Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Həsənzadənin nəqlinə əsasən, bir gecə bu mövzu üzərində düşünürdüm ki, nə üçün Allah-Təala insanları yaratdı?
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ
Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət, 56) ayəsini də nəzərdən keçirirdim. Təfsirlərdə bu ayənin izahında buyurulmuşdur ki, li yəbudun yəni li yərifun – Məni tanısınlar deməkdir. Lakin yenə də zehnimdə bu sual doğurdu ki, ibadət, mərifətin (tanımanın) bir hissəsidir. Halbuki bizim Allah barəsində bir mərifətimiz olmadığı halda, hansı ibadətdən söhbət gedə bilər?!
Səhər, sübh tezdən ustadım Əllamə Təbatəbainin hüzuruna gedib bu sualı onunla bölüşdüm:
Əziz ustad! Belə isə kim Allaha ibadət etməlidir?!
Əllamə qısa və yığcam şəkildə belə cavab verdi: Hətta bir nəfər olsa da!
Bu cümləni buyurduğu an içimdə rahatlıq yarandı.
Elə həmin anda müqəddəs İmam Zamanı (ə.f) xatırladım və yadımda düşdü ki, yer üzü və kainat daim belə bir şəxsiyyətə sahibdir.
Başqaları isə hamısı kamil insanın (məsumun) varlığına bağlıdır. Sanki onların yaradılışının məqsədi, məhz mütləq kamil varlığın yaradılışına qayıdır.
Bununla bağlı İmam Əli (ə) yaradılışın sirrini belə açıqlamışdır.
فانا صنائع ربنا والناس بعد صنائع لنا
Biz Rəbbimizin yaratdıqlarıyıq, insanlar isə bizdən sonra bizim üçün yaradılıb.
Rəyiniz