cümə 9 may 2025 - 14:45
Qum Elmi Hövzəsinin böyük təsirləri bütün dünyaya yayılmışdır

Hövzə/ Livan Hizbullah Partiyasının baş katibi, Qum Elmi Hövzəsinin mədəni və ictimai sahələrdə, xüsus ilə İslam İnqilabının formalaşması və Müqavimət Cəbhəsinin qurulmasında böyük təsir və bərəkətlərini izah etdi.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən Höccətül-İslam vəl-müslimin Şeyx Nəim Qasimin bu gün səhər Qum şəhərindəki İmam Kazım (ə) məktəbində oxuyan və Qum Elmi Hövzəsinin yenidən təsisinin 100 illiyinə həsr olunmuş Beynəlxalq Konfransın "Hövzə və Beynəlxalq Arena üzrə İxtisaslaşdırılmış Komissiyasına" ünvanladığı mesajında belə deyilir:
Peyğəmbər Əkrəm (s) elm və cihad əhlini peyğəmbərlərə ən yaxın insanlar kimi təqdim etmişdir. Həzrət Əli (ə) isə buyurmuşdur: Alimlər miras qoyduğu elmləri ilə  insanlar arasında olmasalar belə insanların yaddaşında qalırlar.

Qum Elmi Hövzəsi, həqiqi Məhəmməd (ə) dininin yayılmasında, İranda və ondan təsirlənmiş digər ölkələrdə dərin və böyük təsirlər qoymuşdur.

Bu elmi hövzənin təsisi fəlsəfi, mədəni və ictimai sahələrdə dərin təsirlər yaratdı. Bu təsirlər Qumdan digər ölkələrə də yayılmışdır.

Qum Elmi Hövzəsinin ən mühüm nailiyyətlərindən biri, Əhli-Beyt (ə) hədislərini və fiqhini dirçəltmək olmuşdur. Hövzə bu dini irsi güclü yanaşma ilə müxtəlif sahələrdə yenidən təqdim edə bilmişdir.

Qum Elmi Hövzəsinin və İslam İnqilabının mühüm təsirlərindən biri də, İsrailin və təkəbbür sahiblərinin ekspansiyasına qarşı dayanan Müqavimət Cəbhəsinin formalaşmasıdır.


Xəbərin sonu.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha