Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun məlumatına əsasən Cammu və Kəşmir şiə cəmiyyətinin başçısı Höccətül-İslam vəl-müslimin Seyid Həsən Musəvi bəyanatında bildirib: İran İslam Respublikasının sionist rejimin və onun beynəlxalq himayədarlarının xüsusilə də Amerikanın təcavüzlərinə qarşı əldə etdiyi qürurverici qələbəni təbrik edib və bu zəfəri İran xalqının gücünün, müdrikliyinin və imanının aydın bir göstəricisi adlandırıb.
O, bəyanatında belə deyib:
Bu böyük qələbəni İslam İnqilabının müdrik Rəhbəri, Həzrət Ayətullah üzma Seyid Əli Hüseyni Xameneini (Allah kölgəsini davanlı etsin) qəhrəman silahlı qüvvələrini və müdrik və uzaqgörən İran xalqını səmimi qəlbdən təbrik edirəm.Bu uğur təkcə hərbi bir nailiyyət deyil, həm də dünya istibdadçılarına qarşı iman, qeyrət, izzət və müqavimətin aydın bir təzahürüdür.
Cammu və Kəşmir şiə cəmiyyətinin başçısı İranın bütün dünya məzlumlarını müdafiə etməsini xüsusi işarə edərək əlavə edib:
İran İslam Respublikası yalnız öz varlığını müdafiə etməklə kifayətlənmədi həm də zülm altında olan insanların uca səsinə çevrildi və sionist uşaq qatili olan rejimə və Amerikaya qarşı cəsarətli dayanışı ilə bütün müsəlmanlara və məzlumlara azadlıq və izzət nümunəsini nümayiş etdirdi. Bu qələbə sözün əsl mənasında bütün İslam ümmətinin qələbəsidir.
O, sözlərinin davamında belə bildirib:
Əziz İran xalqı öz müdrik və uzaqgörən Rəhbərinin ardınca gedərək zülm və istibdadla mübarizənin ön cəbhəsində dayanmış və dünyaya göstərmişdir ki, iman, bəsirət və birliklə saxta imperiyalara qalib gəlmək mümkündür. Bu uğur dünyanın məhrum və zəif təbəqələrinin qəlbində yeni bir ümid yaratmış və bütün İslam xalqları üçün aydın bir mesaj vermişdir. İzzətə gedən yol müqavimət və dayanışmadan keçir.
Bəyanatının sonunda Cammu və Kəşmir şiə cəmiyyətinin başçısı uca Allahdan İran İslam Respublikası üçün qələbələrin davamlı olmasını diləyib və ümidvar olduğunu bildirib ki, İslam ümməti birlik, ayıqlıq və qətiyyətini qoruyaraq zülm və qlobal istibdadla mübarizə yolunda sabitqədəm qalacaq.
Xəbərin sonu
Rəyiniz