cümə axşamı 15 may 2025 - 15:22
Beyrutun imam cüməsi: Biz dialoq körpülərini hər kəs ilə genişləndiririk və problemimiz torpağımızı işğal edənlərlədir.

Höccətül-İslam Seyyid Əli Fəzlullah Beyrutun Harə Hərik (şiə) bölgəsində yerləşən İslam mədəniyyət mərkəzində digər xalqlarla dialoqun əhəmiyyətini vurğuladı.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına görə, Beyrutun imam cüməsi Höccətül-İslam Seyyid Əli Fəzlullah Beyrutun "Harə Hərik" bölgəsində yerləşən İslam mədəniyyət mərkəzində dialoq mövzusunda bir görüş keçirdi. Görüşdə İslamda dialoqun mexanizmləri haqqında danışdı və daha sonra bir sıra suallara cavab verdi.

O əlavə etdi: Hər bir dilaoqun uğurla nəticələnməsi üçün əsas şərtlərin yerinə yetirilməsi vacibdir. Bu şərtlərdən biri də budur ki, dialoqa qatılan tərəflərdən heç biri mütləq haqqa sahib olduğunu iddia etməməlidir. Belə bir iddia danışıqı başlamazdan əvvəl onun uğursuzluğuna səbəb olar. Əksinə, vacib olan budur ki, danışıq həqiqətin axtarışı ilə başlasın.


Höccətül-İslam Fəzlullah sözünə davam edərək dedi: İslamın istədiyi ikinci əsas məsələ isə budur ki, dini danışıq milli və insani ortaq cəhətlərə fokuslanaraq genişlənsin. Şəxsi danışıq və daxili qarşıdurmalar əsasında deyil, düşüncəli əsaslar üzərində qurulmalıdır.

O işarə etdi: Üçüncü şərt isə tərəflər arasında qarşılıqlı hörmətin qorunmasıdır. Müzakirə zamanı qarşı tərəfin inanclarını və baxışlarını alçaltmaq və ya istehza etmək yolverilməzdir. Hörmət öz dəyərini və təsirini itirməməli təhqir və lənətə çevrilməməlidir.

Beyrutun imam cüməsi bildirdi: İslam qonşularla yaxşı münasibətlər qurmağı tövsiyə edir və biz bu ölkədə qapalı və təcrid olunmuş bir məzhəb qrupu deyilik. Əksinə biz bütün məzhəb və dinlərlə ən yaxşı münasibətləri qurmağa çalışırıq, buda zəiflikdən deyil, dinimizin bizə əmr etdiyi və dəyərlərimizin vurğuladığı prinsiplərə əsaslanır.

O sonda dedi: Bizim dünya ilə problemimiz yoxdur, problemimiz ölkəmizə təcavüz edən, torpaqlarımızı işğal etmək və sərvətlərimizi qarət etmək istəyənlərlədir. Ölkəmizi müdafiə etməyimiz və onların təcavüzkar niyyətlərinə çatmasının qarşısını almağımız tamamilə təbiidir.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha