Hövzə Xəbər Agentliyi müxbirinin verdiyi məlumata görə, Ayətullah Şəbzendədar Ali Dini Hövzələr Şurasının katibi hövzə və universitet araşdırma mərkəzinin rəhbəri Höccətül-İslam vəl-müslimin Məhəmməd Baqir Səidi Rövşən ilə görüşündə, sırf hövzə mənsubiyyəti olmayan, lakin artmaqda və inkişaf etməkdə olan bəzi mərkəz və qurumların fəaliyyətinə toxunaraq dedi:
Bu mərkəzlər bəzən digər qurumların nəzarəti altında fəaliyyət göstərirlər və imkanlar baxımından, eləcə də diplom vermə səlahiyyətinə görə hövzə üçün ciddi rəqib sayılırlar. Amma mümkündür ki, sırf hövzə mühitində yetişmiş və ixtisaslaşmış fəzilət sahibləri tərəfindən etibarlı və rəsmi olaraq qəbul edilməməlidirlər
Ayətullah Şəbzendedar dedi: Məgər hövzələr bu mərkəzləri yenidən öz tərkibinə qaytarmaq qabiliyyətinə və səlahiyyətinə malik deyillərmi? Halbuki hövzə bu səlahiyyətə tam şəkildə malikdir.
Ali Dini Hövzələr Şurasının katibi əlavə etdi: Hövzənin nailiyyətləri və elmi fəaliyyətinin dərinliyi, eləcə də təfəkkür sistemi hələ də tam şəkildə tanınmamışdır. Biz gərək elə addımlar ataq ki, hövzə malik olduğu ləyaqətlə dünyaya tanıdılsın.
Bəzi mövzular və yeni yaranan məsələlər var ki, onlar barəsində hələ elmi ictihad və müzakirə baxımından kifayət qədər fikir formalaşmayıb. Bu məsələlər keçmişdə çox geniş işlənmədiyi üçün, bəzən ilkin mərhələdə çıxılmaz kimi görünür və nəticədə bəziləri məsələlərin həllini 'zənni mutləq'in (qəti olmayan ehtimalların) qəbuluna bağlayır.
Və ya məsələn, 'məqasidüş-şəriə' (şəriətin məqsədləri) kimi anlayışlar vasitəsilə bizi 'qiyas', 'istehsan' və 'səddüz-zərayiə' (zərərin qarşısını almaq üçün qadağalar qoymaq) kimi üsullara çəkmək istəyirlər ki, bunlar əhli-sünnənin metodudur və Əhli-beyt (ə) məktəbində bu cür yanaşmalar ciddi şəkildə qadağan olunub və xəbərdarlıq edilib.
Ayətullah Şəbzendedar vurğuladı: Bəzi elmi əsərlərin (və ya yazıların) yayımlanmasının qarşısı alınmalı, yalnızca həmin məhsulların tam şəkildə mükəmməlliyə çatdırılmasından sonra elmi müzakirələrə və nəzər dairələrinə təqdim edilməlidir. Buna görə də, əvvəllər hövzə rəhbərlərinə təklif etdim ki, dini hövzələrdə davamlı olaraq müxtəlif mövzular üzərində düşünən və məzmun istehsal edən düşüncə otaqlarına ehtiyacımız var.
Bu görüşün əvvəlində Höccətül-İslam vəl-müslimin Səidi Rövşən , hövzə və universitet araşdırma mərkəzinin fəaliyyət və işləri haqqında məlumat verdi.
Xəbərin sonu.
Rəyiniz