etməkdə əsas rol oynamışdır. O, ilahi dəyərləri qorumaq və onların unudulmasının qarşısını almaq üçün bütün səylərini sərf etmiş, tarixi bir dövrdə imamət və din həqiqətinin qabaqcıllarından və öncüllərindən biri kimi fəaliyyət göstərmişdir.

Fədək Xütbəsi: Həqiqətə sadiqlik və İlahi dəyərlərin müdafiəsi
Elmi Hövzələrin üzvü, Xubriqan məclisinin üzvü çıxışının davamında, Həzrət Fatimə Zahranın (s) Fədək xütbəsinə istinad edərək bildirdi: Həzrət Fatimə Zahranın (s) mənəvi böyüklüyünü və dərin biliyini göstərən ən mühüm sənədlərdən biri məhz Fədək xütbəsidir, hansı ki, Peyğəmbərin məscidində oxunmuşdur. Bu xütbə yalnız elm sahəsində deyil, həm də ictimai baxımdan Peyğəmbərin vəfatından sonra cəmiyyətdə baş verən dərin dəyişiklikləri əks etdirir.
Qəyyumlar Şurasının fıqh üzvü qeyd etdi: Peyğəmbərin (s) vəfatından sonra Mədinə cəmiyyəti öz kimliyini itirmiş və sosial strukturunda ciddi dəyişikliklər yaşamışdır. Həzrət Fatimə Zahra (s) Fədək xütbəsində dəqiq müşahidə və cazibədar ifadələrlə, Mədinə cəmiyyətinin kimlik böhranını və Peyğəmbərin (s) bünövrəsini qoyduğu möhkəm təməllərin sarsılmasını aydın şəkildə izah etmişdir.
Din həqiqətinin müdafiəsində pioner pol
Ayətullah Ərafi vurğuladı: Peyğəmbərin (s) vəfatından sonra İslam cəmiyyətində baş verənlər, cəmiyyətin sosial və kimlik əsaslarını sarsıdan fitnə idi. Həzrət Fatimə Zahra (s) din həqiqətini müdafiə edən pioner olaraq, bu dəyişikliklərə qarşı dayanıqlı və əsaslı bir mövqe nümayiş etdirmişdir.
Elmi Hövzələrin əsas vəzifələri
Ayətullah Ərafi çıxışında Elmi Hövzələrin dörd əsas vəzifəsinə diqqət çəkdi:
1. Böyük müəllimlərin yetişdirilməsi
2. Tədqiqatçı və ixtiraçıların hazırlanması
3. Şəriəti təbliğ edən və izah edən şəxslərin yetişdirilməsi
4. Hövzə daxilində və xaricində idarəçilərin hazırlanması
Yuxarı Səviyyəli və Strateji Sənədlərin Hazırlanması
Elmi Hövzələrin rəhbəri həmçinin yuxarı səviyyəli və strateji sənədlərin hazırlanmasına diqqət çəkdi. Bildirdi ki, son illərdə bu sənədlər strateji planlaşdırma prinsipləri əsasında hazırlanmışdır. Ölkə üzrə Elmi Hövzələrin rektorunun toplantısında bu sənədlərin prinsipləri və əsasları izah edilmişdir. Hazırda hövzə üçün növbəti beş il üzrə yeni planların hazırlanması davam edir.
Ayətullah Ərafi əlavə etdi: Bu sənədlər və planlar yalnız hövzənin inkişafı üçün deyil, ölkədə elm və dinin yüksəldilməsi üçün də böyük əhəmiyyət kəsb edir. Tələbələr bu sənədlərlə tanış olmalı, onları təhlil və müzakirə etməklə hövzənin inkişafına töhfə verməlidirlər.
Elmi Hövzənin təbliğat proqramlarının inkişafı
Elmi Hövzələrin Ali Şurasının üzvü Elmi Hövzənin təbliğat və mədəni proqramlarının gücləndirilməsi məsələsinə diqqət çəkərək bildirdi: “Əmin” layihəsinin təbliğatçıları iki-üç min nəfərdən 20 min qardaş və bacı təbliğatçıya çatmışdır və “Hicrət” layihəsi də nəzərəçarpan bir inkişaf göstərmişdir.
Hövzə ixtisaslarının strukturlarının dizaynı
Elmi Hövzələrin rəhbəri əlavə etdi: Hövzə ixtisaslarının bilik strukturunun hazırlanması da elmi biliklərin idarə olunması və müasir dünyanın tələblərinə, eləcə də İslam İnqilabı və islami dövlətin diskursuna cavab vermək məqsədilə həyata keçirilmiş və təsdiqlənmişdir.
Elmi Hövzənin Ali Şurasının üzvü bu böyük strateji və transformativ layihəni hövzənin yuxarı səviyyəli təsdiqlənmiş sənədlərinə əsaslanan onlarla mühüm layihədən biri adlandırdı. Bildirdi ki, hövzə ixtisas strukturu Elmi Hövzənin təhsil üzrə müavini və 500-dən çox müəllim və tədqiqatçının iştirakı ilə hazırlanmışdır və hövzənin genişlənmə şurası və ali şurasının diqqəti ilə təsdiq edilmişdir.
Rəhbər əlavə etdi: Bu struktur 16 əsas bilik sahəsini əhatə edir və 200-dən çox ixtisas, 200-dən çox sahə, 50 yanaşma olmaqla, ümumilikdə 400-dən çox ixtisas və sahəni əhatə edir. Gələcəkdə bu rəqəm 500-dən çox ixtisas, sahə və yanaşmaya qədər artırıla bilər.
Ali sənədlərin öyrənilməsi: İnkişaf və transformasiya fürsəti
Elmi Hövzələrin rektoru tələbələrin hövzənin ali sənədləri və proqramları ilə tanış olmalarının vacibliyini vurğuladı. Bildirdi ki, hövzənin idarəetmə planlamasında müxtəlif strateji sənədlər mövcuddur. Bəziləri məktəblərə, bəziləri isə hövzənin ümumi məsələlərinə aid edilir. Tələbələr və müəllimlərdən gözlənilir ki, bu sənədləri diqqətlə öyrənsin və təhlil və tənqid versinlər. Bu məqsədlə təklif edilir ki, məktəbin bir məkanında sənədlərin və layihələrin sərgisi təşkil olunsun tələbələr onlarla tanış olsun və rəy və təkliflərini təqdim etsinlər. Bu tədbir hövzə üçün böyük fayda gətirə bilər.
Əsas rol oynayan şəxslərin yetişdirilməsinin zəruriliyi
Elmi Hövzənin Ali Şurasının üzvü, Fətimiyyə məktəbinin müəllim və rəhbərlərinə müraciət edərək qeyd etdi: Ümumi tədrislərlə yanaşı, gələcəkdə hövzə, cəmiyyət və İslam İnqilabı üçün əsas rol oynayan şəxsiyyətlərin hazırlanmasına diqqət yetirin. Bu sahədə özünüzü məsuliyyətli bilin və kollektiv əmək və dəqiq planlama ilə bu vacib vəzifəni yerinə yetirin.
Ayətullah Ərafi əlavə etdi: Fətimiyyə Elmi Hövzəsi yüksək mövqeyini qoruyub saxlamalı və hətta mövcud vəziyyətdən irəliyə doğru irəliləməlidir. Məqsədimiz odur ki, on il sonra kimsə gəlib desin ki, bu məktəbdən beş fıqh alim, beş Quran təfsiri mütəxəssisi, beş təsirli təbliğatçı və beş nüfuzlu idarəçi çıxmışdır.
Məktəblər üçün ali məqsəd
Elmi Hövzələrin rektoru ölkə üzrə Elmi Hövzələrdəki əsas məqsədi belə açıqladı: Məqsədimiz budur ki, məktəblərdən İslam və hövzə elmlərində böyük şəxsiyyətlər və ekspertlər yetişsin. Məktəblərdən çıxanlar həm böyük müəllimlər, həm təsirli tədqiqatçılar, həm nüfuzlu təbliğatçılar, həm də cəmiyyət və İslam İnqilabı üçün səriştəli idarəçilər olsun.

Tələbələr üçün şəxsi proqramların əhəmiyyəti
Ayətullah Ərafi, şəxsi planlaşdırmanın vacibliyinə diqqət çəkərək bildirdi: Hər tələbə bütün tələbələr üçün ümumi proqramlar ki, hazırlanır və elan olunur ondan əlavə özünə xüsusi şəxsi proqram hazırlamalıdır. Bu proqram yalnız ümumi gözləntiləri və rəsmi qiymətləndirmələri keçməli, şəxsi inkişaf üçün davamlı çalışmanı təmin etməlidir. Hər tələbə özünü varlığının memarı kimi görməli və ali məqsədlərə çatmaq üçün fasiləsiz səy göstərməlidir. Tələbələr özünəməxsus proqramlara sahib olmalı və yüksək elmi və idarəçilik zirvələrinə çatmalıdırlar.
Sadəcə istedadlı olmaq kifayət deyil
Elmi Hövzələrin rektoru əlavə etdi: Sadəcə istedadlı olmaq və təbii qabiliyyətə sahib olmaq kifayət deyil. Ali elmi və idarəçilik zirvələrinə çatmaq üçün səy və qətiyyət vacibdir. Bu yolda hər fərd adi sərhədləri aşmalı, özünü hər dövrdə qiymətləndirməli və daha böyük irəliləyişlər əldə etməlidir.
Ayətullah Ərafi vurğuladı: Gələcəkdə bizə yüksək elmi, idarəçilik və təbliğat səviyyəsinə malik şəxslər lazımdır. Bu sizin məsuliyyətinizdir ki, elm və əməl yolunda addımlar ataraq Hövzə və İslam cəmiyyəti üçün daha parlaq bir gələcək təmin edəsiniz.
İstedadın fəsadları və təkəbbür təhlükəsi
Elmi Hövzənin ali şurasının üzvü, istedadlı şəxslərdə yaranan problemlərə diqqət çəkərək bildirdi: Bəzən istedadlı insanlar öz qabiliyyətlərinə arxayın olur və uğura yalnız təbii istedadla çatacaqlarını düşünürlər. Bu baxış, xüsusilə istedadlı şəxslər üçün ciddi risklər yaradır. Mən tələbəlik dövründə çox istedadlı həmkarlarla tanış olmuşam, lakin bəziləri davamlı səy göstərmədikləri üçün böyük uğurlara nail ola bilməmişdir. Əksinə, orta səviyyəli istedada malik şəxslər isə davamlı çalışaraq yüksək mövqelərə nail olmuşlar.
Davamlı Səy: Uğurun əsas amili
Ayətullah Ərafi əlavə etdi: İstedad təkbaşına kifayət deyil. Ali mövqelərə çatmaq üçün doğma qabiliyyət və təbii istedad davamlı iş və səy ilə dəstəklənməlidir. Hər bir tələbənin şəxsi inkişaf və yüksəliş planı olmalıdır. Yüksək məqsədlərə yönəlmiş səylər və uzunmüddətli baxış fərdi və ictimai gələcəyin formalaşmasında həyati rol oynayır.
Elmi Hövzənin fıqh üzvü əlavə etdi: Psixologiyada “özünü dərk etmə (self-concept)” termini mövcuddur və bu, hər fərdin öz gələcəyi barədə təsəvvürünü ifadə edir. Tələbələr bu təsəvvürü böyük və ali səviyyədə qurmalıdırlar. Kənara atılmamalıdırlar ki, həddindən artıq mükəmməllikçilik və şübhə onları əngəlləməsin. Uzunmüddətli baxış, fərdi səyləri və işgüzarlığı artırmaq üçün avtomatik stimul yaradır.
Şəhid Sədr: Hövzənin xüsusi nümunəsi
Ayətullah Ərafi daha sonra Şəhid Seyid Məhəmməd Baqir Sədrin təcrübələrini xatırlatdı: Şəhid Sədr, həm hövzənin, həm də müasir İslam alimlərinin istedadlı nümayəndəsi idi. O, yalnız elmi baxımdan seçilən deyildi, həm də səy və davamlı iş baxımından ideal nümunə idi. Həyat yoldaşı xatirələrində yazır ki, Şəhid Sədr gecələr gec saatlara qədər oxuyur və yazırdı, sənədləri rulon şəklində istifadə edir və saatlarla fasiləsiz işləyirdi. Bu, onun yüksək elmi mövqeyə çatmasının yeganə yoluydu.
Elmi Hövzələrin rektoru əlavə etdi: Həqiqət budur ki, elmi və analitik dərinliyə çatmaq üçün fasiləsiz çalışmaq və hər fürsətdən istifadə etmək zəruridir.

Güclü Perspektivin Vacibliyi
Elmi Hövzələrin ali şurasının üzvü yüksək baxış və güclü özünü dərk etmənin (self-concept) əhəmiyyəti haqqında danışaraq bildirdi: Tələbələr gələcəkləri barədə aydın və pozitiv təsəvvürə sahib olmalı və öz qabiliyyətlərinə inanmalıdırlar. Bu özünü dərk etmə, tələbələrin təhsil və elmi-dini fəaliyyətlərində yolunu daha aydın görməsinə kömək edə bilər.
Şəxsi Proqramlaşdırmanın Zəruriliyi
Rəhbərlik Ekspertlər Məclisinin üzvü adi və ümumi proqramlardan daha geniş şəxsi proqramın vacibliyini vurğuladı. Bildirdi ki, tələbələr özünəməxsus, fərdi proqram hazırlamalı, bu proqramda şəxsi potensiallarından tam istifadə etməli və yalnız ümumi proqramlarla kifayətlənməməlidirlər.
Səy və Tədqiqat: Uğura çatmaq üçün iki əsas prinsip
Ayətullah Ərafi “istedad təkbaşına kifayət deyil” fikrini vurğuladı. Bildirdi ki, uğura çatmaq üçün yalnız istedad kifayət deyil. Davamlı səy və elmi-tədqiqat prinsiplərinə riayət etmək də vacibdir. Xüsusilə müxtəlif məsələlərlə qarşılaşarkən tədqiqatçı və analitik yanaşma tələbələr üçün böyük əhəmiyyət daşıyır.
Elmi Hövzələrin rəhbəri əlavə etdi: Mövzulara tədqiqatçı yanaşma və məsələlərin dərinliklərinə getmək, tələbələrə düzgün yolun seçilməsində imkan verir və onları başqalarının tənqid və rəylərindən çəkinməməyə təşviq edir.
Xəbərin sonu







Rəyiniz