Hövzə Xəbər Agentliyinin Tehrandan verdiyi məlumata əsasən, Höccətül-İslam vəl-müslimin Həmid Şəhriyari, Ümumdünya İslam məzhəblərini yaxınlaşdırma assambleyasının baş katibi Ali Rəhbərin dini araşdırmalarla bağlı tövsiyələri əsasında bir bəyanat yayıb.
Ümumdünya İslam məzhəblərini yaxınlaşdırma assambleyasının baş katibinin bəyanat mətni belədir:
İslam sivilizasiyasının çiçəklənmə dövründə, dini elmlər üzrə mərkəzlər bizim İslam dünyamızda bütün sahələrdə yüksəlişin və inkişafın başlanğıc nöqtəsi olmuşdur. Bu mərkəzlər cəmiyyətin həm dünyəvi, həm də mənəvi ehtiyaclarını ödəyirdi. Onlar zamanın tələbləri ilə ayaqlaşaraq tibb, mühəndislik, astronomiya, kənd təsərrüfatı və texnologiya kimi maddi sahələrdə irəliləyirdilər.Eyni zamanda insan münasibətləri sahəsində fərdi və ictimai ehtiyaclara cavab vermiş, insanın Allah ilə əlaqəsi və mənəvi-tərbiyəvi inkişafına töhfə vermişdir. Bunun sübutunu İslam sivilizasiyasının tarixi və o dövrdən miras qalan elmi, insani və tərbiyəvi bilik xəzinəsində görmək mümkündür.
Lakin tarixi,daxili və xarici səbəblərə görə bu dini tədqiqatlar cəmiyyətin ehtiyaclarından geri qaldı və əksər hallarda yalnız şərhlər və haşiyələrin yazılması ilə məhdudlaşdı ki, bunlar da fərd və cəmiyyətin real vəziyyəti ilə əlaqəli deyildi. Daha sonra isə mübarək İslam oyanışı ilə bu durğunluq bir hərəkata çevrildi. Bu oyanış Qum, Nəcəf, Əl-Əzhər, Əz-Zəytunə, Əl-Qaraviyyin və digər müasir sivilizasiya mərkəzləri arasında dini elmi mərkəzlərinin qarşılıqlı əlaqəsinə yol açdı. Bununla belə, bu qarşılıqlı əlaqə mövcud vəziyyətlə arzu olunan vəziyyət arasındakı məsafəni tam aradan qaldıra bilməmişdir. Arzu olunan vəziyyət isə yeni İslam sivilizasiyasının qurulması və İslam dünyasının qlobal səviyyədə mövqeyinin yüksəldilməsidir.
İranda İslam inqilabının qələbəsi və İslama qlobal problemlərin həlli üçün beynəlxalq bir layihə kimi artan diqqət eləcə də texnologiya kompüter elmləri süni intellekt sahələrində sürətli qlobal inkişaf və sosial şəbəkə mədəniyyətinin yayılması yeni bir reallıq formalaşdırmışdır. Bu yeni reallığa İslam tədqiqat mərkəzləri, universitetlər və elmi-tədqiqat qurumları ilə əməkdaşlıq çərçivəsində cavab verməlidirlər.
İslami tədqiqat mərkəzləri üçün daha yaxşı gələcəyə yönəlmiş bu ali baxış yeni üfüqlər açır ki, bu da İslam sivilizasiyası çərçivəsindəki ixtilafları kiçik və əhəmiyyətsiz göstərir və bizidə daha mühüm məsələlərdən yayındırmamalıdır.
Ali Rəhbər Həzrət Ayətullah İmam Xameneinin böyük alim mərhum Ayətullah Şeyx Əbdül Kərim Hairi (r) tərəfindən Qum Elmi Hövzəsinin yenidən təsisinin yüzilliyi münasibətilə söylədiyi sözlər, bu yüksəlişin (elmi inkişafın) zərurətini vurğulamaqla yanaşı, İslam sivilizasiyasının bütün coğrafiyasında İslam elmi mərkəzlərinin bir-birinə yaxınlaşdırılması üçün bir çağırışdır və bu istiqamətdə səylər göstərilməlidir.
Höccətül-İslam vəl-müslimin Həmid Şəhriyari
Ümumdünya İslam məzhəblərini yaxınlaşdırma assambleyasının baş katibi.
Rəyiniz