Hövzə xəbər agentliyinin Tehrandan verdiyi məlumata görə, Ayətullah Seyyid Əhməd Xatəmi bu gün Tehranda cümə namazı xütbəsində dedi: "Uca Allahın lütfü ilə bu il Qüds günü yürüyüşü əvvəlki illərdən daha möhtəşəm, həqiqətən də ləyaqətli, şərəfli və izzətli şəkildə keçirildi. İstikbar dünyası Fələstin məsələsinin unudulmasını və ya ən azı yalnız bir ərəb problemi kimi qalmasını istəyirdi. Lakin İmam Xomeyni (r.) 1358-ci ildə (1979) Ramazan ayının son cüməsini Qüds günü elan etdi və uzaqgörənliyi ilə bu fitnəni puça çıxardı.
Bu gün ölkənin 900 şəhər və rayonunda, minlərlə kənddə və hətta köçəri tayfalar arasında yürüyüşlər keçirildi. Eyni zamanda, 80 ölkənin insanları İsrail əleyhinə yürüyüş etdi və 'İsrailə ölüm!' şüarını səsləndirdi. Qüds günü yürüyüşü ABŞ, İngiltərə, Fransa, Almaniya kimi ölkələrdə də keçirildi və imamın ixlası bu bərəkətləri gətirildi."
Tehranın cümə xətibi əlavə etdi: Qüds günü yürüyüşü tövhidin və Allaha olan sevginin təzahürlərindən biridir. Çünki bu yürüyüş siyasi və ictimai bir xarakter daşıyırdı, xalq qeyrətini nümayiş etdirdi və Fələstinli məzlumlarla həmrəylik etdi. Lakin ən önəmlisi odur ki, bu yürüyüş Qurani bir mahiyyətə malik idi.
Şübhəsiz ki, düşmən – yəni Amerika və Netanyahunun bu yürüyüşdən qəzəbləndiyi aydındır. Biz isə onlara deyirik: qəzəbinizdən ölün! Çünki bu, İran xalqıdır ki, yekdilliklə 'İsrailə ölüm!' şüarını səsləndirir.
Xalqın Qüds günü yürüyüşündə iştirakı Qəzzə xalqına bir mesajdır: siz tək deyilsiniz! Biz sizin kədərinizə şərikik, dərdlərinizə yanırıq və meydanda sizinlə birgəyik.
Ayətullah Xatəmi dedi: İnqilab Rəhbəri öz mesajında vurğuladı ki, Qüds günü İran xalqının birliyi və qüdrətinin rəmzidir və İran milləti uca hədəflərinə sadiqdir. Xalq hər şəraitdə bu yürüyüşdə iştirak edir və millətlər inqilabı dəstəkləyir. Lakin bəzi dövlətlər İran daxilində ixtilaf olduğunu və İranın zəiflədiyini göstərməyə çalışır. Ancaq bu fitnələrin puça çıxması, xalqın Qüds günü möhtəşəm yürüyüşünün bərəkətlərindəndir.
Bu il Qədr gecələri də olduqca möhtəşəm şəkildə keçirildi və xalqın səsləndirdiyi 'Bikə ya Allah!' nidası ölkəni sığortalayır. Xalqın Qədr gecələrindəki isti və səmimi iştirakı düşmənin uydurmalarının – guya xalq arasında mənəviyyatın azaldığı iddiasının – yalan olduğunu sübut etdi. Çünki ölkə boyunca bu möhtəşəm toplantılar Allahın lütfü ilə mənəviyyatın hələ də xalq arasında canlı olduğunu göstərir.
Tehranın cümə xətibi həmçinin ölkə üzrə Səfər Xidmətləri Qərargahında bir milyondan çox insanın iştirakına toxunaraq dedi: Novruz bayramı günlərində xalqımızın bu tətili rahatlıqla keçirməsi üçün xidmət göstərən bütün əməkdaşlara təşəkkür edirəm.
'Qəzalara yox' kampaniyası da Allahın lütfü ilə uğurlu və bəyənilən bir təşəbbüs oldu. Nəticədə yol-nəqliyyat qəzalari 20-30 faiz azaldı. Lakin bu kampaniya yalnız Novruzda deyil, il boyu davamlı və canlı olmalıdır.
Ayətullah Xatəmi, İnqilab Rəhbərinin 1404-cü ili "İstehsal üçün sərmayə yatırımı adlandırmasına toxunaraq dedi: "Bu adlandırmalar ilin strateji istiqamətini göstərir və məsul şəxslər də öz strategiyalarını istehsala sərmayə yatırımı üzərində qurmalıdırlar. Onlar elə fəaliyyət göstərməlidirlər ki, ilin sonunda İran xalqına qürurverici bir hesabat təqdim edə bilsinlər.
Bu ilin adlandırılması da iqtisadi xarakter daşıyır, çünki düşmən xalqın dolanışığına fokuslanaraq bu sahədən zərbə vurmaq istəyir. Bu adlandırma isə düşmənin nüfuz yollarını bağlamaq üçündür.
Yaşayış problemlərinin həlli istehsalla mümkündür. Sərmayə yatırımı sayəsində istehsal canlanar. Hörmətli hökumət isə sərfəli sərmayə yatırımı üçün uyğun şərait yaratmalıdır. O zaman insanlar pullarını torpaq, valyuta və ya qızıl almağa xərcləməzlər. Əksinə, istehsalın daha gəlirli olduğunu görsələr, istehsala sərmayə qoyarlar.
Tehranın cümə xətibi əlavə etdi: Sərmayə yatırımı sahəsində ən önəmli məsələ iqtisadi sabitlik və qanunvericiliyin sabitliyidir. Məhz bu sabitlik ilin şüarının gerçəkləşməsinə səbəb olacaq.
Bundan əlavə, istehsal üçün sərmayə yatırımı iqtisadi təhlükəsizlik tələb edir. Sərmayəçi əmin olmalıdır ki, bu yolda heç bir zərər görməyəcək.
Xüsusilə qonşu ölkələrə ixrac da sərmayə yatırımı prosesində mühüm rol oynayır. Sərmayəçiləri həvəsləndirmək üçün praktiki təşviqlər tətbiq olunmalıdır ki, onlar bürokratik kağız işlərində ilişib qalmasınlar.
Ayətullah Xatəmi, 12 Fərvərdin (İran İslam Cümhuriyyəti Günü) yaxınlaşmasına toxunaraq dedi: İmam Xomeyni demişdi ki, 12 Fərvərdinin səhəri 'Allahın' hökumətinin ilk günüdür. Bu gün bizim ən böyük milli və dini bayramlarımızdan biridir və xalqımız bu günü bayram kimi qeyd etməli və yaşatmalıdır.
Xalq xatırlamalıdır ki, əvvəlki dövrdə, Pəhləvi rejimi adlı bir cinayətkar rejim mövcud idi ki, bu rejim İslam, əxlaq, müstəqillik, azadlıq və xalq düşməni idi. Lakin İslam Cümhuriyyəti və xalqın səsverməsi sayəsində bu rejim tarixə qarışdı. İran təkcə bir ölkədir ki, hökumət növünü xalq özü müəyyənləşdirmişdir.
Tehranın cümə xətibi əlavə etdi: Dünyada heç bir ölkə yoxdur ki, hökumət növü ilə bağlı ümumxalq səsverməsi keçirilsin. Xalqın 98.2 faizi İslam Cümhuriyyətini dəstəklədi. 12 Fərvərdin gününü sadəcə keçirməməliyik və ölkə rəhbərləri bu gün üçün xüsusi tədbirlər təşkil etməli, xalqın iştirakını təmin etməlidir. Bu tədbirlərdə çıxış edənlər isə İslam Cümhuriyyətinin qazandığı nemətlərdən danışmalı və əsasən düşmənlər tərəfindən irəli sürülən şübhələrə cavab verməlidirlər.
Referendum zamanı müxtəlif təkliflər irəli sürüldü, o cümlədən "Müsəlmanların Cümhuriyyəti" və "Demokratik İslam Cümhuriyyəti", amma İmam (r.) dedi ki, "İslam Cümhuriyyəti", nə bir söz az, nə də bir söz çox. İmam Xomeyniyə (r.) salam olsun ki, İslamı dövlət quruluşunun əsası olaraq qoydu.
Ayətullah Xatəmi, ABŞ Prezidenti tərəfindən İran və müqavimət qruplarına yönəldilən bir çox təhdidləri şərh edərək dedi: Görünür, bu şəxsin genində təhdid etmək xüsusiyyəti var və maraqlıdır ki, hələ də anlamır ki, bu təhdidlər təsirsiz olub, təsirsizdir və gələcəkdə də təsirsiz olacaq.
Quran ayələrinə əsasən, Allahı yanında olan şəxsə heç bir qorxu və hürkəklik yoxdur, və biz Allahı yanımızda hiss edirik. O Allah ki, öz lütfü ilə inqilabın ilk günlərindən etibarən bütün fitnələri bir-birini ardınca puça çıxarmışdır. Biz qorxmuruq, çünki sərmayəmiz Allah imanıdır, oyanmış, ayıq və gələcəyə yönəlmiş liderliyimiz və eyni zamanda yaxşı bir xalqımız var.
Tehranın cümə xətibi öz çıxışının başqa bir hissəsində dedi: "Mənim sözüm o kəslərədir ki, Ramazan ayında oruc tutaraq təqva sərmayəsini əldə etdilər. Onlara deyirəm ki, Ramazandan sonra da bu sərmayəni qoruyun. Həmçinin, Ramazan ayında bu ibadətə qatılmayan, oruc tutmayan və Allahın hüdudlarını pozanlara deyirəm ki, çox az bir vaxt qaldı; Allahın dərgahına yönəlin və Ramazan ayının qalan günlərində tövbə edin."
Ayətullah Xatəmi həmçinin vurğuladı: "Təbiət günü də yaxınlaşır. Əziz xalqımız Təbiət günündə təbiətə çıxır, bu, halaldır, amma diqqət yetirilməlidir ki, təbiət Allahı zikr etmək üçün bir fürsət olmalıdır, Allahdan qafil olmaq üçün deyil."
Mətnin sonu.
Rəyiniz