şənbə 16 avqust 2025 - 16:37
Süni intellekt və onun mədəniyyət və dini strukturlara təsirləri

Hövzə / Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü qeyd edib: Cəmiyyətin düşüncəsinin, düşmənin psixoloji hücumlarından qorumaq bir çox elmi və mədəniyyət mərkəzlərinin o cümlədən dini hövzələrin öhdəsinə düşür. Ali Rəhbərin iqtidar şəhidlərinin Ərbəin münasibətilə göndərdiyi mesajın altıncı bəndində də hövzələrin bəsirət qazandırmaq, mənəviyyatı gücləndirmək və ictimai aramlıq yaratmaqdakı roluna işarə olunmuşdur.

Hövzə Xəbər Agentliyinin müxbiri verdiyi məlumata görə, süni intellektin gələcəyi, bu sahədə görüləcək tədbirlər və çıxış yolları barədə Beynəlxalq Əl-Mustafa Universitetinin rektoru, Xubriqan Məclisinin Rəyasət Heyətinin üzvü Höccətül-İslam vəl-müslimin doktor Əli Abbasi ilə geniş müsahibə aparılıb.

Aşağıda həmin müsahibənin tam mətnini təqdim edirik:

İslam düşüncəsi baxımından süni intellektin gələcəyi və onun sosial-dini strukturlara mümkün təsirləri barədə fikirləriniz necədir?

Süni intellektin gələcəyi və onun sosial-dini strukturlara təsiri çoxşaxəli bir mövzudur. Bu məsələnin dərin təhlili üçün bir neçə əsas məqama diqqət yetirmək zəruridir:

Birinci addımda, İslam insanşünaslığına nəzər salmaq vacibdir. İslam düşüncəsində insanın özü ruh, ağıl və azad iradəyə malik varlıqdır. Halbuki süni intellekt, insan ağlının təcəssümü kimi bəşərin hazırkı yerini sual altına qoya bilər. Burada əsas sual budur: Süni intellekti müstəqil varlıq kimi qəbul etmək mümkündür yoxsa yox?

Növbəti mühüm məsələ əxlaq və məsuliyyət məsələsidir. İslamda əxlaqi məsuliyyət və qərarvermə yalnız insana məxsusdur. Süni intellektin inkişafı insan ləyaqətinə hörmət, ədalət, səmimiyyət və məsuliyyət prinsiplərinə əsaslanmalıdır.

Süni intellekt sosial strukturlara da ciddi təsir göstərə bilər. Əmək bazarı, sosial münasibətlər, təhsil sistemi, hətta dini davranışlar belə bu prosesdən təsirlənəcək. Bu dəyişikliklər cəmiyyətin hazırlığını, maariflənməsini və düzgün uyğunlaşmasını tələb edir.

Əsas risklərdən biri də texnologiyaya eyni olmayan çıxış nəticəsində sinfi fərqlərin dərinləşməsidir. Əgər yalnız müəyyən elmi-siyasi elitalar və ya məhdud sayda ölkələr bu texnologiyadan müstəsna olaraq faydalansa, bu sosial və beynəlxalq gərginliklərə səbəb olacaq.

Ən böyük narahatlıqlardan biri dini mətnlərin süni intellekt vasitəsilə təfsir olunmasıdır. Əgər bu proses elmi çərçivə və dəqiqlik olmadan həyata keçirilsə, dini mətnlərin mənalarının təhrif olunmasına gətirib çıxara bilər.

Bununla yanaşı, süni intellekt hüquqi və fiqhi mübahisələr üçün yeni mövzular doğurur. Hüquqi məsuliyyət, tez qərarvermə, məxfilik və rəqəmsal təhlükəsizlik kimi məsələlər yeni ixtisaslaşdırılmış nəzəriyyələrə və operativ səylərə ehtiyac yaradır.

Əlbəttə vurğulamaq lazımdır ki, süni intellekt dini sahənin daşıyıcılarına mühüm fürsətlər də təqdim edir. Həyat keyfiyyətinin yüksəldilməsi, dini təhsilə çıxış imkanlarının asanlaşdırılması və sosial xidmətlərdə səmərəliliyin artırılması bu imkanlar sırasındadır.

Ümumilikdə, süni intellektin gələcəyi İslam düşüncəsi baxımından yalnız hərtərəfli və dəqiq tədqiqatlarla, texnologiyadan faydalanmaqla yanaşı, əxlaqi və insani prinsiplərin qorunması arasında balans yaradılması yolu ilə idarə oluna bilər.

 Bəs dini təhsil ocaqlarında süni intellekt sahəsində hansı tədbirlər həyata keçirilməlidir?

İslam dəyərləri çərçivəsində süni intellektdən məqsədyönlü şəkildə istifadə etmək və onun mümkün risklərini azaltmaq üçün aşağıdakı tədbirlər təklif olunur:

1. Fənlərarası təhsil və tədqiqatların inkişafı: Humanitar elmlər, fəlsəfə, din və süni intellekti birləşdirən proqramların hazırlanması. (Bu tədqiqatlar süni intellektin insan və dini anlayışlara təsirini daha dərindən anlamağa imkan verəcək.)


2. Əxlaqi alqoritmlərin işlənməsi: İslam əxlaq prinsiplərinə əsaslanan və süni intellektin qərarverməsində tətbiq olunacaq alqoritmlərin hazırlanması.


3. İctimai maarifləndirmə və cəmiyyətin gücləndirilməsi: Geniş kütlələr üçün süni intellektin imkan və təhlükələrini izah edən kursların təşkili. (Bu maarifləndirmə yalnız texniki bilikləri deyil, həm də əxlaqi və sosial mövzuları əhatə etməlidir.)


4. Dini elita üçün ixtisaslaşmış təhsil: Alim və tədqiqatçılar üçün süni intellektin fiqhi və əxlaqi aspektlərini öyrədən xüsusi proqramların hazırlanması.

5. Siyasət və qaydaların hazırlanması: İnsan hüquqları, dini dəyərlər və insan ləyaqətinin qorunmasını təmin edən hüquqi və əxlaqi çərçivələrin yaradılması.


6. Müntəzəm nəzarət və qiymətləndirmə: Xüsusilə səhiyyə, təhsil və təhlükəsizlik kimi həssas sahələrdə süni intellektin tətbiqinə nəzarət edəcək ixtisaslaşmış qurumların yaradılması.


7. Elmi və dini əməkdaşlıq platformaları: Universitetlər və dini elmi mərkəzlər arasında bilik və təcrübə mübadiləsi məqsədilə birgə platformaların qurulması.


8. Texnologiyada əxlaqi mədəniyyətin təşviqi: İnkişaf etdiricilərin süni intellekti hazırlayarkən insani və əxlaqi prinsiplərə riayət etmələrinin təşviq olunması.


9. Beynəlxalq dialoqların təşkili: Süni intellektin qlobal səviyyədə yaratdığı problemlərlə bağlı elmi və dini müzakirələrin keçirilməsi.


10. Ümumi nəticə: Süni intellektin balanslı və ağıllı inkişafı dövlət, parlament, məhkəmə sistemi, universitetlər, sənaye və dini mərkəzlər arasında sıx əməkdaşlıq və sinerji tələb edir. Son məqsəd isə elə bir ekosistem yaratmaqdır ki, texnologiya inkişaf edərkən, əxlaqi və insani prinsiplər də qorunaraq cəmiyyətin tərəqqisinə xidmət etsin.

Camiətul-Mustafa süni intellekt sahəsində hansı təməl fəaliyyətləri həyata keçirmişdir?

Camiətul-Mustafa tələbələr, müəllimlər və elmi auditoriyası üçün süni intellektlə tanışlıq, bu texnologiyanın imkan və təhdidlərinə dair maarifləndirmə istiqamətində proqramlar həyata keçirməyi planlaşdırır. Camiətul-Mustafanın məqsədi budur ki, onun iştirakçıları elmi və tədqiqat fəaliyyətlərində süni intellektdən səmərəli şəkildə istifadə etmək bacarığı əldə etsinlər.

Ümumiyyətlə süni intellektlə bağlı Ali Rəhbərin nəzərdə tutduğu təməl mərhələlər hansılardır?

Demək olar ki, Ali Rəhbər müxtəlif çıxışlarında bu texnologiyanın inkişafı üçün zəruri olan təməl mərhələlərin və infrastrukturun əhəmiyyətini vurğulamışdır. Həmin mərhələlərə aşağıdakılar daxildir:

İnformasiya texnologiyaları infrastrukturunun inkişafı

İxtisaslı kadrların hazırlanması

Fundamental, innovativ və tətbiqi tədqiqatların dəstəklənməsi

Milli siyasətlərin, qaydaların və normativ-hüquqi çərçivələrin hazırlanması


İnqilabın Ali Rəhbəri qeyd edir ki, İran yalnız süni intellektin istehlakçısı olmamalı, əksinə bu sahədə aktiv istehsalçıya çevrilməlidir. Əks halda, texnoloji asılılıq milli mənafelərimizi və mədəni kimliyimizi təhlükə altına sala bilər.

Buna görə də süni intellektin hərbi, iqtisadi, hüquqi və tibbi sahələr də daxil olmaqla bütün istiqamətlərdə layihələndirilməsinə dərin və əhatəli şəkildə diqqət yetirilməlidir.

Dünyada süni intellektin tənzimlənməsi təcrübəsini və İranın bu sahədəki fəaliyyətlərini necə dəyərləndirirsiniz?

Qlobal təcrübə göstərir ki, süni intellektin uğurlu tənzimlənməsi qanunvericilik, əxlaqi prinsiplər, nəzarət və qiymətləndirməni özündə birləşdirən kompleks və çoxşaxəli yanaşma tələb edir.

Bu cür tədbirlər süni intellektin davamlı və əxlaqi ekosisteminin formalaşmasına, həmçinin texnologiyadan ən yüksək səviyyədə faydalanmağa imkan yaradır.

Qeyd etmək lazımdır ki, Qərb ölkələri əsasən öz maraqlarını qorumaq və texnoloji hegemonluqlarını saxlamaq məqsədilə qanunvericilik təşəbbüsləri həyata keçirirlər. Buna görə də İran bu sahəyə müstəqil mövqe ilə milli-mədəni dəyərlərə əsaslanaraq daxil olmalı və bu məsələyə xüsusi diqqət yetirməlidir.

Süni intellekt məsələsində universitet elitasının, elmi və texnoloji fəaliyyət göstərənlərin rolu nədir?

Universitet elitası, alimlər və texnologiya mütəxəssisləri süni intellektin inkişafında həyati və strateji rol oynayırlar. Onlar bu sahədə ölkənin tərəqqisinin əsas hərəkətverici qüvvəsidirlər və ölkənin mədəni, sosial və iqtisadi inkişafına mühüm töhfə verə bilərlər.

Onların başlıca vəzifələri bunlardır:

Yerli innovativ texnologiyaların inkişaf etdirilməsi

İxtisaslı kadrların hazırlanması

Elm, sənaye və bazar arasında qarşılıqlı əlaqənin təmin edilməsi

Siyasət və strategiyaların işlənib hazırlanması

Elmi və əxlaqi mədəniyyətin təşviqi

Cəmiyyətin maarifləndirilməsi

Elmi şəbəkələrin və əməkdaşlıqların qurulması

Beynəlxalq müstəvidə kiberdiplomatiyanın inkişafı üçün zəruri vasitə və strategiyalar, eləcə də hüquqi əsaslar hansılardır?

Beynəlxalq müstəvidə kiberdiplomatiyanın inkişafı ölkələr arasında informasiya-kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində əməkdaşlıqların qurulması və gücləndirilməsi deməkdir.

Xüsusilə müasir dövrdə rəqəmsal texnologiyalar və internet gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyindən, bu diplomatiyanın əhəmiyyəti daha da artmışdır.

Bu istiqamətdə aşağıdakı amillər və strategiyalar mühüm əhəmiyyət kəsb edir:

İnformasiya texnologiyaları infrastrukturunun inkişafı

Beynəlxalq əməkdaşlıqların gücləndirilməsi

Milli siyasət və strategiyaların hazırlanması


Bu beynəlxalq dialoqda ən mühüm məsələ ölkələrin müstəqilliyinin qorunması, yerli-milli mədəniyyətlərə və dini inanclara müdaxilənin yolverilməzliyidir. (Çünki görünən odur ki, Qərb ölkələrinin siyasətləri bu dəyərlərin təhrif olunmasına yönəlmişdir.)

Sizin fikrinizcə, müasir texnologiyaların, o cümlədən süni intellektin, sionist rejimin təxribat xarakterli hücumları və 12 günlük müharibə dövründə nə rolu olmuşdur?

Son müharibənin təcrübələri göstərir ki, düşmən müxtəlif sahələrdə  o cümlədən məlumatların toplanması və təhlili, kəşfiyyat və əməliyyatların icrası, eləcə də dəstək tədbirlərində müasir informasiya texnologiyalarından və süni intellektdən istifadə etmişdir. Şübhəsiz ki, təhlükəsizlik qurumlarımız və hərbi institutlarımız bu məsələni diqqətlə araşdırmış və bundan sonra da araşdıracaqlar. Bu texnologiyalardan qaynaqlanan təhlükələrin müəyyənləşdirilməsi, təhlükəsizlik və hərbi risklərin qarşısını almaq üçün tədbirlərin görülməsi, eləcə də bu sahədə proqram təminatı və texniki imkanların inkişaf etdirilməsi və təkmilləşdirilməsi ən mühüm zərurətlərdən biridir.

Süni intellekt məsələsi və xüsusilə 12 günlük müharibədən sonrakı dövrdə din təhsil alan tələbələrin və hövzələrin rolu barədə fikrinizi nədir?

Müasir müharibələrin mühüm bir hissəsi psixoloji müharibədir. Cəmiyyətin düşüncəsinin, düşmənin psixoloji hücumlarından qorumaq bir çox elmi və mədəni mərkəzlərin o cümlədən dini elmi ocaqların üzərinə düşür. Ümumiyyətlə Ali Rəhbərin "ölkə şəhidlərinin qırxı" münasibətilə etdiyi müraciətin altıncı bəndində də mədrəsələrin maarifləndirici roluna, mənəviyyatın gücləndirilməsinə və ictimai arxayınlığın təmin olunmasına xüsusi diqqət yetirilmişdir.

Bu missiyanın icrası üçün tələbələrin və din xadimlərinin media bacarıqlarına yiyələnməsi və müasir texnologiyalardan istifadə edərək milli həmrəyliyi və dini kimliyi möhkəmləndirməsi, bu dövrün əsas zəruri şərtlərindən hesab olunur.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha