Hövzə Xəbər Agentliyinin informasiyasına görə, mütəxəssislər vurğulayırlar ki, bu prosesdə səbir və davamlılıq vacibdir. Ailədə nizamın bərpası tədricən uşaqların da davranışına müsbət təsir göstərir və sağlam ailə mühitini möhkəmləndirir.
Ailə və tərbiyə məsələləri üzrə mütəxəssis Höccətül-İslam Rza Yusifzadə “səliqəsiz həyat yoldaşı ilə necə davranmalı” mövzusunda sual-cavab formatında tövsiyələrini bizimlə bölüşmüşdür. Bu müsahibəni sizinlə də bölüşürük.
Sual: “Həyat yoldaşımda səliqə deyilən bir vərdiş yoxdur. İşlərini həmişə yarımçıq qoyur, ev daima dağınıq vəziyyətdə olur. Məsələn, tomat pastasından istifadə edəndən sonra qabın qapağını heç zaman bağlamır, yağı işlətdikdən sonra onun da ağzını açıq qoyur. Uşağın bezini də çox vaxt zibil qabına atmağı unudur. Mən isə bu vəziyyətdən çox yorulmuşam. Onu sevsəm də, bu səliqəsizlikləri məni çox narahat edir və bütün bunların qızımın tərbiyəsinə də mənfi təsir göstərə biləcəyindən qorxuram. Nə etməliyəm?”
Cavab: Mütəxəssis bildirib ki, bu narahatlıq başadüşüləndir və burada iki məqam paralel şəkildə baş verir. Birincisi, ərin zehnində müəyyən nizam-intizam standartları mövcuddur və həmin gözləntilər qarşılanmadıqda, onda narazılıq və narahatlıq hissi yaranır. İkincisi isə, ata olaraq, bu davranışların övladının tərbiyəsinə mənfi təsir göstərə biləcəyi barədə narahatlıq hissi keçirir. Belə halların idarəsi üçün bir neçə addım tövsiyə olunur:
1.Məsələni düzgün anlamaq. İlk növbədə mövzuya düzgün yanaşmaq lazımdır. Həyat yoldaşı bunu qəsdən edirmi? Yoxsa məsələ diqqətsizlikdən qaynaqlanır? Ola bilər ki, hətta onun “diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu” (ADHD-Autizm) kimi psixoloji bir problemi mövcuddur və bu da onun lazımi şəkildə diqqət cəmləməsinə mane olur.
Bununla yanaşı, mümkündür ki, həyat yoldaşınız elə bir ailədə böyüyüb ki, orada nizam-intizama o qədər də əhəmiyyət verilməyib və bu davranış modeli onda sabitləşib. Başqa bir ehtimal isə odur ki, onun üzərinə götürdüyü məsuliyyətlərin miqdarı həddindən artıq çoxdur və nəticədə bütün işlərin öhdəsindən gəlməkdə çətinlik çəkir.
Beləliklə, ilk addım: hökm vermədən, qınamadan bu davranışların səbəb və köklərini təhlil etməkdir. Ancaq bundan sonra məsələ daha aydın şəkildə ortaya çıxacaq.
2. Mühitin idarə olunması. Davranışın səbəbləri aydın olduqdan sonra mühit elə təşkil edilməlidir ki, unutqanlıq və səliqəsizlik ehtimalı azalsın.
Məsələn, problem uşağın bezinin zibil qabına atılmaması ilə bağlıdırsa, həmin yerə, yəni uşaq bezinin dəyişdirildiyi məkana pedal tipli bir zibil qabı qoymaq olar ki, daim göz önündə olsun.
Həmçinin, sadə xatırladıcı yazılardan istifadə etmək mümkündür. Məsələn, həmin məkanda “Uşaq bezini zibil qabına atmağı unutma!” kimi bir qeydin yazıldığı vərəq yapışdırmaq olar. Eyni üsulla, tomat pastası və yağ kimi qabların üzərinə kiçik və yumoristik qeydlər yapışdırmaqla onların qapaqlarının bağlanmasını xatırlatmaq mümkündür.
Əlbəttə, bütün bu tədbirlər həyat yoldaşınızın iştirakı ilə və pozitiv, mehriban bir mühitdə həyata keçirilməlidir. Əks halda, əmr və ya məcburiyyət şəklini alarsa, onda mənfi hisslər və müqavimət yarada bilər.
3. Effektiv ünsiyyət. Belə hallarda ən yaxşı üsullardan biri “sendviç dialoq” metodundan istifadə etməkdir. Bu üsulda əvvəlcə həyat yoldaşının müsbət bir xüsusiyyəti vurğulanır, sonra istək və ya gözlənti açıqlanır, sonda isə sevgi və məhəbbət ifadə olunur.
Məsələn: “Əzizim, sən çox yaxşı anasan və övladlara böyük diqqət göstərirsən. Mən istəyirəm ki, uşağın bezini dəyişəndə onu zibil qabına atasan. Əlbəttə, bu məsələ sənə olan sevgimə heç bir təsir göstərmir, səni həmişə sevirəm.”
Bu cür ifadə həm qısa və aydındır, həm də mübahisə mühitinin yaranmasının qarşısını alır. Qarşı tərəfdə inad və ya müqavimət hissi yaratmır.
Əsas məqam ondan ibarətdir ki, gözlənti ifadə edilərkən söhbəti uzatmamaq və uzun mübahisələrə yol verməmək lazımdır. Əks halda yorğunluq və dilxorluq yarana bilər.
4. Nizamda iştirak. Qeyd etmək lazımdır ki, əgər həyat yoldaşınızın üzərinə düşən işlərin həcmi çoxdursa, ən yaxşı çıxış yolu vəzifələrin bölüşdürülməsidir. Bu o deməkdir ki, kişi də ev işlərində və uşağa qulluqda iştirak etsin. Mətbəxin səliqəyə salınmasında və ya uşağın işlərinin idarə olunmasında birgə fəaliyyət göstərmək həm qadının iş yükünü azaldır, həm də onda dəstək və əməkdaşlıq hissi yaradır.
5. Səbir və davamlılıq. Sonda bu məsələyə diqqət etmək lazımdır ki, heç bir tədbir ani və sürətli nəticə vermir. Necə ki, yemək bişərkən müəyyən müddət odda qalmalıdır ki, tam hazır olsun, davranış dəyişikliyi də zamana və səbirlə yanaşmaya ehtiyac duyur. Bu səbəbdən, göstərilən addımlar səbirlə və davamlı şəkildə həyata keçirilməlidir ki, tədricən öz müsbət təsirini göstərmiş olsun.
Beləliklə, mövcud problemi düzgün təhlil etməklə, mühiti idarə etməklə, səmərəli ünsiyyət qurmaqla, işləri bölüşdürməklə və səbirli olmaqla ailədəki bu vəziyyəti yavaş-yavaş yaxşılaşdırmaq mümkündür.
Səsi dinləmək və yükləmək üçün buraya klikləyin:
برای شنیدن و دانلود صوت اینجا
Rəyiniz