bazar 30 noyabr 2025 - 19:21
Eyni evdə yaşadığım baldızla necə yola gedim?

Hövzə/ Həyatın ilk mərhələsində ərinizin bacısı ilə olan yaxınlığına qarşı qısqanclıq hiss etmək təbiidir. Çünki o, neçə illərdir ki, ailəsi ilə bir yerdə olub və sevgi isə bir-birinin yerini tutmur. Həll yolu isə cütlük münasibətini gücləndirməyə fokuslanmaq, qarşılıqlı hörməti qorumaq, baldızı ev işlərinə yumşaq şəkildə cəlb etmək və ikilikdə keçirdiyiniz vaxtları düzgün idarə etməkdir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən,Höccətül-İslam Rza Yusifzadə “Həqiqi Ailə İdarəçiliyi” mövzusunda verdiyi müsahibədə “Həyat yoldaşının ailə üzvlərinin ailədə iştirakı və bunun idarə olunması” məsələsinə toxunub. Bu müsahibə siz hörmətli oxuculara təqdim olunur.

• Sual

Baldızım bir neçə aydır bizimlə yaşayır. O, subaydır və işlə bağlı gedib-gəlir, amma evdə heç bir iş görmür.

Ərimin də başqa qardaşı olmadığı üçün bacısı tez-tez bizə gəlir. Görünür, digər bacılarının evində özünü rahat hiss etmir.

Mən bir qadın olaraq bəzən qısqanclıq hiss edirəm. Çünki görürəm ki, ərimlə çox danışır və narahat oluram ki, bu vəziyyət mənimlə ərim arasındakı münasibətə təsir etsin.

Ərim də ona “özünə ev tap” deyə bilmir, çünki o, bacısıdır. Bu vəziyyətlə necə barışım və necə davranım?

• Cavab

Bu adətən gənc cütlərin evliliyin ilk vaxtlarında qarşılaşdığı bir çətinlikdir. Çünki onlar yeni ailə həyatına qədəm qoyurlar və birdən görürlər ki, həyat yoldaşlarının bacısı, qardaşı, atası, anası və ya digər ailə üzvləri ilə illərin birgə yaşantısına və uzun təcrübələrə söykənən dərin bir səmimiyyəti var.

Hətta bu hiss hər iki tərəfdə də yarana bilər, yəni qadın və ya kişi düşünə bilər ki, “mən bu ailəyə yenicə daxil olmuşam, amma həyat yoldaşım ailəsi ilə illərdir ki, yaxın münasibətdədir və təbii olaraq onların söhbəti və ünsiyyəti daha çox olur.”

Beləliklə:

Birinci bunu bilməliyik ki, həyat yoldaşımız biz həyatına daxil olmamışdan əvvəl iyirmi ildən artıq bir müddətdə ailəsi ilə birlikdə yaşayıb və onların arasında dərin, səmimi münasibətlərin olması tamamilə təbiidir.

İkincisi isə budur ki, adətən həyatın ilk mərhələsində həyat yoldaşımıza qarşı bir növ “mənimsəmə hissi” yaranır.

Həyat yoldaşımızın başqa biri ilə hətta anası və ya bacısı ilə səmimi olduğunu görəndə bu mənimsəmə hissi narahatlıq yaradır. Sanki elə bil həyat yoldaşımızın bizə olan sevgisi azalacaq və ya bizim yerimiz təhlükəyə düşəcək. Halbuki insan psixologiyasında insanların mövqeləri fərqlidir və sevginin növü də bir-birindən fərqlənir.

İnsanın anasına və ya bacısına olan sevgisi fərqli bir sevgidir və bu sevginin heç biri həyat yoldaşına olan məhəbbəti zəiflətmir və onun yerini tuta bilməz.

Əslində kişinin bacısına olan sevgisi onu daha zərif və mehriban edir və bu zəriflik həyat yoldaşına da ötürülür. Buna görə də diqqəti ərimizin bacısı ilə münasibətinə yönəltmək əvəzinə, əsas diqqəti özümüzün həyat yoldaşımızla olan münasibətimizi gücləndirməyə sərf etməliyik.

Bu münasibət ikilikdə keçirdilən vaxtların düzgün idarə olunması, sevgi ifadələri, müsbət diqqət və cütlüklərin özəl məkanını qorumaqla güclənir.

Baldız məsələsinə gəlincə, ən vacib məqam ona qarşı tamamilə hörmətli münasibət qurmaqdır. Çünki əgər onunla münasibətiniz pozularsa, bu məsələ dolayısı ilə həyat yoldaşınızla olan münasibətinizə də mənfi təsir göstərə bilər.

Siz özünüz də qeyd etmisiniz ki, o, sizin həyat yoldaşınızın bacısıdır və ondan başqa bir ev tapmasını istəmək mümkün deyil.

Onun ev işlərində iştirak etməməsinə gəlincə, bunu sakit və təbii şəkildə idarə edib onu ev işlərinə daxil edə bilərsiniz.

Məsələn, yemək hazırlayanda tərəvəz və ya kahı olan bir qabı onun qarşısına qoyub deyə bilərsiniz ki, “mən yeməyi hazırlayıram, mümkünsə bunları doğra.”

Bu cür davranış ailə mühitini daha real, daha rahat və hər kəs üçün daha dözümlü edir.

Sonda ən vacib məqam budur ki, həyat yoldaşınızla danışasınız ki, bacısının evdə olması sizin ikilikdə keçirdiyiniz vaxtları azaltmasın və ya arxa plana keçirməsin.

Cütlüyün özəl anları, şəxsi söhbətlər, birlikdə vaxt keçirmək və hətta birgə çölə çıxmalar mütləq qorunmalıdır.

Əlbəttə, üçünüzün birlikdə vaxt keçirməyində heç bir problem yoxdur, amma bu, sizin iki nəfərlik münasibətinizin yerini tutmamalıdır.

Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha