Hövzə Xəbər Agentliklərinin verdiyi məlumata görə, Ayətullah Cavadi Amuli bir yazısında ölümün dərəcələri və mərtəbələri mövzusuna toxunaraq vurğulamışdır:
Əmirəl-möminin (ə) həyatının bütün mərhələlərində, o cümlədən ölümə doğru addımladığı anda da qətiyyət və möhkəmlik nümayiş etdirmişdir. Bu səbəbdən buyurur:
«إِنّ أَکرم الموت القتل، و الَّذِی نفس ابن أبی طالب بیده لألف ضربة بالسّیف أَهْون علی منْ میتة علی الْفراش.»
Ölümün müxtəlif dərəcə və mərtəbələri vardır. Onların ən uca və ən dəyərli mərtəbəsi Allah yolunda öldürülməkdir (şəhadətdir). And olsun o Kəsə ki, Əbu Talib oğlunun canı Onun qüdrətinin əlindədir! Allah yolunda min qılınc zərbəsinə dözmək mənim üçün yataqda ölməkdən daha asandır."
(Mənbə: İmamət kitabı, s. 404)
Rəyiniz