çərşənbə axşamı 17 iyun 2025 - 20:49
Pakistan müsəlmanlarının vəhdət məclisinin xarici işlər üzrə nümayəndəsi: Sionist rejimin İrana təcavüzü beynəlxalq hüququn açıq şəkildə pozulması və qlobal sülh və təhlükəsizlik üçün bir təhdiddir.

Höccətül-İslam Seyid Şəfqət Hüseyn Şirazi, son zamanlar Sionist rejimin İran İslam Respublikasının ərazisinə etdiyi təcavüzlərə cavab olaraq verdiyi bəyanatda, bu hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması və regional, həmçinin qlobal sülh və sabitlik üçün ciddi bir təhdid kimi qiymətləndirib və İranın qanuni müdafiə haqqını tam şəkildə dəstəklədiyini vurğulayıb.

Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumatına əsasən, Pakistan müsəlmanlarının vəhdət məclisinin xarici işlər üzrə nümayəndəsi Höccətül-İslam Seyid Şəfqət Hüseyn Şirazi verdiyi bəyanatda Sionist rejimin İran İslam Respublikasının ərazisinə son təcavüzünü qətiyyətlə pisləyib və bu hücumları bu qeyri-qanuni rejimin müharibə yönümlü mahiyyətinin və beynəlxalq hüquqa zidd hərəkətlərinin bariz nümunəsi adlandırıb.

O, bəyanatında bildirib ki, işğalçı İsrail rejiminin əli Fələstin, Livan, Yəmən, Suriya və digər bölgələrin məzlum xalqlarının qanına bulaşmış bir rejim olaraq, bu gün təkcə Yaxın Şərq üçün deyil, həm də qlobal sülh və təhlükəsizlik üçün ciddi bir təhdidə çevrilmişdir. Onun son təcavüzləri beynəlxalq hüququn və beynəlxalq normaların açıq şəkildə pozulmasıdır.

 Pakistanın böyük alimi , ABŞ-ın Sionist rejimin cinayətlərinə verdiyi dəstəyə toxunaraq əlavə edib ki, İsrailin bütün təcavüzkar hərəkətlərində ABŞ əsas tərəfdaş və dəstəkçidir. Bu əməkdaşlıq, Amerikanın imperialist və antihumanist siyasətlərinin əsl mahiyyətini açıq şəkildə göstərir.

O, İran İslam Respublikasının suverenliyini və təhlükəsizliyini müdafiə etməkdə qanuni haqqını vurğulayaraq bildirib: Biz İranın Sionist rejimin təcavüzlərinə qarşı atdığı hər bir müdafiə addımını dəstəkləyirik və bunu bu ölkənin təbii və hüquqi haqqı hesab edirik. İran xalqı və rəhbərliyi bu yolda tək deyillər. Pakistan xalqı və İslam müqavimət qüvvələri onların yanındadır.

Seyid Şirazi həmçinin bütün müsəlman dövlətləri və xalqlarını Sionist rejimin açıq təcavüzləri qarşısında birgə və qətiyyətli mövqe tutmağa, İran İslam Respublikasına diplomatik, mənəvi və hətta hərbi dəstək verməyə çağırıb.

Sonda isə o, İslam İnqilabının Ali Rəhbəri Ayətullahul Seyid Əli Xameneiyə (Allah onu qorusun), şəhidlərin ailələrinə və İran xalqına başsağlığı verərək, şəhid olan hərbi komandirlərin, nüvə alimlərinin və digər qurbanların ailələrinə səbir və yaralılara şəfa diləyib.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha