Hövzə Xəbər Agentliyi Ərbəin zəvvarları və izləyiciləri üçün 24 saatlıq canlı yayıma başladı
Hövzə Xəbər Agentliyi, İmam Hüseynin (ə) Ərbəin zəvvarları və geniş auditoriyaya media xidməti göstərmək məqsədilə, Kərbəla, Ərbəin yürüyüşü mərasimləri və sərhədlərdəki vəziyyət barədə 24 saat fasiləsiz canlı yayıma start verib.
Məlumata görə, canlı yayım Nəcəfdən Kərbəla şəhərinə gedən yürüyüş yolu, İraqın əsas beş giriş-çıxış sərhədi və şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) hərəmindən həyata keçirilir. Eyni zamanda, Ərbəin xəbərləri alt yazılar şəklində və Hövzə media jurnalistlərinin sahə reportajları ilə zəvvarlara təqdim olunur.
Canlı yayıma aşağıdakı ünvanlardan baxmaq mümkündür:
🔹 Saytda izləmək üçün:
👉 https://www.hawzahnews.com
🔹 Eita və Aparatdakı canlı yayım:
👉 https://www.aparat.com/hawzahnews/live?Eitaafly
🔹 Aparatda canlı yayım:
👉 https://www.aparat.com/hawzahnews/live
Rəyiniz