cümə 13 iyun 2025 - 19:49
Xalq Silahlı Qüvvələrin yanında dayanmışdır. İranın cavabı çox ağır olacaqdır.

Elmi Hövzələrin başçısı, Sionist rejimin cinayəti ilə bağlı verdiyi açıqlamada vurğuladı: Ayıq və agah xalqımız təhlükəli dönəmlərdə və həlledici məqamlarda həmişə müdriklik, cəsarət və qətiyyətlə səhnədə olmuş, vətənin mənafeyini və uca düşüncələrini müdafiə etmişdir. İntiqam sahibi olab Allah-Taalanın ədaləti ilə İranın qəti cavabı düşmən üçün çox ağır olacaqdır.

Hövzə Xəbər Agentliyinin məlumatına əsasən, İran İslam Respublikasının Elmi Hövzələrinin başçısı Höccətül-İslam vəl-müslimin Ayətullah Əlirza Ərafi  Sionist rejimin son cinayəti ilə bağlı aşağıdakı bəyanatı yayımlamışdır:

بسم الله قاصم الجبارین

Zalımları məhv edən Allahın adı ilə

Böyük və qəhrəman İran xalqı, həmçinin şərəfli və başı uca İslam Respublikası, cəsur və qorxmaz şəhidlərlə bağladıqları əhdə sadiq qalaraq, qüdrətli, intiqamçı və mübariz Silahlı Qüvvələrin yanında möhkəm dayanmış, İslam İnqilabının Ali Rəhbərinin və Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında, vətənin müstəqilliyi, İslam İnqilabının ali idealları və şəhidlərin pak qanının qorunması yolunda hər zamankından daha əzmli şəkildə səhnədə olacaqdır.

Xalqımız tarix boyu böhranlı və taleyə təsir edən mərhələlərdə yüksək siyasi şüur, cəsarət və qətiyyət nümayiş etdirərək, vətənimizin mənəvi və ideoloji əsaslarını qorumaqda fəallıq göstərmişdir. Bu gün də xalqımızın müdrik iştirakı, fədakarlığı və ayıqlığı sayəsində, təkəbbürlü və sionist düşmənin yandırdığı fitnə odu söndürüləcək və Allahın izni ilə İranın verəcəyi qətiyyətli cavab onları dərin peşmançılığa sürükləyəcəkdir.

Mən, əziz vətənimizin bir qrup dəyərli vətəndaşının, xüsusilə də  güclü Sepahın  igid komandanları, Silahlı Qüvvələrin Baş Qərargahının üzvləri və tanınmış elm adamlarının şəhadəti münasibətilə həm başsağlığı verir, həm də bu uca zirvəyə çatdıqları üçün təbrik edirəm. Onların müqəddəs ruhuna salam göndərir, cihad və müqavimət andını bir daha təzələyirəm.

Ayıq ruhaniyyət və İslam elmi hövzələri, hər zaman olduğu kimi, xalqla və cəsur gənclərlə birlikdə, müqavimət cəbhəsinin əzmini, şəhidlər vətəninə sədaqətini və İmam Zaman (ə.f) qarşısındakı əhdini bir daha yeniləyir və düşmənə qarşı dayanmaq, intiqam almaq zərurətini vurğulayırlar. Həmçinin xalqı “İntiqam Cümə Namazlarında, eləcə də “Qədir-Xum” münasibətilə keçiriləcək izdihamlı mitinqlərdə və Ali Rəhbərin ətrafında birləşməyə çağırırlar.

Allahın yardımıyla o istədiyinə zəfər qismət edəcək. O, qüdrətli və mərhəmətlidir.

Əlirza Ərafi
İran İslam Respublikası Elmi Hövzələrinin başçısı 

13 İyun 2025

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha