şənbə 26 aprel 2025 - 23:19
Livanın Sünni ruhani şəxsi ölkənin Xarici İşlər Nazirliyinin davranışına təəccüb etdi; Livan sionistlərin mərkəzi olmayacaq.

Hövzə / Şeyx Əhməd əl-Qatan İran səfirinin Livan Xarici İşlər Nazirliyinə çağırılmasına təəccüb etdiyini bildirib və deyib: İran səfiri Livanın gücünü müdafiə edir.

Hövzə Xəbər Agentliyinin tərcümə şöbəsinin məlumatına görə, Livanda "قولنا و العمل" "Söz və əməl cəmiyyəti" cəmiyyətinin rəhbəri Şeyx Əhməd əl-Qatan Bəqaa bölgəsinin Bərəliyas qəsəbəsində keçirdiyi həftəlik siyasi çıxışında İran İslam Respublikasının səfirinin Livanın Xarici İşlər Nazirliyinə çağırılmasına təəccüb etdiyini bildirib və deyib: İran səfiri Livanın silahından və gücündən müdafiə edir.

O əlavə edib: Səfirliklər ətrafa giriş-çıxış edərək, müdaxilə edirlər. ABŞ hökumətinin bəzi nümayəndələri çağırışlar və fərqli qərarlar çıxarırlar. Bu müdaxilə deyilmi?! ABŞ Livana müdaxilə etmir? Fransa müdaxilə etmir? Bütün təkəbbürlü dövlətlər Livana qarışmırmı?!

Şeyx əl-Qatan vurğulayıb: Bir müsəlman səfir "Livan sahib olduğu gücü əldən verməməlidir ki, sionistlər üçün asan hədəfə çevrilməsin" deyə paylaşım etdiyinə görə, nazir səs-küy saldı ki, o səfir Livanın izzət və gücündən danışa bilməsin.

Livanın sünni ruhani şəxsi ABŞ-ın imperialist təbiətinə toxunaraq qeyd edib: Bu vəziyyət bizə həqiqəti söyləməyi vacib edir və biz Allah yolunda heç bir qınayıcının qınağından qorxmuruq – düşmən nə qədər təkəbbürlü olsada.

O bildirdi: Bu düşmən nə qədər müdaxilə etməyə çalışsa da, vətənini sevən və Livanın gücünün onun qüdrətində olduğuna inanan bir qrup sədaqətli insan həmişə mövcud olacaq.

Şeyx əl-Qatan sözlərinə belə davam edib: Livanın gücü Amerika və sionistlərin iradəsinə və bu ölkənin düşmənlərinə təslim olmaqda deyil.

O əlavə edib: Livan heç vaxt sionistlərin mərkəzi və ya tranzit yolu olmayacaq. Bu ölkə onun övladlarına, xalqına, ailələrinə və onu sevib düşmənlərinə qarşı güclü qalmasını istəyən hər kəsə məxsusdur.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha