Hövzə Xəbər Agentliyinin tərcümə qurupunun verdiyi məlumata görə, Cammu və Kəşmir Şiə Şəriət Cəmiyyətinin rəhbəri Höccətül-İslam vəl-müslimin Musəvi Səfəvi yayımladığı mesajda şəhidlərin uca məqamına dərin hüzn və ehtiramını bildirərək vurğulayıb: Ayətullah şəhid Rəisi cəsarətli, dinə bağlı, inqilabçı və xalqsevər bir rəhbər idi. O, İslam İnqilabının prinsipləri və ideallarına tam sadiqliyi ilə İslam qardaşlığının və ümmət birliyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Onun həyatı ədalət axtarışı, ixlas, şəffaflıq və İran xalqına sədaqətli xidmətin aydın aynası idi.
Musəvi Səfəvi daha sonra şəhid doktor Hüseyn Əmir Abdullahiyanın mövqeyini yüksək qiymətləndirərək deyib: O, müqavimət diplomatiyasının seçilən simalarından biri idi. Beynəlxalq məkanlarda fəal və təsirli iştirakı, prinsipial və qətiyyətli mövqeyi ilə, xüsusilə Fələstin, Yəmən, Suriya və Livan kimi ölkələrdə məzlum xalqların hüquqlarını müdafiə edirdi. O, məzlumların səsini dünya ictimaiyyətinə çatdırmağa və insan vicdanını oyatmağa çalışırdı.
Mesajının sonunda, Cammu və Kəşmir Şiə Şəriət Cəmiyyətinin rəhbəri İslam İnqilabının Ali Rəhbəri Ayətullah Üzma Seyid Əli Xameneiyə (Allah onun kölgəsini davamlı etsin), İran xalqına və şəhidlərin əziz ailələrinə başsağlığı verərək, onların uca məqamı və şərəfli yolunun davamı üçün dua edib və uğurlar arzulayıb.
Rəyiniz