Hövzə Xəbər Agentliyinin tərcümə qrupunun verdiyi məlumata əsasən, Livanın yüksək rütbəli Cəfəri müftisi və şiə alimi Şeyx Əhməd Qublan Beyrutun Borc əl-bəracnə bölgəsində yerləşən İmam Hüseyn (ə) məscidində cümə xütbəsi zamanı bildirib:
“Cənubda baş verənlər tam mənada dövlətçilik faciəsidir və açıq-aşkar sionist terrorizmidir. Biz bir daha vurğulayırıq ki, Livan heç vaxt sionist olmayacaq. Vaşinqton özünü dünyanın rəhbəri saymaq kimi bir xülyada yaşayır. Halbuki bu beynəlxalq sabitliyin dayaqlarını sarsıdan strateji fəlakətlər dənizi üzərində qurulub.
İsrail isə Livanı udmaq müharibəsini aparmaq gücündə deyil. Çünki ölkəmizin milli potensialı onun ən böyük müdafiə təminatıdır.
Milli ordu və müqavimət qüvvələrimiz isə sabit və güclü strateji müdafiə zəmanəti olaraq qalır. Milli şərtlər çərçivəsində müvazinətin dəyişməsi və yeni vəziyyətin yaranması da mürəkkəb məsələ deyil.
Şeyx Qublan vurğulayıb: “Livanı müdafiə etmək əsas və dövlətçilik baxımından zəruridir. Bu həm də milli bir inancdır və ondan əsla imtina etmək olmaz. Livan ordusunun rəhbərliyi böyük bir milli dəyərdir və biz hörmət etdiyimiz ordu komandanı ləyaqətli və qürurlu livanlı inadkarlığın simvoludur. Ordumuzun milli sabitliyə və davamlılığa təkid etməsi, Livanın yalnız İsrailə düşmən olan Livan olacağına qəti sübutdur. Vaşinqton sübut etdi ki, etibarlı vasitəçi deyil, BMT və onun qurumları yalançı və etibarsızdır, dünya ədaləti isə ikiüzlülükdən ibarətdir və milli haqdan üstün heç bir haqq yoxdur.”
O, hesab edir ki, çıxış yolu atəşkəs razılaşmasının icrasındadır. Buna görə də siyasi qüvvələr təxribatların doğurduğu siyasi iflic vəziyyətindən çıxmalıdırlar. Tarix isə bunu qeyd etməlidir ki, İsrailə heç bir siyasi güzəşt edilməməlidir və biz bunu qəbul etməyəcəyik.
Şeyx Qublan əlavə etdi: “Həmçinin İsraillə siyasi danışıqlar qətiyyən heç vaxt icazəli deyil; İsrail mütləq şərdir və onunla danışıqlar daha böyük şərdir. İsrailin özü işğalçı, terrorçu bir varlıqdan başqa bir şey olmayacaq və biz strateji zəiflik vəziyyətində deyilik.”
Yüksək rütbəli Cəfəri müftisi bəzi region ölkələrinə tövsiyə edib ki, bölgədəki sionist layihəyə bel bağlamasınlar. Çünki nəticələr məyusedici olacaq. Çıxış yolu sionist rejimin təhlükəsizliyini deyil, ərəb-İslam təhlükəsizliyini dəstəkləməkdədir. Bu gün Tehran ərəb dünyasına Təl-Əvivdən daha yaxındır.
O, Livanın daxili vəziyyəti ilə bağlı deyib: “Ölkə ən mürəkkəb və taleyüklü mərhələsində olmasına baxmayaraq, təəssüf ki, tarixi özünü məhvetmə kompleksinə və seçki qisasına bağlı yaşayanlar var. Buna görə də bəzi şəxslərə deyirəm: Cənub Livan, Bəqa və Zahiyə bölgələrinin yəni Livanın yarısını təşkil edən əhalinin maraqlarını pozan heç bir seçki qanunu qəbul edilməyəcək.”
Şeyx Qublan əlavə etdi: “Livanın düşməni olan seçki qanunlarının bu ölkədə yeri yoxdur. Bizim səssizliyimiz yalnız milli mənafelər üçündür, amma biz heç vaxt icazə verməyəcəyik ki, bəzi şəxslər seçkilər vasitəsilə Livanı qurban versinlər, eləcə də şiə icmasının əsas seçki hüquqları gözardı edilsin.”
O qeyd etdi: "Dənizlərin o tayından idxal olunan suverenliyi dəstəkləyən qrup ölkəni daxili fəlakətə sürükləyir, və 'Əməl' hərəkatı ilə 'Hizbullah' bu ölkənin təhlükəsizlik mənşəyidir. Livan isə bu milli müqavimət ikilisi olmadan Livan olmayacaq."
Şeyx Qublan xarici planlar görənlərə müraciət edərək dedi: “Livan sionist olmayacaq nə siyasətdə, nə diplomatiyada, nə də seçkilərdə. Onun müdafiəsi isə dini və etnik mənafələri aşan, həmyaşayışı təmin edən milli bir seçki qanunu vasitəsilə mümkündür. Hər hansı bir qırmızı xəttin pozulması bizi bərabər əhali əsaslı seçki dairələri tələb etməyə məcbur edəcək. Biz Livan naminə saylarla oynamağa qarşıyıq, amma bəzi zəif iradəli şəxslərin Livana "zərbə vurma" cəhdini də qəbul etməyəcəyik.
Xəbərin sonu
Rəyiniz