Həzərt Ayətullah Məkarim Şirazinin sionist rejimin cinayətlərinə və İslam İnqilabənən Ali Rəhbərinə qarşı edilən hörmətsizliyə dair mesajının mətni belədir:
بسم الله الرحمن الرحیم
«وَقَاتِلُوهُمْ حَتَّیٰ لَا تَکُونَ فِتْنَةٌ»
Bismillahir-Rahmənir-Rahim
Fitnə aradan qalxana və din sırf Allaha məxsus olanadək onlarla vuruşun!
(Bəqərə surəsi, 193-cü ayə)
Sionist rejimin İran İslam Respublikasına qarşı etdiyi zalımcasına hücumları, günahsız qadın və uşaqları qətlə yetirməsi, media və infrastruktur obyektlərinə zərbələr endirməsi bir neçə gündür davam edir. İran xalqı isə bir yumruq kimi birləşərək, Allahın köməyinə ümid edərək, İslam İnqilabının Ali Rəhbərinin arxasında dayanıb və bu çətinliklərə, hətta daha artığına da dözməyə hazırdır ta ki, cinayətkar İsrail rejimi tamamilə kökündən silinsin. Qurani Kərimdə buyurulduğu kimi:
«إِنْ تَکُونُوا تَأْلَمُونَ فَإِنَّهُمْ یَأْلَمُونَ کَمَا تَأْلَمُونَ وَتَرْجُونَ مِنَ اللَّهِ مَا لَا یَرْجُونَ»
Əgər siz acı çəkirsinizsə, bilin ki, onlar da sizin kimi acı çəkirlər. Üstəlik siz onların ümid etmədikləri şeyləri Allahdan ümid edirsiniz.
(Nisa surəsi, 104-cü ayə)
Bu saxta və batil rejim, İslam mücahidlərinin uğurlarından sarsıldıqdan sonra, ABŞ və bəzi Avropa dövlətlərinin boş və maddi gücünə arxalanaraq, bölgədəki bəzi rejimlərlə əlbir şəkildə, işğal olunmuş torpaqlardakı vəziyyətdən çıxış yolu axtarır. Bu zəiflik içində, axmaqlıqla İslam İnqilabının Ali Rəhbərini təhdid etməyə cürət ediblər.
Burada bir neçə mühüm məqama toxunmaq lazımdır:
1. İslam İnqilabının Ali Rəhbərinin valığı bizim inancımızda şiə və İslam ümmətinin qoruyucusu kimi həssas bir mövqedədir və heç bir saleh və azad insan bu təhdidi qəbul etməz. Buna görə də, dünya müsəlmanları və azad insanları hər vasitə ilə bu təhdidə qarşı çıxmalı və İslam İnqilabının Ali Rəhbərinə dəstəklərini bildirməlidirlər.
2. Silahlı qüvvələr, indiyədək olduğu kimi, düşməni təəccübləndirəcək və qarşı cəbhəyə zərbə endirəcək şəkildə təşəbbüskar olmalı və düşmənin belə fikirlərə belə cürət etməsinə imkan verməməlidirlər.
3. Bizim bütün cəbhələrdə üstünlüyümüz xalqımızın və mücahidlərimizin imanıdır. Bu çətin şəraitdə xalq və möminlər səmimi şəkildə Allaha dua etməli, fərdi və kollektiv şəkildə dua etməli və məsumlara (ə) təvəssül etməlidirlər. Çünki düşmən kim olursa olsun.
یَدُ اللَّهِ فَوْقَ أَیْدِیهِمْ».
Allahın əli onların əllərinin üstündədir.
(Fəth surəsi, 10-cu ayə)
Vəssəlamu əleykum və rahmətullah
Qum – Nasir Məkarim Şirazi
Rəyiniz