Hövzə Xəbər Agentliyinin müxbirinin məlumatına əsasən, Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü Ayətullah Abbas Kəbi bir qeyddə yazıb: Maddi hesablamalar sistemində güc anlayışı əsasən hərbi potensial və texnoloji üstünlüklə müəyyən olunur. Lakin Quran anlayışında həqiqi qüdrət yalnız Allaha məxsusdur:
«وَاللَّهُ غَالِبٌ عَلَىٰ أَمْرِهِ» (Yusif, 21)
Allahın son və qəti iradəsi həmişə qalibdir və nə qədər mürəkkəb olsa da, heç bir plan və hiylə ilahi iradəni boşa çıxara bilməz. Quran maddi güc nə qədər böyük və əzəmətli görünsə də, ilahi iradə və möminlərin imanlı müqaviməti qarşısında أَوْهَنَ الْبُيُوتِ ən zəif və ən kövrək evlər kimidir.
1977-ci ildə terrorla mübarizə və düşmən ərazilərinin dərinliklərinə sızma məqsədi ilə yaradılmış ABŞ ordusunun xüsusi əməliyyat bölməsi (Delta Force), mütləq hərbi güc olmaqdan daha çox, Hollivud sənayesinin məhsuludur. Amerika bu qüvvənin imkanlarını şişirtməklə, ilk güllə atılmamışdan öncə xalqların iradəsini sındırmaq, müqavimət ruhunu zəiflətmək niyyəti güdür. Bu isə ayənin açıq təcəssümüdür:
«إِنَّمَا ذَٰلِکُمُ الشَّیْطَانُ یُخَوِّفُ أَوْلِیَاءَهُ»
O Şeytan sizi yalnız öz dostları ilə qorxuda bilər.
(Ali İmran surəsi, 175-ci ayə)
Delta Forcenin fəaliyyəti ağır məğlubiyyətlərlə müşayiət olunmuşdur ki, bu da onun iddia edilən heybətini darmadağın etmişdir. İmam Xomeyninin (r) təbiri ilə desək səhradakı qumlar Allahın əmrini yerinə yetirən məmurlar idi və düşmənin silah və texnikasının sıradan çıxdığı Təbəs hadisəsindən tutmuş, Livana kimi, Livandan tutmuş Moqadişuda baş verən qanlı döyüşə qədər düşmən alçaldıcı şəkildə geri çəkilməyə məcbur olmuşdur.
Həmin döyüşdə ABŞ əsgərlərinin cəsədlərinin yayılan görüntüləri bu qüvvənin “məğlubedilməzlik” mifini dünya ictimaiyyəti qarşısında puça çıxardı.
2026-cı il yanvarın 3-ü sübh çağı Venesuelada həyata keçirilən əməliyyat infrastrukturun bombalanması, elektrik enerjisinin kəsilməsi və bir ölkə prezidentinin oğurlanması ilə müşayiət olunan bu addım təkcə hərbi müdaxilə deyildir. Bu bütün beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması, habelə bəşəriyyətin cahiliyyət dövrünə geri qaytarılmasıdır. Trampın göstərişi ilə həyata keçirilən bu “müasir quldurluğun” məqsədi milli sərvətlərin (neft, qaz və qızıl) talan edilməsindən və müstəqil xalqların alçaldılmasından başqa bir şey deyil.
Hərçənd düşmən daxili parçalanma yaşayan mühitlərdə “taktiki uğur” qazanmaq şansına malik ola bilər, lakin ilahi qaydaya görə bu cür zahiri qələbələr davamlı olmayacaq. Peyğəmbərlərin tarixi
«أَخْذَ عَزِیزٍ مُقْتَدِرٍ»
ayəsinin ən açıq şahididir. Allah mütləq hakimdir və çətinlik zamanı çıxış və nicat verəndir.
Həzrət Yusifin (ə) hekayəsi buna ən gözəl nümunədir: Qardaşları onu aradan götürmək üçün quyuya atdılar, lakin elə həmin quyu və zindan onun Misirin izzət taxtına çatmasının yoluna çevrildi.
Həzrət Musa (ə): Firon onu məhv etmək üçün körpə oğlanları qətlə yetirirdi, lakin buna baxmayaraq Allah Musanı elə Fironun öz qucağında böyütdü!
Həzrət Məhəmməd (s): Hicrət gecəsi düşmənlər onun canına qəsd etdilər, amma məhz həmin təhlükə İslamın qlobal şəkildə yayılmasının başlanğıcı oldu.
Bu ilahi qayda göstərir ki, hətta zahiri məğlubiyyətlər və ya düşmənin müvəqqəti qələbələri belə, Allahın hikmətli planı çərçivəsində daha böyük zəfərlərin və “yeni hitlerizmə" qarşı müqavimət göstərən xalqların oyanışının başlanğıcına çevrilə bilər.
Bu hərbi və media səfərbərliyi ilə üz-üzə qalarkən iki əsas və zəruri addım var:
Birincisi, hərtərəfli hazırlığın yüksəldilməsi: Səbəb–nəticə sistemindən qafil olmaq olmaz. «وَأَعِدّوا لَهُم مَا استَطَعتُم مِن قُوَّةٍ» ayəsinə əsasən, hər cür ehtimala qarşı müdafiə və hərbi əməliyyat gücünün artırılması şəri vəzifədir.
İkincisi, təbliğat mühasirəsinin yarılması: Media düşmənlərinin təlqinlərinə məğlub olmamaq, informasiya müharibəsində ayıq və fəal mövqe tutmaq lazımdır.
Düşmən Venesuela əməliyyatını şişirtməklə bizim hesablar sistemimizi pozmağa çalışır. Delta Force və onu dəstəkləyən media şəbəkələri qorxu təlqin etmək üçün şeytanın alətləridir. Lakin Təbəs hadisəsinin göstərdiyi kimi, xalqın müqaviməti və qəlbi iman Vaşinqtonun ən mürəkkəb planlarını belə strateji məğlubiyyətə çevirə bilər. Gələcək müqavimətli xalqlarındır. Çünki «إِنَّ مَعَ الْعُسْرِ يُسْرًا» hər bir çətinliyin içində tədbir və təvəkküllə əldə olunan bir çıxış yolu vardır.
İslam İnqilabının Ali Rəhbərinin bəyanatı:
Oturub gözləməklə, tamaşa etməklə və düşmənin səhv edəcəyinə ümid bağlamaqla iş irəli getməz. Çalışmaq lazımdır, meydanda iştirak etmək lazımdır, çalışmaq lazımdır, Allaha güvənmək lazımdır, mücadilə etmək lazımdır və daim qarşılıqlı planlama aparmaq gərəkdir. Bu isə məsul şəxslərin vəzifəsidir.
Milli gücün tərkib hissələrini artırmaq lazımdır ki, onlardan biri də məhz silahlı qüvvələrdir. Güc istehsal etmək gərəkdir və bu güc praktikada da nümayiş etdirilməlidir.
7 fevral 2021-ci il
لَا یَغُرَّنَّکَ تَقَلُّبُ الَّذِینَ کَفَرُوا فِی الْبِلَادِ (١٩٦)مَتَاعٌ قَلِیلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ) آل عمران ۱۹۶-۱۹۷
(Ya Rəsulum!) küfr edənlərin diyar-diyar gəzib dolaşması (ticarətdən, əkinçilikdən mənfəət əldə edərək xoş güzəran keçirməsi) səni aldatmasın!
Bu, (axirət nemətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!
Ali İmran surəsi 196 və 197-ci ayə
Rəyiniz