Hözə Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Hövzələrinin rəhbəri Ayətullah Ərafi bir mesaj yayaraq dünya katoliklərinin lideri Roma Papası Fransiskin vəfatı münasibətilə başsağlığı verib. Həmin başsağlığı məktubunun tam mətni belədir:
Bismillahir-Rahmanir-Rahim
Zati-aliləri, hörmətli Vatikan rəsmiləri və dünya katolik xristian icması
Salam və dərin ehtiramla;
Zati-aliləri, xalqın sevimlisi, Katolik Kilsəsinin rəhbəri Roma Papası Fransiskin vəfatı xəbərini dərin təəssüf və kədər hissi ilə qəbul etdik. Bu böyük itki münasibətilə Vatikanın hörmətli rəsmilərinə və bütün xristian dünyasına başsağlığı verir, dərin hüznümüzü ifadə edirik.
Roma Papası Fransisk dinlərarası dialoq sahəsində, xalqlar arasında sülh və birgəyaşayışın təşviqi yolunda görkəmli və təsirli bir şəxsiyyət idi. O, insani və əxlaqi yanaşması ilə ilahi dinlər, xüsusilə İslam və Xristianlıq arasında münasibətlərin gücləndirilməsi, mənəvi və əxlaqi dəyərlərin yayılması, ədalətə çağırış və dünyada zülm və haqsızlığa qarşı mübarizədə dəyərli səylər göstərmişdir.
Uca Allahdan onun ruhuna rəhmət və ilahi mərhəmət diləyir, katolik xristian cəmiyyətinə səbir və dözüm arzulayırıq.
Yenidən dərin ehtiramla və başsağlığı diləklərimizlə
Əllamə Ayətullah Ərafi
İran İslam Hövzələrinin Rəhbəri
Rəyiniz