Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata görə, ölkə üzrə Elmi Hövzələrin rektoru Ayətullah Əlirza Ərafi, Qumda İmam Sadiq adına (ə) Müstəqil Briqadasının komandiri Höccətül-İslam vəl-müslimin Müntəziri ilə görüşü zamanı həzrət Fatimənin (s.ə) şəhadət günləri münasibətilə başsağlığı verib, həmin briqadanın geniş və əsas fəaliyyətlərini yüksək qiymətləndirib və onların hövzə və inqilabi sahədəki xüsusi mövqeyini vurğulayıb.
Ayətullah Ərafi, İmam Sadiq (ə) briqadasının tarixi və davamlı roluna işarə edərək bildirib: Bir tələbə və hövzə nümayəndəsi olaraq bu briqadada, həmçinin İnqilaba və hövzəyə xidmət sahəsində siz əziz dostların göstərdiyi xidmətlərə, zəhmətlərə və fədakarlıqlara görə minnətdarlığımı ifadə edir, təşəkkürümü bildirir və sizə uğurlar arzulayıram.
O, çıxışının davamında əlavə edib: Xüsusilə bir neçə istiqamətdə xüsusi təşəkkürümü qeyd etməliyəm. Bunlardan biri tələbələrin tədris kurslarının təşkili sahəsində sizin əməkdaşlığınızdır ki, son dərəcə ağır və həssas bir işdir. Həmçinin sizin mərasimlərdə, eləcə də inqilab və hövzə yönümlü şüarlarda fəal iştirakınız təqdirəlayiqdir.

Həzrət Zəhranın (s.ə) tarixi mövqeyinin təhlili və onun verdiyi strateji dərsləri
Ayətullah Ərafi çıxışının davamında Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəxsiyyətinin geniş və çoxşaxəli cəhətlərini təhlil edərək bildirib ki, Həzrət Zəhra (s.ə) mənəvi bilik, ismət, ibadət, mənəviyyat, əxlaq, evdarlıq, ailə idarəçiliyi, eləcə də ictimai və siyasi fəaliyyət baxımından dünya qadınları və kişiləri üçün misilsiz bir nümunədir.
Ayətullah Ərafi, həzrət Zəhra (s.ə), həzrət Xədicə (s.ə) və həzrət Zeynəbin (s.ə) ortaq xüsusiyyətlərinə toxunaraq əlavə edib ki, bu üç böyük şəxsiyyət tarixdə həlledici mərhələlərdə və son dərəcə ağır şəraitdə misilsiz addımlar atan, yol göstərən və dərin təsir buraxan simalar olmuşlar. Ən mühüm nümunə isə həzrət Zəhranın (s.ə) gördüyü işdir. Çünki Mədinə bir anda çökdüyü, İslam cəmiyyətinin bütün meyarları tapdandığı bir vaxtda, o həzrət əzrət ən ağır tənhalıq və zülm içində ən böyük tarixi rolunu ifa etdi.
Ayətullah Ərafi “Fədək xütbəsinin” təhlilinə toxunaraq dedi: “Fədək xütbəsində həzrət Zəhra (s.ə) Mədinə cəmiyyətinin ictimai və psixoloji strukturunu bəyan edir. Yəni Rəsulullahın (s) yanında tərbiyə olunmuş inqilabi bir cəmiyyətin necə qısa zamanda tərsinə çevrildiyini və batil bir azlığın hakimiyyəti ələ aldığını izah edir. Cəmiyyətin böyük hissəsi isə üç qrupa şübhəyə düşənlər, qorxuya qapılanlar və tamaha uyanlara bölünmüşdür. Bu üç amil dəyərlərin süqutunun əsasına çevrildi.
Ölkə üzrə Elmi Hövzələrin rektoru çıxışının davamında əlavə etdi: “Belə bir şəraitdə həzrət Zəhra (s.ə) ayağa qalxdı, haqq bayrağını ucaltdı və öz zamanını aşan, tarix və gələcəyə ünvanlanmış bir hərəkət ortaya qoydu. Uzunmüddətli baxışla yanaşdıqda, O həzrətin həm zahiri, həm batini qələbəsinin şahidi oluruq.
Ölkə üzrə Elmi Hövzələrin rektoru qeyd etdi: Bu dərin dərk, strateji baxış, ümidsizlik şəraitində rolu üzərinə götürmədən çəkinməmək, böhran idarəçiliyi, çətinliklərdə rəhbərlik və həmrəylik olmadan davam gətirmək, bunlar həzrət Zəhranın (s.ə) həyatının əsas məqamlarıdır. Bu dərslər hamımız üçün nümunədir və İslam İnqilabı da məhz bu prinsiplərdən qaynaqlanmışdır.
İslam İnqilabının şəraitinin Bədr, Ühüd və Aşura ilə müqayisəsi
Ayətullah Ərafi Aşura mədəniyyətindəki müqavimət ruhuna işarə edərək bildirdi: “Məhərrəm ayının onuncu günü qələbəyə dair heç bir ümid yox idi. Nə imkanlar vardı, nə müqayisə olunacaq qüvvə, nə də ona uyğun şərait. Lakin İmam Hüseyn (ə) ən ağır ümidsizlik şəraitində belə ordusunu hərbi qaydalar əsasında nizama saldı. Bu ümidsizlik içində ümid və zahirdə nəticəsiz görünən bir vəziyyətdə belə strateji planlaşdırma deməkdir. İslam İnqilabı da bu ənənədən qaynaqlanır və onun mahiyyəti Məşrutə inqilabı və oxşar hərəkatlardan tamamilə fərqlənir.
O daha sonra bildirdi:“İslam İnqilabı bu böyük mədəniyyətin bəhrəsidir və bizim vəzifəmiz bu yolu qorumaq, onu dəstəkləmək və onun düşüncə istiqamətini yüksəltməkdir. Bu gün İslam İnqilabı böyük bir gücə çevrilmişdir və düşmənlərin bütün səyləri bu hərəkəti dayandırmağa yönəlib. Mən müxtəlif ölkələrdəki missiyalarım zamanı müşahidə etmişəm ki, dünyanın dərin qatlarında İnqilaba diqqət və maraq çox genişdir.

Strateji tövsiyələr
Ölkə üzrə Elmi Hövzələrin rektoru İmam Sadiq (ə) briqadasının komandiri və şəxsi heyətinə müraciətlə bildirdi: İmam Sadiq (ə) briqadası öz elmi-ideoloji bazasını həm kadr səviyyəsində, həm də əsgər səviyyəsində daha da möhkəmləndirməlidir. Maarifin qorunması və yüksəldilməsi davamlı fəaliyyət tələb edir və bunu inzibati və ya mərasim xarakterli formalarla həyata keçirmək olmaz. Bu strukturda dərin elm və maarif sahibi olan şəxslər olmalıdır.
Qəyyumlar Şurasının Fiqh üzrə eksperti sözlərinə davam edərək əlavə etdi: “Növbəti mühüm məsələ hövzə mühitini dərindən tanımaq və bu mühitdə fikri və elmi nüfuz imkanlarını artırmaqdır. Hövzə böyük bir tarixi sistemi təmsil edir və onu doğru və əsaslı şəkildə tanımaq lazımdır ki, fikri və intellektual təsir imkanları formalaşsın.
Ayətullah Ərafi daha sonra vurğuladı: “Tövsiyə edirəm ki, Hövzənin Planlaşdırma İdarəsi ilə koordinasiya edərək hövzə proqramları və təkmilləşmə mərhələlərini əks etdirən bir sərgi təşkil edəsiniz. Hövzənin layihələri və fəaliyyətlərini göstərən ümumi mənzərə təqdim edən bir sərgi.
Elmi Hövzələrin rektoru, briqadanın müxtəlif hadisələrdəki rolunu yüksək qiymətləndirərək bildirdi: İmam Sadiq (ə) briqadası baş verən hadisələrdə mühüm rol oynayıb. Hövzə daxilində isə böhran qərargahları və cihad qrupları fəaliyyətə başlayıb və sizin bu sahədə gördüyünüz işlər təqdirəlayiqdir. Bununla yanaşı, hövzəyə uyğun şəkildə daha geniş əməkdaşlıq, xidmətlərin genişləndirilməsi və fəaliyyət səviyyəsinin yüksəldilməsinə ehtiyac mövcuddur.
Ölkə üzrə Elmi Hövzələrin rektoru çıxışının sonunda belə qeyd etdi: Bu briqadada xidmət edən şəxslər təhsil və inkişaf baxımından daha yüksək potensiala malikdirlər və bu istiqamətdə müəyyən imkanlar və güzəştlər yaratmaq mümkündür. Eyni zamanda hövzə ilə əlaqəli bütün qurumların koordinasiyası və vahid şəkildə fəaliyyət göstərməsi son dərəcə önəmlidir və ciddi şəkildə diqqətdə saxlanılmalıdır.
Xəbərin sonu
Rəyiniz