Hövsə Xəbər Agentliyinin Tehran üzrə müxbirinin verdiyi məlumata görə, İslam təbliğatı üzrə Koordinasiya Şurası şəhid Ayətullah Seyid Həsən Müdərrisin ildönümü və İran İslam Məclisinin Günü münasibətilə bəyanat yayıb.
Bəyanatın mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
10 azər (1 dekabr) şəhid Ayətullah Seyid Həsən Müdərrisin şəhadət günüdür və bu gün İranın müasir tarixində möhkəm və təsirli bir şəxsiyyətin xatirəsini yad edir. O, iman, dərin anlayış, xalqına bağlılıq və cəsarəti sayəsində siyasəti din, azadlıq və xalqın hüquqlarının müdafiəsi ilə bərabər səviyyədə mənalandırdı. Şəhid Müdərris səmimiyyəti, açıq sözlülüyü və misilsiz iradəsi ilə sağlam və məsuliyyətli siyasətin nümunəsini qoydu və adı İran tarixində avtoritarizmə və asılılığa qarşı müqavizətin simvolu kimi qaldı.
Şəhid Müdərrisin təlimləri göstərir ki, müstəqilliyin, ləyaqətin və milli təhlükəsizliyin qorunması yalnız iman və kollektiv ağılla, milli həmrəyliyə sadiqliklə, və xarici təhdidlər və ideoloji savaşlara qarşı ağıllı yanaşma ilə mümkündür. Bu prinsiplərə sadiq qalan xalq, regional çağırışları qətiyyətlə dəf edə və strateji maraqlarını effektiv şəkildə müdafiə edə bilər.
Bu günün İran İslam Məclisi Günü ilə əlaqəsi, Məclisin ölkədə sabitliyin, inkişafın və səmərəli idarəçiliyin təşviqində strateji rolunu xatırladır. Məclis, İslam İnqilabının ideallarına və Ali Rəhbər Ayətullah Əli Xameneinin hikmətli göstərişlərinə uyğun fəaliyyət göstərərək, uzunmüddətli baxış, qanunverici və nəzarət öhdəliklərinə diqqət, digər səlahiyyət orqanları ilə konstruktiv əməkdaşlıq və xalqın ehtiyaclarına davamlı diqqət göstərməklə sosial kapitalın möhkəmləndirilməsində və ölkənin əsas maraqlarının irəliləməsində tarixi rolunu ən yaxşı şəkildə yerinə yetirə bilər. Bu gün milli məclis, xalqın kollektiv ağlının simvolu kimi, ümidin möhkəmləndirilməsi, siyasi hikmətin dərinləşdirilməsi və qanunvericilik sisteminin səmərəliliyinin artırılması istiqamətində əvəzolunmaz bir müdafiə qalasıdır.
İslam Təbliğatı üzrə Koordinasiya Şurası, şəhid Ayətullah Seyid Həsən Müdərrisin uca məqamını yad etməklə və “ Milli Məclis Günü” münasibətilə İran xalqının hörmətli nümayəndələrini təbrik edərək vurğulayır ki: Müdərrisin düşüncə və məramının təbliği, məclisin milli maraqların qorunmasındakı strateji rolunun yenidən tanıdılması və xalqla qanunverici sistem arasındakı bağların möhkəmləndirilməsi ölkənin əsas mədəni və təbliğat prioritetlərindəndir. Şübhəsiz ki, şəhid Müdərrisin həyat və düşüncəsindən ilham almaqla, İran İslam Milli Məclisinin tarixi rolunu ölkənin inkişafı, sabitliyi və qüdrətinin möhkəmləndirilməsi yolunda həyata keçirmə imkanları daha da artacaq.
Xəbərin sonu
Rəyiniz