çərşənbə axşamı 13 may 2025 - 21:19
Şəhadətin dəyəri Əmirəl-möminin (ə) baxışında

Hövzə/ Ayətullah Üzma Cavadi Amuli Əmirəl-möminin Əli (ə) tərəfindən ölümün mərtəbələri barədə nəql olunan bir hədisə işarə edərək belə buyurdu: Həzrət (ə) buyurur: "And olsun o Kəsə ki, Əbu Talib oğlunun canı onun qüdrətinin əlindədir, Allah yolunda min qılınc zərbəsinə dözmək mənim üçün yataqda ölməkdən daha asandır."

Hövzə Xəbər Agentliklərinin verdiyi məlumata görə, Ayətullah Cavadi Amuli bir yazısında ölümün dərəcələri və mərtəbələri mövzusuna toxunaraq vurğulamışdır:
Əmirəl-möminin (ə) həyatının bütün mərhələlərində, o cümlədən ölümə doğru addımladığı anda da qətiyyət və möhkəmlik nümayiş etdirmişdir. Bu səbəbdən buyurur:
«إِنّ أَکرم الموت القتل، و الَّذِی نفس ابن أبی طالب بیده لألف ضربة بالسّیف أَهْون علی منْ میتة علی الْفراش.»
Ölümün müxtəlif dərəcə və mərtəbələri vardır. Onların ən uca və ən dəyərli mərtəbəsi Allah yolunda öldürülməkdir (şəhadətdir). And olsun o Kəsə ki, Əbu Talib oğlunun canı Onun qüdrətinin əlindədir! Allah yolunda min qılınc zərbəsinə dözmək mənim üçün yataqda ölməkdən daha asandır."

(Mənbə: İmamət kitabı, s. 404)

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha