cümə 2 yanvar 2026 - 22:03

Elmi Hövzələrin rektoru ustad Məhəmmədəli Məhdəvi Radın təqdir mərasiminə göndərdiyi video çıxışında, bu hörmətli alimin elmi məqam və dəyərli səylərini təqdir edərək, elmi fəaliyyət və əxlaq prinsiplərinə sadiqliyn hövzə alimi olmağın vacib tələblərindən biri kimi qiymətləndirdi.

Hövzə Xəbər Agentliyinin məlumatına görə,11 Dekabr 2025-ci il, cümə axşamı Farabi Universitetinin mədəniyyət zalında keçirilmiş ustad Məhəmmədəli Məhdəvi Radın təqdir mərasiminə Ayətullah Əlirza Ərafinin ünvanladığı video çıxışının tam mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Höccətül-İslam vəl-müslimin Məhdəvi Radın hörmət və ehtiramla təqdir edilməsi çox müsbət bir təşəbbüsdür. Biz, hövzə alimi olaraq bu hörmətli alimi təqdir və yad etməyə xidmət edən bütün şəxslərə minnətdarlığımızı bildiririk.
Mən böyük qürur hissi ilə deyə bilərəm ki, uzun illər ərzində həm uzaqdan, həm də yaxından onunla əlaqədə olmuş və onun elmi düşüncəsindən birbaşa və dolayı yolla faydalanmışam.
Dr. Məhdəvi Rad həm Məşhəd, həm də Qum elmi hövzəsini dərindən anlayan alimdir. O, Məşhəd hövzəsində təhsil aldığı dövrdə, mərhum Ayətullah üzma Milani və bir çox digər hövzə şəxsiyyətlərinin iştirakı ilə həmin hövzəsi elmi müzakirələr baxımından aktiv və canlı bir mərkəz olmuşdur. Həmçinin, Məşhəd Hövzəsi mədəni və ictimai sahələrdə o qədər fəal idi ki, belə böyük şəxsiyyətlərin, o cümlədən Ali Rəhbərin iştirakı bu elmi, mədəni və ictimai coşquya əlavə canlılıq gətirirdi.
Bundan əlavə, Məşhəd hövzəsi ərəb ədəbiyyatı sahəsində zəngin və uzunmüddətli ənənəyə malik idi. Ustad Məhdəvi Rad bu xüsusiyyətləri dərindən anlayaraq, müxtəlif məktəb və yanaşmalarla yaxından tanış olmuşdur.
Onun Quran ilə ünsiyyət və əlaqəsi də digər sahələr kimi, məhz Məşhəd dövründə formalaşmışdır. Daha sonra Qum şəhərinə köçdükdən sonra, müxtəlif kəlam, fəlsəfə, fiqh, hədis və təfsiri yanaşmalarla tanış olmuş, İslam elmlərinin müxtəlif sahələrində yüksək səviyyədə geniş və dərin bilik əldə etmişdir.
İki hövzənin iki fərqli elmini mənimsəməsi, xüsusilə də o dövrdə Məşhəd hövzəsinində yüksən təhsil alması, onun elmi və intellektual fəaliyyətində böyük bir üstünlükdür.
Ustad Məhdəvi Rad həm alim, həm ictimai ruhani, həm də ölkənin fikir, mədəniyyət, sosial və siyasi məsələləri ilə məşğul olan bir şəxsiyyətdir. Bu xüsusiyyətləri ilə o, İmam Xomeyni dövründən başlayaraq İslam İnqilabı və sonrakı dövrlərdə ölkədəki akademik və sosial dialoqlarda fəal olmuşdur.
O, fiqh, üsul, ədəbiyyat və digər hövzə sahələrində səylə çalışmış bir alim olmaqla yanaşı, öz diqqətini müdrikliklə Quran və hədis mərkəzində toplamışdır.

Əslində, İslam elmlərinin və hövzə sahələrinin müxtəlif istiqamətlərində yüksək elmi bacarıqlara sahib olmasına baxmayaraq, onun diqqətini Quran və sünnə üzərində cəmləməsi onun elmi ənənədə və elmi həyatında parlaq bir xüsusiyyət kimi diqqət çəkir.
O, həm dəyərli və etibarlı bir tədqiqatçı və araşdırmacıdır, həm də elmi infrastrukturun idarə olunması, tədqiqat layihələrinin yönləndirilməsi və böyük elmi layihələrin idarə olunmasında yüksək bacarıq və potensiala malikdir.
Eyni zamanda o, icraedici müdiriyyətə qarışmır və buna ehtiyac da görməyib. Lakin elmi hadisələrin idarə olunmasında məsələn, “İlin Kitabı” və digər oxşar təşəbbüslərdə bilikli, intizamlı və nümunəvi iştirak etmişdir. Həmçinin böyük tədqiqat layihələrinin, kollektiv və qrup işlərinin yönləndirilməsində də əvəzsiz bacarıq və təcrübəyə malikdir.
Onun elmi üstünlüklərinə əlavə olaraq, geniş dünyagörüşü, beynəlxalq yanaşmalar, elmi rəhbərlik və hövzə ilə universitet mühitindəki təsirləri diqqət çəkir. Minlərlə tələbə və şagird onun elmi biliklərindən, yazdıqlarından və təlimatlarından faydalanmış, keyfiyyətli kitab və əsərlər istehsal etmişdir. Lakin bütün bunları daha da dəyərli edən onun yüksək əxlaq, nəcib davranış, xalqla ünsiyyət və mənəvi ruhiyyəsidir.
Hövzə alimi olmağın əsas tələblərindən biri ilahi baxış, mistik yanaşma, əxlaqi dəyərlərə sadiqlik və bunların insanın Allah, insanlar və elmi araşdıranlarla münasibətlərində təzahürüdür. Bu çoxsaylı əxlaqi keyfiyyətlər və fəzilətlər onun üslubu, həyat tərzi və fəaliyyətində aydın görünür. Bu xüsusiyyətlər həm tərifə, həm də təqdirə layiqdir.
Biz bir daha bu böyük şəxsiyyəti təqdir edir, ona uğurlar arzulayırıq. İnşallah, onun elmi fəziləti, səyləri və elmi rəhbərliyi davamlı olsun. Sonda, bu mərasimi təşkil edənlərə, iştirakçılara, məruzəçilərə və çıxış edənlərə də təşəkkür və minnətdarlığımızı bildiririk.

Xəbərin sonu

Rəyiniz

You are replying to: .
captcha