Hövzə Xəbər Agentliyinin məlumatına görə, bir neçə saat öncə, Milli Televiziya və Radio Şurasının sədri Dr. Peyman Cəbəli, Qum elmi hövzəsinin Müəllimlər Birliyinin ofisində keçirilən Ali Şura iclasında iştirak edib.
İclasda çıxış edən Qum eıi hövzəsinin Müəllimlər Birliyinin sədri, Ayətullah Seyid Haşim Hüseyni Buşəhri, son 12 günlük müharibəsi zamanı Milli Televiziya və Radio Şurasının fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, düşmən bu media qurumuna qarşı ciddi nifrət bəsləyir və onu hədəf almışdı ki, bu da Televiziya və Radio Şurasının effektiv və əhəmiyyətli fəaliyyətinin göstəricisidir.
O, Televiziya və Radio Şurasının münaqişə dövründəki əsas üstünlüklərini belə sıralayıb:
Xəbər yayımında əsaslı və etibarlı məlumat mənbələrinin qorunması və koordinasiyanın təmin olunması
Xaosun qarşısının alınması və müxtəlif proqramların sinxronlaşdırılması, müharibə zamanı hadisələrə sürətli, nizami və ardıcıl reaksiya verilməsi, ümumi ictimai həyəcan və təşvişin nisbətən idarə olunması, şüarlı təhlillərdən çəkinmək və təqdim olunan analizlərin keyfiyyətini artırmaq, sahə və media arasında daha səmərəli əlaqələndirmə, ümumi ictimai birlik və nizamın qorunmasına diqqət, ölkənin gücünü və mövqeyini əks etdirən təsirli görüntülərin təqdim olunması, Ayətullah Hüseyni Buşəhri vurğulayıb ki, bütün bu xüsusiyyətlər son 12 günlük müharibə zamanı Televiziya və Radio Şurasının fəaliyyətini nümunəvi və effektiv etmişdir.

Qum elmi hövzəsinin Müəllimlər Birliyinin sədri və Xubriqan Məclisinin Rəyasət Heyətinin sədr müavini Ayətullah Seyid Haşim Hüseyni Buşəhri bildirib ki, milli media ilə din və dini təhsil qurumları arasındakı münasibət yenidən tərif edilməlidir. O vurğulayıb ki, dini və media əlaqəsi yalnız xüsusi münasibətlərə bağlı olmamalıdır. İlin bütün dövrlərində ədalət, ümid və əxlaq kimi əsas məsələlərə diqqət yetirilməlidir, yalnız bayram və ya xüsusi günlərdə bu mövzulara üstünlük verilməsi kifayət deyil.
Ayətullah Haşim Hüseyni Buşəhri cəmiyyətin etimadını Televiziya və Radio Şurası üçün sosial kapital adlandıraraq bildirib ki, cəmiyyətin media qurumuna olan etimadı o qədər möhkəm olmalıdır ki, bütün ailələr milli medianı xəbərləri etibarlı və düzgün mənbədən əldə edəcəkləri bir sığınacaq kimi qəbul etsinlər.
Qum elmi hövzəsinin Müəllimlər Birliyinin sədri qeyd edib ki, Televiziya və Radio Şurasının ümumi bir ümidsizlik və mənfi əhval-ruhiyyə hökm sürməməlidir. Mövcud zəifliklər həmişə bu şuranın güclü tərəfləri ilə birlikdə açıqlanmalıdır.
Ayətullah Haşim Hüseyni Buşəhri, hövzə ilə Televiziya və Radio Şurası arasında birgə əməkdaşlığın yaradılmasının zəruriliyini qeyd edərək vurğulayıb ki, milli media və dini təhsil müəssisələri ilə universitetlər arasında strukturlaşdırılmış əməkdaşlıq, dərin və təsirli məzmunun hazırlanması üçün vacibdir.
O həmçinin qeyd edib ki, xalqın real problemləri işıqlandırılmalı, ədalətli tənqid və şəffaflıq təmin edilməli, İslam həyat tərzi göstərilməli, müsəlman qadının imanlı həyat nümunəsi təqdim olunmalı və müasir kommunikasiya texnologiyaları və metodlarından istifadə edilməlidir.
Sonda Qum elmi hövzəsinin Müəllimlər Birliyinin sədri bildirib: Bəzən Müəllimlər Birliyi tənqid olunur ki, niyə ölkədəki dəyişikliklərə susqun yanaşır? Lakin bu belə deyil. O əlavə edib ki, gözlənti budur ki, Televiziya və Radio Şurası bu mövqeləri işıqlandırmaqda daha fəal əməkdaşlıq etsin.

Milli Medianın ağır məsuliyyəti
İranın İslam Respublikasının Milli Radio və Televiziya Şurasının sədri Dr. Peyman Cəbəli, iclasda bildirib ki, Səda və Sima faktiki olaraq İran İslam Respublikasının səsi və görüntüsü kimi qəbul olunur. Bu da təşkilatın üzərinə böyük məsuliyyət qoyur.
O, İslam İnqilabının qələbəsindən sonra keçən dörd onillikdən artıq bir müddət ərzində televiziya və radioda yaşanan çətinliklər və uğurlar barədə danışaraq qeyd edib ki, televiziya və radio şurası bu müddət ərzində müxtəlif və bəzən ziddiyyətli ideyaların təsiri altında fəaliyyət göstərmiş, onları idarə etmiş və istiqamətləndirmişdir.
Milli media sədri əlavə edib ki, bu çoxşaxəli təcrübə televiziya və radio şurasının fəaliyyətinin “İnqilabın İkinci Addım Bəyannaməsi” əsasında irəliləməsi üçün əhatəli bir təhlil və dəyərləndirməni tələb edir.
Dr. Cəbəli həmçinin televiziya və radionun transformasiya sənədinin hazırlanması və məzmununun İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei tərəfindən təsdiq olunmasına diqqət çəkərək bildirib ki, bəzi mədəni dəyişikliklərin tətbiqi, yeni istiqamətlərin müəyyənləşdirilməsi və keçmiş siyasətlərin təsirlərinin aradan qaldırılması müəyyən zaman tələb edir.
O, daha sonra milli medianın transformasiya sənədinin bəzi bölmələrini və bu sənəd əsasında məzmun və yanaşma sahəsində görülən tədbirləri izah edib.
Çıxışının sonunda Dr. Cəbəli, elmi hövzə mədrəsəsi ilə televiziya və radio arasında əməkdaşlıq haqqında razılaşmanın icra planının yekunlaşdırılmasına diqqət çəkərək, dini məzmunların proqramlara inteqrasiyası və bilik yönümlü zənginləşdirilməsinin davamlı və pılanlı şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Xalqın dini və gündəlik həyatı ilə bağlı məsələlər
İclasın əvvəlində, Müəllimlər Birliyinin üzvləri müxtəlif mövzular üzrə fikir və düşüncələrini ifadə ediblər:
1. Televiziya proqramlarına ciddi nəzarətin təmin olunması zərurəti
2. Televiziya proqramlarında zorakılıq və əxlaqa zidd mövzuların yayılmasına qarşı tənqidlərin səsləndirilməsi
3.Müxtəlif düşüncələrə qarşı ictimai birliyin qorunması və səbrin artırılması ehtiyacı
4. Ruhanilərin xidməti və fədakarlıqlarının gənc nəsilə təqdim edilməsinin əhəmiyyəti
5. Film istehsalında hicabsızlıq və düzgün hicab tərzinin pozulması məsələsinə tənqid
6. Müxtəlif proqramlarda izləyicilərin etimadını qazanmaq və inandırmaq məqsədilə şəffaflıq siyasətinə riayət edilməli
7. Analitik proqramlarda bəzi ekspertlərin istifadəsinə yenidən baxılması
8. Hövzə və universitetlərin elmi məhsullarının tanıdılması
9. Milli medianın bəzi əməkdaşlarının düşmənlərlə əlaqəyə girməsinin səbəblərinin araşdırılması
10. Bəzi film və seriallarda ruhanilərin təqdim olunma və təsvir tərzinə tənqid edilərək, bu məsələdə elmi hövzə tərəfindən effektiv nəzarət mexanizminin müəyyən edilməsinin vacibliyi
11. Gənclər arasında asılılığın yayılması ilə bağlı xəbərdarlıq və bu mövzuya uyğun proqramların hazırlanması
12. Xüsusilə xəbər sahəsində tamaşaçı etimadının yaradılması
13. Cəmiyyətə nüfuz və təsir üçün sosial psixologiyanın nəzərə alınmasının əhəmiyyəti
14 Canlı müsahibə və reportajlar üzrə uyğun mexanizmlərə diqqət yetirilməsi
Bu məsələlər, Müəllimlər Birliyi Şurasının üzvləri tərəfindən iclas zamanı diqqətə çatdırılan əsas mövzular olmuşdur.
Xəbərin sonu
Rəyiniz