şənbə 29 noyabr 2025 - 21:09
Əbədilik dərsi verən istedadlı bir şəxs

Doktor Məcid Şəhriyari elə bir elm nümunəsi və istedadlı şəxs idi ki, şəhadəti ilə hamıya haqq və həqiqət yolunda əbədilik dərsi verdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, arzusu, inancı və vətəni uğrunda canını fəda edənlər yalnız düşmənlə fiziki savaş meydanında qarşılaşanlar deyil. Çünki elə çoxlu insanlar da var ki, öz ölkələrinin inkişafı və ucalması naminə elm və bilik silahı ilə şeytana qarşı mübarizə aparırlar. Şübhəsiz ki, şəhid doktor Məcid Şəhriyari onlardan biridir.

Yazıçı və tədqiqatçı Sehrab Hamidinin ifadəsinə görə, doktor Məcid Şəhriyarinin şəhid olduğu gün olan azər ayının səkkizi (29 noyabr) İran elm tarixində bir dönüş nöqtəsini xatırladır. Elə bir nöqtə ki, burada “istedadlılıq”, “milli məsuliyyət” və “elmi-mənəvi dayanış” vahid bir nümunəyə çevrilir. Buna görə də demək lazımdır ki, “Şəhriyari olmaq” sadə bir metafora deyil, İranın gələcək onilliklərdəki elmi inkişaf yolunu yenidən müəyyən edə biləcək bir elmi davranış modelinin formalaşdırılmasıdır.

Onun elmi örnək həyatına qısa baxış

Məcid Şəhriyari 7 dekabr 1966-cı il tarixində Zəncan əyalətində dünyaya göz açmışdır. O, ibtidai və orta məktəb təhsilini Zəncanda tamamlamış və 1984-cü ildə keçirilən qəbul imtahanında öz bölgəsində ikinci yeri tutaraq Tehrandakı Əmir Kəbir Texnologiya Universitetində Elektronika fakültəsinə qəbul olmuşdur.

1992-ci ildə magistratura təhsilini tamamlamış və birinci yeri tutduğuna görə, bu qanuna əsasən Əmir Kəbir Texnologiya Universitetində Nüvə Elmləri və Texnologiyası üzrə doktorantura təhsilinə qəbul edilmişdir. Doktorantura təhsilini də 1998-ci ildə başa vurmuş və oktyabr ayından etibarən Əmir Kəbir Texnologiya Universiteti Fizika Fakültəsində müəllim kimi fəaliyyətə başlamışdır.

Şəhriyari 1988-ci ildə Şəhid Behişti Universitetinin elmi heyətinin üzvü xanım Behcət Qasimi ilə ailə qurdu. Bu evlilikdən iki övladı Möhsün və Zəhra dünyaya gəldi.

Dr. Məcid Şəhriyari 29 Noyabr 2010- cu il tarixində universitetə gedərkən Mossad tərəfindən sui-qəsd nəticəsində şəhid oldu. Hərçənd ailəsi övladlarının Zəncanda dəfn edilməsini arzulasa da, nəticədə bu elm şəhidin müqəddəs peykəri Tehranın İmamzadə Saleh (ə) qəbiristanlığında dəfn edildi.

Şəhid Şəhriyarinin sui-qəsd olunma planı

Hadisənin baş verdiyi səhər vaxtı Dr. Məcid Şəhriyari avtomobilin qabaq oturacağında, sürücüsü yanında, xanımı isə arxa oturacaqda oturmuşdu. Təxminən 600 metr getdikdən sonra, Ərtəş prospektində bir motosiklet avtomobilə yaxınlaşaraq partlayıcı qurğunu avtomobilin qabaq oturacağının qapısına bağlayıb tez uzaqlaşdı. Bu zaman xanımı və sürücüsü partlayıcıdan xəbər tutdular. Onlar maşından düşdülər və xanımı sürətlə qabaq qapıya tərəf getdi, Şəhriyarini avtomobildən çıxarmağa çalışdı. Lakin təhlükəsizlik kəmərinin ilişməsi səbəbi ilə onu vaxtında çıxara bilmədi və partlayıcı qapıda partladı, xanımı bir neçə metr geriyə tulladı.

NBC şəbəkəsinin verdiyi məlumata görə, Barak Obama hökumətinin iki yüksək rütbəli rəsmisi bildirib ki, Sionist rejimi tərəfindən dəstəklənən Münafiqin Təşkilatı bu sui-qəsdləri həyata keçirib və ABŞ bu sui-qəsdlərdən xəbərdar olsa da, birbaşa müdaxilə etməyib.

Mossadın nüvə alimlərini terror etmək planı:

Ronən Berqmen “Qalx və əvvəl onu öldür” adlı kitabında belə yazır:

"Aril Şaron, Daqanı Mossad rəhbəri təyin etdikdən sonra, onu İranın nüvə proqramını məhv etmək üzrə məsul təyin etdi. Çünki hər ikisinin baxışına görə bu proqram Sionist rejimi üçün ciddi bir təhdid hesab olunurdu. Daqan bu məqsədə çatmaq üçün müxtəlif üsullara əl atdı. Onun fikrincə ən çətin, amma ən təsirli yol, İranın raket və nüvə sənayesindəki əsas elm adamlarını müəyyən etmək və sonra onları aradan götürmək idi.

Mossad bu sahədə çalışan on beş nəfəri müəyyənləşdirdi və onların altısını fiziki olaraq məhv etdi. Bu ‘aradan götürmə’ əməliyyatları əksər hallarda səhər tezdən, alimlərin işə getdiyi vaxt, motosikletlə yaxınlaşaraq avtomobillərinə yapışdırılan tez partlayan bombalar vasitəsilə həyata keçirilirdi.

Bu əməliyyatlar və Mossad tərəfindən başladılan digər çoxsaylı fəaliyyətlər bəzən ABŞ-la əməkdaşlıq şəklində icra olunur və hamısı uğurlu nəticə ilə yekunlaşırdı.

Ali Rəhbərin Şəhid Şəhriyarinin ailəsi ilə görüşündəki çıxışı

Həzrət Ayətullah İmam Xamenei Şəhid Şəhriyarinin ailəsinə müraciət edərək bildirdi:

“Dr. Şəhriyarinin şəhadəti ölkənin elmi ictimaiyyətinə şərəf gətirdi. Bu şəhadət həm də yüksək nüfuza malik və qəbul olunmuş bir şəxsiyyət düşmənə göstərdi ki, İslam Respublikası elmi mühitində belə şəxsiyyətlər və motivasiyalar mövcuddur.

Şübhəsiz, bu gün İran İslam Respublikasının nüvə sənayəsi sahəsində əldə etdiyi böyük uğurlar, bu sahədəki alimlərin elmi və cihadi səylərinin nəticəsidir. Bu dahilər elm və mənəviyyatı birləşdirərək İran İslam Respublikasını nüvə elminin zirvəsinə çatdırdılar.”

Həzrət Ayətullah Cavadi Amulinin mənalı çıxışı

Ayətullah üzma Cavadi Amuli Şəhid Şəhriyarinin qırxıncı gün mərasimində belə demişdir:

“Hədislərdə Əhli-Beytin (ə) buyurduğu kimi, Qiyamət səhnəsində şəhidin qanını alimlərin qələminin mürəkkəbi ilə ölçərlər və alimlərin mürəkkəbi şəhidlərin qanından daha ağır gələr. Lakin əgər bir alim öz dinini qorumaq naminə şəhadət şərbətini içsə, o zaman həm çəkini, həm də çəkilən dəyəri özü ilə birlikdə daşıyar.

Elm, kainatın həqiqətini açıqlayan və ilahi əlamətləri izah edən bir şeydir. O, Allahın yaratdığı təbiəti öyrədir, sadəcə təbiəti deyil. Alim Allahın həqiqətini tanıyır, tərk edilmiş təbiəti deyil. Şəhid kimi, onun hər iki əli doludur: Bir əlində çəkini, digər əlində isə çəkilən dəyəri daşıyır. Universitet və dini məktəb alimləri, eləcə də Şəhid Şəhriyari bir əllərində gövhəri, digər əllərində isə həmin gövhəri qoruyan qılıncı tutur. Alim heç vaxt başqasını məhv etmək üçün qılınc qaldırmaz. Onlar qılıncı, bu məqamı və gövhəri qorumaq üçün əllərinə alarlar.

Şəhid Şəhriyarinin dostları və ailəsi əmin olsunlar ki, o, indi ruh və ətir içindədir. Əgər iki əli dolu olaraq Allah dərgahına çatmışsa, yalnız öz problemlərini həll etməyəcək, başqalarının da işini asanlaşdıracaq və başqaları üçün şəfaət edəcək.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha